“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.
Reportyor.info “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
“Ermənistan terror təşkilatları ilə əməkdaşlığa son qoymalı, muzdlu əsgərləri və terrorçuları regiondan çıxarmalıdır”, – deyə türkiyəli nazir vurğulayıb.