“İçərişəhər” stansiyasında texniki nasazlıq səbəbi ilə qatar sərnişinsiz “Nərimanov” elektrik deposuna yola salınıb.
Bu barədə Reportyor.info-nun sorğusuna cavab olaraq Bakı Metropoliteninin mətbuat xidmətindən xəbər verilib.
Bildirilib ki, xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.