12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İbadətlər karantin qaydalarına uyğun olmalıdır

29 İyul 2020, 13:53
Sosial
A A
İbadətlər karantin qaydalarına uyğun olmalıdır

Qurban bayramına sayılı günlər qalır. Hazırkı pandemiyanın Qurban bayramına təsirsiz ötüşməyəcəyi aydındır. Bayramın keçirilməsi, eləcə də qurbanlıq heyvan kəsimi zamanı karantin qaydalarına əməl edilməsinin vacibliyi Operativ Qərargah tərəfindən vurğulanır. Məlumdur ki, Ramazan və Qurban bayramlarında müsəlmanlar bayram namazına toplaşır.

Reportyor.info xəbər verir ki, məlum pandemiya səbəbindən ibadət yerləri qapalıdır, həmçinin kütləvi toplaşmalar qadağandır. Bəs, bayram namazı hansı şərtlər daxilində qılına bilər? Məsciddə qılınmayan namazın fəziləti varmı? Qeyd edək ki, qardaş Türkiyə bu məsələdə bəzi çözüm yolları təklif edir. Türkiyə ilahiyyatçıları camaat namazına gələn hər kəsin öz səccadəsini gətirməsini tövsiyə edir, bununla da virusa yoluxma riskinin minimuma enəcəyini ehtimal edir, bayram namazının sosial məsafənin qorunması və şəxsi gigiyena qaydalarına əməl edilməklə qılına biləcəyini iddia edirlər. Amma Türkiyə hökuməti, Dəyanət İşləri Başkanlığı pandemiya səbəbindən bayram namazının camaatla qılınmasını məsləhət görmür.

Azərbaycan İlahiyyat İnstitutu yaxınlaşmaqda olan Qurban bayramı ilə bağlı ölkə müsəlmanlarına bir sıra məsləhətlər verdi. İnstitutun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov “Şərq”ə açıqlamasında pandemiya şəraitində ibadətlərin karantin qaydalarına uyğunlaşdırılmasının vacib olduğunu dedi:

– COVİD-19 pandemiyası ilə zəruri mübarizə tədbirləri çərçivəsində dünyanın bir çox ölkəsində ibadət evləri müvəqqəti olaraq fəaliyyət göstərmir və bu səbəbdən ibadətlər kollektiv şəkildə məscidlərdə icra edilmir. Bayram namazı, xüsusilə də camaatla qılınan bir namaz olduğu üçün belə bir şəraitdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq necə yerinə yetiriləcəyi maraq doğuran məsələdir.

İslam alimləri  insanların həyati təhlükəsinin mövcud olduğu belə zamanda kollektiv ibadətlərin icra edilməməsinin dini baxımdan doğru bir addım olduğunu bəyan ediblər. Konkret bayram namazının fərdi olaraq qılına bilməsi haqqında isə müxtəlif islam məktəblərinə mənsub alimlər fərqli fətvalar veriblər. İslam üləmalarının əksəriyyətinə görə, bu namazı həm camaatla, həm də fərdi şəkildə qılmaq mümkündür.

Cəfəri və Şafei kimi böyük islam məktəblərinin rəyi belədir. Hənəfi məktəbinə mənsub alimlərə görə isə, bu ibadət cümə namazının şərtlərini daşıdığı üçün fərdi olaraq qılınmır və toplu halda qılına bilmədiyi təqdirdə onun əvəzində “Duha” namazı qılmaq müstəhəbdir (Duha namazı bayram namazının qılınması mümkün olmayan vaxtlarda qılınır. Vaxtı günəş doğduqdan 45 dəqiqə sonra, zöhr namazının vaxtına 45 dəqiqə qalmışdır. Ətraflı fiqh kitablarında bildirilir – red.). Beləliklə hər iki halda Bayram namazı ehya edilmiş sayılır.

Qeyd edək ki, bayram günlərində ictimai baxımdan məsuliyyətlərimizi tam yerinə yetirmək də bizim vəzifələrimizdəndir. Belə ki, qurban ibadətini icra edərkən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarına tam riayət etmək istər dini, istərsə də insani baxımdan hər birimizin vəzifəmizdir.

İnsanlarla yardımlaşmağa daha çox ehtiyacın olduğu bu dövrdə qurban ətlərinin paylanmasında ehtiyac sahiblərini unutmamaq, təmizlik və gigiyena qaydalarına əməl etmək, bayram ab-havasını qoruma baxımından önəmlidir.

Əvvəlki yazı

“Belə müğənnilər xalqın gözü qarşısında güllələnməlidir!” – İzzət Bağırov

Sonrakı yazı

Tanınmış aparıcıya vəzifə verildi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.