09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İcra başçısı Avropaya mühacir göndərməkdə ittiham olundu

02 Aprel 2018, 09:21
Seçmə
A A
İcra başçısı Avropaya mühacir göndərməkdə ittiham olundu

 

Koalisiya rəhbəri Gədəbəy RİH başçısı Ramiz Yediyarovu rayonu əşirət qanunları ilə idarə eləməkdə suçladı: “Azərbaycandan kənarda olanların əməlləri ilə sizin əməllərinizdə fərq varmı?..”

“İctimai Nəzarət Koalisiyası”nın (İNK) sədri Rasim Məmmədov Gədəbəy İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun rayonda sahibkarlara qarşı hərəkətlərini sərt şəkildə tənqid edib. Koalisiya sədri bildirib ki, Ramiz Yediyarovun yerli sahibkarlara qarşı atdığı addımlar ölkə prezidentinin sahibkarlığa qarşı çağırışlarına ziddir, bir çox hallarda böyük qanunsuzluqlarla müşahidə edilir.

Rasim Məmmədov rəhbəri olduğu Koalisiyanın bir qrup üzvü ilə rayondakı durumu yerində araşdırmaq üçün Gədəbəyə yollanıb. Onun sözlərinə görə, Gədəbəy İcra Hakimiyyətinin rəsmiləri Koalisiya üzvlərinə qarşı özlərini məmur etikasına sığmayan tərzdə aparıblar. O, icra başçısını rayonu əşirət qanunları ilə idarə etməkdə suçlayıb. Bildirib ki, başçı rayonda sahibkarlara qarşı qanunsuzluqlar etməklə iş yerlərinin bağlanmasına nail olur, əhali arasında narazılıq yaradır. Rayonda baş verən qanunsuzluqlarla bağlı İNK rəsmi qaydada prezidentə, 1-ci vitse-prezidentə, Prezident Administrasiyasına, Baş Prokurorluğa, Dövlət Təhlükəsizilik Xidmətinə müraciət ünvanlayıb: “Gədəbəydə sadə və kasıb bir ailənin  övladlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının qarşısı cinayətkarcasına dayandırılıb. 6 aya yaxındır ki, Gədəbəydəki sahibkarın fəaliyyəti haqda əksər sayt və qəzetlər yazıblar. Dövlət Təhlükəsizliyi Xidmətinin Gədəbəy şöbəsi, Rayon Prokurorluğu, bütün aidiyyəti qurumlar və orqanlar bu haqda məlumatlandırılıb. Ancaq Ramiz Yediyarov elə bir vəziyyət və şərait yaradıb ki, sahibkarın nəinki qapısı açılmayıb, sahibkar öz əmlakını, texnikasını içəridən götürə bilmir. Öz şəxsi mülkiyyətinə girə bilmir.

Rasim Məmmədov rəhbəri olduğu Koalisiya ile ilgili görsel sonucu

Bu gün bunu hər kəs görür. Bu gün ölkədə seçkidir. Xalq prezidenti dəstəkləyir. Hətta qapısı bağlanan sahibkar, evi uçurulan vətəndaş da prezidenti dəstəkləyirlər. Niyə görə bu məsələ öz həllini tapmır?

Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhülkəsizliyi Xidməti və digər qurumlar var. Baxın görün, bir ailənin, bir sahibkarın fəaliyyətinə iflic ediblər. 10 nəfər işçi, hansılar ki, orada işləyirdilər çörəksiz qalıb. Kommunal xərclər, vergilər ödənilmir. Bütövlükdə Azərbaycan mediası bu mövzunu işıqlandırır, amma buna reaksiya verilmir. Yüksək vəzifəli rəsmi şəxslərlə söhbətlərimdə bu məsələni demişəm və bu insanlar açıq-aşkar deyirlər ki, bizim Ramiz Yediyarova gücümüz çatmır, onlar dövlətə təzyiq edirlər. Yəni onlar artıq ölkənin prezidentinin verdiyi tövsiyə, tapşırıqları, xalqa olan münasibəti heç cürə dəyişmək istəmirlər. Köhnə qaydalarla, bürokratik əngəllərlə çalışırlar”.

