05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İÇƏRİŞƏHƏR”İ QARINLARI İLƏ İDARƏ EDƏNLƏR… – Turistlər abidələrimizə baxmağa gəlir, yoxsa “qarın otarmağa”?

26 Aprel 2019, 10:13
Seçmə
A A
“İÇƏRİŞƏHƏR”İ QARINLARI İLƏ İDARƏ EDƏNLƏR… – Turistlər abidələrimizə baxmağa gəlir, yoxsa “qarın otarmağa”?

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi son günlər sosial şəbəkələrdə yer alan və bu qədim tarixi abidənin başına açılan oyunları əks etdirən fotolara, videogörüntülərə və rəylərə rəsmi münasibət bildirib. Bununla yanaşı, qoruğun hazırkı aparat rəhbəri Riad Qasımov də ayrıca açıqlama və “videorolik” yayaraq, idarəni tənqid edənlərin necə “yalançı və vicdansız” olduqlarını sübut etməyə çalışıb.

Əvvəlcədən qeyd edək ki, idarənin rəsmi mövqeyilə Riad Qasımovun paylaşdığı videogörüntülər arasında ziddiyyətlər var. Məsələn, rəsmi açıqlamada yeni tikilən iaşə obyektlərilə qədim qala divarları arasında 1.5 metr məsafə olduğu deyilir.

riadRiad Qasımovun yaydığı görüntülərdə isə arada nəinki 1.5, heç yarım metr də məsafənin olmadığı görünür. Daha bir maraqlı məqam – qoruq rəsmisi deyib ki, qala divarlarının uçurulması ilə bağlı paylaşılan şəkillər 2011-2012-ci illərə aiddir, yəni ki, hadisə indiki rəhbərliyin yox, hazırkı vergilər naziri Mikayıl Cabbarovun vaxtında baş verib.

Ancaq əsas məsələ heç bu detallarda da deyil. Ümumiyyətlə, bu açıqlamalarda nə deyilməsindən asılı olmayaraq, Azərbaycanın və dünyanın nadir tarixi incilərindən birinin kafe-restoranların girovuna, məhbusuna çevirməyin hansı anlayışın, hansı təfəkkürün, hansı beyinin məhsulu olduğunu anlamaq çətindir.

“İçərişəhər” DTMQ-nin açıqlamasında deyilir ki, sosial şəbəkələrdə son günlərdə yayımlanan fotoşəkil hazırda ərazidə görülən işləri əks etdirmir və 2018-ci ilin noyabr ayında çəkilib. Orada görünən kərpic və digər materiallar isə qətiyyən Qala divarları ilə əlaqəli deyil: “Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur. Yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb. Aparılan işlər zamanı restoranların terraslarının genişləndirilməsi və müasir tələbatlara uyğunlaşdırılması nəzərdə tutulub…”

Fikir verin, sanki 2018-ci ilin noyabrında da “İçərişəhər”ə tamamilə başqa adamlar nəzarət edib və o zaman baş verənlərin indiki rəhbərliyə aidiyyatı yoxdur. Kərpic və digər tikinti materialları isə həmin əraziyə yadplanetlilər tərəfindən gətirilib…

2

Açıqlamada ən çox qıcıq yaradan məqam hər şeyə rəğmən restoranların genişləndiriləcəyinin vurğulanmasıdır – yəni ki, belə abidələrin unikallığı, tarixi əhəmiyyəti, nəhayət, ictimai rəy və s. kimi anlayışlar bunların heç vecinə də deyil.

Digər tərəfdən, başa düşmək olmur ki, axı bu qurum tarixi qoruq idarəsidir, yoxsa ictimai iaşə müəssisəsi? Guya turistlərin və turizmin inkişafının qeydinə qalan bu adamlar ya anlamırlar, ya da anlamaq istəmirlər ki, “İçərişəhər”ə gələn alman, yapon, ingilis və s. buraya “qarnını otarmağa” gəlmir! Elə bilirlər ki, əcnəbi turistlər də bizim məmurlar kimi başları ilə yox, qarınları ilə düşünür və görürlər.

