Rusiya İmperatoru I Pyotr Ukraynanın son üç onillikdə nə vəziyyətə düşdüyünü görsəydi, indi məzarında çevrilərdi.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin bildirib.
“Ən möhtəşəm hərbi qələbələrdən birini I Pyotr Poltava döyüşündə qazandı. Düşünürəm ki, o, şanlı kazakların nəslinin son üç onillikdə bu torpaqları nə hala gətirdiyini görsəydi, məzarında çevrilərdi”,- deyə Narışkin Moskvada “I Pyotr və onun dövrü” tarixi-sənədli sərgisinin açılışında deyib.