06-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hökumətin sosial fəlakəti Pərvanə obrazında – islahatların imitasiyası…

16 Oktyabr 2019, 10:47
Manşet
A A
Hökumətin sosial fəlakəti Pərvanə obrazında – islahatların imitasiyası…

Şəhərin mərkəzində keçirilən son piketdə görsənən Pərvanə fenomeni ölkədə sosial mənzərənin baş illuzoru idi. Bu personaj Azərbaycanda başladılmış islahatların imitasiya donuna bürünməsini ifadə edirdi.
Gözə soxulan iki dəfə maaş artımlarının qarşılığındakı davam edən gizli bahalaşma, rüşvət və korrupsiyanın status-kvo saxlanması, gömrükdəki inhisarçılığın mövcud olması sosialyönümlü islahatların üstündən qara xətt çəkdi.
Nədən ki, bu islahatlar davamlı xarakter almadı, köklü problemlər, dərinə işləyən çirkablar təmizlənmədi, əhali dəyişikliklərdən bəhrələnə bilmədi, ən əsası əmək haqlarının qaldırılması bahalaşma ilə müşayiət olunmamalıydı.
Beləliklə, hökumətin yanvar-fevral reformalarının radikal şəkildə aparılmaması ucbatından lokal etirazlar, şikayətlər son vaxtlar yenidən baş qaldırmağa başlayıb.
Anaxeber.info-nun təhlilinə görə, yuxarıdan “məxməri inqilab” prosesinə start verdildiyi görüntüsü var.
Struktural və kadr dəyişikliklərindən belə nəticəyə gəlmək olur ki, hakimiyyət yeniləşmənin qaçılmaz olduğunu qəbul edir.
Lakin hökumət keçmiş siyasətin mənfəətindən də imtina edə bilmir: yenə rüşvət, yenə biznesmen icra başçıları, yenə orta sahibkarlığa sərbəstlik verilməməsi problemlərin həllinin qabağında hasar olaraq qalır.
Bu baxımdan piket günü şəhərdə səsini qaldıran Pərvanənin şikayəti, zəngilanlı köçkünün tələbi hakimiyyətin islahatlarının əsaslı nəticə vermədiyini göstərir. Pərvanə tək deyil, minlərlə onun kimi uşağına ət yedirə bilməyən ailələr var. Bu, bir siqnal idi ki, əhali hansı gündə yaşayır.
Hələlik ki, “köhnə qvardiyanın” naftalin qoxusu verən kadrların tədricən gənc “texnokratları” ilə əvəz olunması prosesi baş verir.
Lakin köhnə korrupsionerlərin yeni insanlarla tam əvəzi üçün ilk olaraq “köhnə qvardiyanın” bütün mövqelərini birdəfəlik təhvil verməsi labüddür.
Gənc kadrlara isə daha effektli idarəetmə sisteminin yaradılması üçün şərait yaradılmalıdır. Amma cəmiyyət eyni məyusluqla üzləşir: gənc nazir Sahil Babayevin də dövründə rüşvət var, İnam Kərimovun vaxtında da bazarlarda bolluq və ucuzluq yoxdur, Rövşən Rzayev köçkünlərin problemləri köklü şəkildə həll etmək qabiliyyətinə malik deyil, Səfər Mehdiyev gömrükdə radikal islahatlar aparmayıb, təhsil naziri Ceyhun Bayramovun vaxtında da süpürgə pulundan tutmuş Müəllimlər Günü ənamına qədər yığılır, vergi naziri Mikayıl Cabbarov təhsildə olduğu kimi bu sahədə də heç nə təqdim etmədi, acınacaqlı halda olan səhiyyə isə Oqtay Şirəliyev kimi bir fiqurun əlində can verir… 
Niyə? Məhz islahatların imitasiya xarakteri daşıması və yeni kadrlara təzə  sistemlə işləmək imkanı yaradılmaması ucbatından…
Hakimiyyətdən narazılığın azalmamasının kökündə də idarəçilikdəki neqativlərin aradan qaldırılmaması dayanır.
Heç bir yenilik etməyən Novruz Məmmədovun il yarım sonra Baş nazir postundan yola salınması da idarəetmədə “islahatların” effektsizliyinin göstəricisi idi.
Hazırda isə 25 ildən çox davam eləyən bu hakimiyyətin qoyduğu ağır mirası görməmək mümkün deyil: ölkədə sosial həyat həddindən artıq gərgin qalmaqda davam edir.
2015-ci ildən bu yana əhalinin gəlirləri permanent olaraq azalır, beynəlxalq qeyri-hökumət təşkilatı “Transparency International”ın 2018-ci il üçün tərtib etdiyi “Corruption Perceptions Index”də Azərbaycan dünyanın 180 ölkəsi arasında 152-ci yeri tutur.
Yaxın qonşularımızsa bizdən təəssüf ki, xeyli uzaqdadır – Gürcüstan 41-ci, Ermənistan isə 105-ci yerdədir.
Hazırda ölkədə gəncliklə bağlı vəziyyət Qarabağ müharibəsindən sonrakı dövrdə milyon yarım azərbaycanlı gəncin əmək mühaciri qismində Rusiyaya yollandığı 1990-cı illərdən tamamilə fərqlidir.
Yeni nəsil azərbaycanlı gənclər rus dilindən uzaq olduqları üçün onların Rusiya bazarlarına yolları qapalıdır, Türkiyənin iş bazarları isə suriyalı qaçqınlarla dolub-daşır.
İşsizlik, əhalinin məşğulluğu proqramlarının yoxluğu, manatın devalivasiyası və aşağı gəlirlər səbəbindən ölkədən çıxa bilməyən gənclik, iqtidar üçün son dərəcə təhlükəli etiraz gücüdür.
Bu situasiyanın üstünə ölkə əhalisinin təbii artımını gələndə vəziyyət daha da qorxulu görünür. Siyasi və ya iqtisadi islahatları elementar olaraq real müstəqil məhkəmə sistemi olmadan aparmaq mümkün deyil.
Azərbaycan iqtidarı isə buna, yəni müstəqil məhkəmələrin mövcudluğuna heç cür imkan verə bilməz.
Bundan başqa hakimiyyət iqtisadi sahədə inhisarçılıqdan çətin ki, imtina etsin. Bu səbəblərdən vəziyyət ağırlaşmağa davam edəcək.
Azərbaycan iqtidarı zaman-zaman ölkədə islahatlar prosesinin imitasiyasını yaratmağa məcburdur. Buna onu baş verən xarici və daxili kataklizmlər sövq edir, lakin bu, əsla real islahatların mövcudluğuna dəlalət etmir.
Anaxeber.info
Turan

Əvvəlki yazı

“Küçələrdə yol polislərinin sayı azaldılsın!” – Deputatdan nazirə təklif

Sonrakı yazı

Adambaşına 2 manat 30 qəpik ayrılan siyahı: Pullar hara xərclənib?

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.