2018-12-2512-14-07_5c21e66137f3a

Anlamaq istəmirlər ki, guya turistlərin rahatlığı üçün inşa etdikləri bu kababxanalar əslində elə həmin turistlərin görmək istədikləri qədim qala divarlarının qarşısını kəsir, onları bizim bu qədim tarixi incimizdən zövq almaqdan məhrum edir. Bunlardan soruşan lazımdır ki, turist “İçərişəhər”ə yeyib-içməyə gəlir, yoxsa tarixi abidələrimizə baxmağa? Həm də “İçərişəhər”in ətrafı kafe-restoranlarla dolu olduğu halda, vacibdirmi ki, içəridə də kababxanalar olsun?

Bir də məsələnin sırf hüquqi tərəfi var. Görəsən, hansısa qoruq idarəsinin “İçərişəhər” kimi dövlət əhəmiyyətli tarixi bir ərazinin, abidənin başına istədiyi oyunu açmaq hüququ varmı? Varsa, bu nə dərəcədə ədalətlidir? Əslində, belə ərazilərdə nəinki restoran tikilməsi, istənilən hər hansı xırda dəyişiklik edilməsi belə, ən azı Milli Məclis kimi seçkili orqanın razılığı ilə aparılmalıdır. Çünki belə tarixi abidələr nə heç bir hökumətin, nə icra hakimiyyəti orqanının, nə də qoruq idarəsinin şəxsi mülkiyyəti deyil.

İçərişəhərdə Qoşa Qala qapısının yaxınlığında tarixi binaları belə restoranlara çeviriblər

İçərişəhərdə Qoşa Qala qapısının yaxınlığında tarixi binaları belə restoranlara çeviriblər

Deyəsən, televiziyalar vasitəsilə incəsənətimizə, mədəniyyətimizə, yaltaqları, məddahları önə – yüksək vəzifələrə çəkməklə isə mənəviyyatımıza vurulan ziyan azlıq edir, indi də kababxanalarla tarixi abidələrimizi gözdən salmaq istəyirlər.

Görünür, bəzi təfəkkürləri bozbaş iyi verənlər, hər şeyi mədələri, qarınları ilə ölçənlər qəbul etmək istəmirlər ki, “İçərişəhər” kiminsə atasının yox, bütün xalqın malı, mülküdür!

“İçərişəhər”dəki restoranlar qala divarlarını görünməz edib

“İçərişəhər”dəki restoranlar qala divarlarını görünməz edib

Əslində, hazırda “İçərişəhər”də baş verənlər və ictimaiyyətin buna təpkisi hökumət üçün bir sınaq sayıla bilər. Görək tariximizə sahiblənmək və ictimai rəy kimi anlayışlar üstün tutulacaq, yoxsa kimlərinsə bütün əndazələri aşan biznes maraqları…

Sonda tənqidlərə cavab olaraq yayımlanan rəsmi açıqlamadan bir hissə diqqətimizi cəlb etdi: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində tarixi-mədəni və əyləncə məfhumları arasında olan balansı daim nəzarətdə saxlayır və heç bir halda bu tarazlıq pozulmayacaq”. Yazıq “İçərişəhər”in daha nə halı qalıb, nə də tarazlığı – nəyi qalıb ki, nəyini də pozasınız…

Cəlal MƏMMƏDOV
AzPolitika.info

1re

Tarixi abidələr belə restoranlara çevrilib

Tarixi abidələr belə restoranlara çevrilib

Əvvəlki yazı

“TÜRKİYƏDƏ RUSİYA HƏRBİ BAZASI QURULACAQ” MÜƏMMASI:“hər şey ola bilər” – Təhlil

Sonrakı yazı

Abşeron rayonunda 94 min 784 nəfər tibbi müayinədən keçib

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.