Əməkdar artist Rəhman Rəhmanov “Onun sirri” verilişində qonaq olub.
Reportyor.info verir ki, veriliş zamanı sənətçi oğlu Emildən danışıb. O, bildirib ki, iki aydı oğlunu danışdırmır:
“Adam tapmırlar Emildən başqa. Necə Emil yaxşı sənətkardır ki, sən onu yerə vurursan?! Niyə görə? Nə pisliyi keçib sənə ya Rəhmanın ya da Emilin? Emil nə edirsə yaxşı ya pis özünə edir. Biz bilirik ki, spirtli içki, narkotik insana düşməndir. Amma bəziləri bunu təblig edir. İçib arağı dönüb şirə yaxud yıxılıb qalıb yerdə. Sən bunun vəziyyətindən niyə istifadə edirsən? Sən xəstəni bu vəziyyətə salmaqdansa o narkotiki satanı çək göstər. Emil gedib qonaqlıqda içib. Bunlar da tutublar onu istifadə ediblər. Gətirib redaksiyalarda müsahibə alırlar. Emil də ürəyi təmiz bilmir bundan istifadə etdiklərini. Mən də Emildən məhz buna görə küsmüşəm. Danışdırmıram iki aydı”.
Həmin verilişdən kadrları təqdim edirik: