13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İBN SİNA ÜSTÜNDƏ YENİ MƏDƏNİ SAVAŞ –Farslar onun “türk həkim” kimi təqdimatından narazıdırlar

24 May 2018, 10:31
Cəmiyyət
A A
İBN SİNA ÜSTÜNDƏ YENİ MƏDƏNİ SAVAŞ –Farslar onun “türk həkim” kimi təqdimatından narazıdırlar

Azər Sədarət

“Xorasan” qəzeti (İran)

 

Bir neçə gün əvvəl kiberməkanda çox qəribə bir foto peyda olub və əksər iranlılarda heyrət yaradıb: Türkiyə universitetlərindən biri (Ankara Universiteti tibb fakültəsinin İbn Sina Xəstəxanası – tərc.) önündə İranın məşhur mütəfəkkiri və böyük filosofu olan Əbu Əli İbn Sinanın heykəli və onun üzərində “Böyük Türk Həkimi” yazısı!

İbn Sinanın türk təbibi, alimi, filosofu və şairi kimi təqdim edən virtual aləmdəki sözügedən foto, – İran vətəndaşları və rəsmilərinin də sosial şəbəkələrdə iştirakı nəzərə alınmaqla, – Türkiyədə, o cümlədən Ankarada belə hadisələrin illərlə baş verdiyini göstərir.

Hərçənd hələ beş il əvvəl “TRT” televiziyası “Tarixin unudulmaz türk şəxsiyyətləri” proqramında Əbureyhan Biruni, Fərabi və İbn Sinanı bu ölkənin yetirmələri və türk tarixinin məşhurları kimi təqdim edib.

Maraqlıdır ki, Türkiyədən başqa, Özbəkistan da İbn Sinanı özbək dühasıolduğunu iddia, BBC isə bir proqramında onu “ərəb alimi” kimi təqdim edib.

Amma bütün həmin müddət ərzində bu böyük İran aliminin tərcümeyi-halının nəzərdən keçirilməsi, tarixin şahidliyi ilə birgə, sözügedən ölkələrlə heç bir əlaqəsinin olmadığını sübut edir.

Həkim (bu söz “filosof”, “mütəfəkkir” mənası daşıyır – tərc.) miladi tarixlə 980-ci ildə Buxara şəhərində dünyaya gəlib. Onun atası Samani dövlətinin mənsəb sahiblərindən və əslən, buxaralı deyil, Bəlx şəhərindən olub.

Hər iki şəhər – həm Buxara, həm də Bəlx o zamanlar coğrafi İranın bir hissəsi, eyni zamanda, farsdilli məkanlar olduğu üçün Əbu Əli İbn Sinanın iranlı, farsdilli mənşəyi inkar edilə bilməz.

450-dən çox kitabın, əsasən, ərəb dilində yazılmasından və bu əsərlərin yalnız 30-dan çoxunun farsca qələmə alınmasından asılı olmayaraq, həmin kitabların ərəbcə olması o zamanlar İslam coğrafiyasında bu dilin üstün mövqeyindən irəli gəlir.

İndi bilinməsi daha vacib olan budur ki, bütün tarixi sənədlər aydın şəkildə Əbu Əli İbn Sinanın əslən iranlı və farsdilli böyük alim olduğunu isbatladıqda, türklərin belə bir əcaib yazılı heykəl ucaltması Türkiyənin Əbu Əliyə ciddi iddiası, onu ölkənin qeyri-maddi irsindən biri sayması və Türkiyənin bu iddianı UNESCO-nun Dünya Qeyri-Maddi və Maddi İrs Siyahısında qeyd etmək niyyətinə xəbərdarlıqdır.

 

Qeyri-maddi və maddi irsin qeydiyyatı

 

Birləşmiş Millətlər Təşkilatının Elmi, Mədəniyyət və Təhsil Təşkilatı olan və qısaca UNESCO adlanan qurum 1945-ci ildə təsis edilib və BMT-yə bağlı törəmə təşkilatlardan biridir.

Qurumun dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə yardımçı olması nəzərdə tutulub. Həmçinin mədəniyyət və təhsil sahələrində də beynəlxalq əməkdaşlıq formasıdır.

İran da daxil olmaqla, 195 üzvü olan UNESCO-nun qərargahı Parisdə (Fransa) yerləşir.

Qurumun Dünya İrsi bölümü hər il bir komitə tərəfindən qeydə alınan tarixi və təbiət nümunələri və ya mənəvi konsepsiyalar toplusu saxlancıdır – Dünya İrsi Siyahısı.

UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilənlərin bir qismi maddi, digərləri isə, məsələn, adətlər, ənənələr və s. qeyri-maddidir.

Siyahıya alınan irslərə qlobal diqqət yetirilir. Bu konvensiyaya əsasən, UNESCO dövlətlərin üzərinə öz tarixi, təbiəti və mədəni irslərini və ya mənəvi məkanlarını qorumaq öhdəliyi qoyur və qlobal irs milli mənşə və irqdən asılı olmayaraq, bütün bəşəriyyətə məxsusdur.

Qeydiyyatdan sonra bu işlərin qorunması bütünlüklə həmin ölkənin yurisdiksiyasında qalır və bütün üzv dövlətlər ona görə məsuliyyət daşıyırlar.

 

Milli eyniyyətimiz

 

Bunu bilməkdə ziyan yoxdur ki, Türkiyənin İbn Sina ilə bağlı iddiası müstəsna yenilik deyil. Son on ildə xüsusilə UNESCO-nun Siyahısına daxil edilən bəzi mənəvi irs və tarixi şəxsiyyətlərə mülkiyyət hüququ ilə əlaqədar İran və digər ölkələr arasında mədəni döyüşlər gedib.

2006-cı ildə Qlobal İrs Siyahısında İran mənəvi irsini qorumaq barədə qərar verilib. Lakin bu mübahisələrdən sonra bəzi mənəvi irs və tarixi şəxsiyyətlərin bir hissəsi müştərək irs olaraq qeyd olunub, lakin bəzi ölkələr onların adlarını yalnız özlərinə aid edirlər.

Buna görə də, rəsmilər və mədəni irsin qorunmasına cavabdeh olan şəxslərə bu irsin müəyyən mühüm hissəsinin tariximiz və milli eyniyyətimizi formalaşdıran mədəni mirasımız olduğu bir-bir xatırladılmalıdır.

Kaş mirasımızın mühafizəsinə cavabdeh olan şəxslər vəzifələrinin icrasına ürək yanğısı və çalışqanlıq göstərəydilər.

 

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Məhkəmə prosesi Alışanovu ifşa edir –AzTV sədrinin milyonluq əmlakları üzə çıxır…

Sonrakı yazı

Ölkədə vəziyyət budur-“ƏHALİNİN HƏR 4 NƏFƏRİNDƏN BİRİNİN BANKA BORCU VAR”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.