Rasim Məmmədovun dediyinə görə, Ramiz Yediyarov İNK-in xanım üzvlərini təhqir etməkdən də çəkinmir: “İctimai Nəzarət Koalisiyasında şəhid anaları, milli qəhrəman anaları, tanınmış mətbuat nümayəndələri var. Ramiz Yediyarov iclasda utanmadan deyir ki, heç onları qoymadıq avtobusdan yerə düşsünlər, ayaqları torpağa dəysin. Deyib ki, Rasim Məmmədov küçə qadınalrının arxasında gizlənir. Mən buradan istəyirəm müraciət edəm. Bu gün bir dövlət məmuru, prezidentin səlahiyyətli nümayəndəsi, bir rayonun ağsaqqalı analara qarşı belə fikirlər işlətməsi hansı məntiqə sığır?”

İNK sədri Gədəbəy sakinlərinə müraciət edib: “Əziz Gədəbəy camaatı, sizin gözünüzün qarşısında bir ailəni bədbəxt edirlər. Hamımız da biganəyik. Biz Ramiz Yediyarovun ailəsinə, övladlarına hörmətlə yanaşırıq, onun səviyyəsinə düşüb heç kimin barəsində təhqir işlətmirik. Bildirmək istəyirəm ki, Azərbaycandan kənarda olanların əməlləri ilə Ramiz Yediyarovun əməllərində hansı fərq var?”

Gədəbəy İcra Hakimiyyəti ile ilgili görsel sonucu

Rasim Məmmədov xaricdə olan bəzi şəxsləri şərəfsiz adlandırıb, deyib ki, bunu bilirlər: “Həmin şərəfsizlər Ramiz Yediyarov kimi məmurların əməllərinə görə yetişir. Ramiz Yediyarov, siz Bağırov qardaşlarını həmin o şəxslərə çevirə bilməyəcəksiniz. Bağırov qardaşları son nəfəsinə qədər prezidenti dəstəkləyəcəklər. Çünki onlar bilirlər ki, siz prezidentə xəyanət edən bir insansınız. Heç bir məhkəmə qərarı olmaya-olmaya, rüşvətlə topladığınız pulla Fəxrəddin Bağırovun dükanının qapı-pəncərəsini hördürmüsünüz. 6 aydır ki, onu vergi ödəməkdən qanunsuz olaraq məhrum etmisizniz. 10 vətəndaşı ac qoymusunuz. Sahibkarı borclandırmısıznız. Oradakı sement, şpaklyovka materialları zay olub, ən əsası sahibkar öz şəxsi mülkiyyətinə girə bilmir. Cənab prezidentin iqtisadiyat üzrə köməkçisi Natiq Əmirovun imzası ilə o adamlar sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Siz kimsiniz, Ramiz Yediyarov? Siz cənab prezidentin göstərişi, onun köməkçisi Natiq Əmirovun imzası ilə 7 ildir fəaliyyət göstərən sahibkarın işini iflic etmisiniz? Yoxsa bu adamları da Avropaya göndərmək istəyirsiniz?  Sizin dövlətçilikdən bir xəbəriniz varmı? Sizin pul yığmaqdan, yer satmaqdan başqa hansı bir işini var?”

Gədəbəyə səfər edən İNK üzvləri olan xanımlar da icra başçısı Ramiz Yediyarovun qanunsuz əməllərini tənqid ediblər. Bildiriblər ki, prezident seçkilərindən sonra Ramiz Yediyarova qarşı mübarizələrini davam etdirəcəklər.

Qeyd edək ki, 2017-ci ilin oktyabrında Gədəbəyin icra başçısı Ramiz Yediyarov sahibkar Fəxrəddin Bağırovun obyektinin qapısını bağlatdırıb. Başçı sahibkarın obyektinin qarşısını daş tökdürərək qapı-pəncərəsini hördürüb. Bu haqda “Yeni Müsavat”ın 23 noyabr 2017-ci il tarixli sayında “Gədəbəyin icra başçısı ”Müsibəti-Fəxrəddin”i yenidən “yazır” http://musavat.com/news/gedebeyin-icra-bascisi-musibeti-fexreddin-i-yeniden-yazir-reportaj-fotolar-video_485354.html reportaj təqdim etmişdik. Sahibkarın işi iflic duruma salınıb, özünü isə rayondan didərgin salıblar. Sahibkar müxtəlif dövlət orqanlarına müraciət etməklə başçının qanunsuz əməllərinə son qoyulmasını, sahibkarlıq fəaliyyətinin davam etdirilməsinin təmin olunması üçün tədbirlər görülməsini xahiş edib.

E.HÜSEYNOV

Əvvəlki yazı

“4 günlük” aprel savaşının əsas dərsi

Sonrakı yazı

Avtovağzaldakı ticarət mərkəzində satıcı qız özünü 3-cü mərtəbədən yerə atıb

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.