04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hökumətdən varlılara şok xəbərdarlıq

19 Fevral 2020, 11:03
Cəmiyyət
A A
Hökumətdən varlılara şok xəbərdarlıq

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti(ASC) varlıların villaları, onlara məxsus istixanalar və obyektlərin işıq pulu verməkdən yayınması barədə ilginc məlumat yayıb.  “Azərişıq”ın mətbuat xidmətindən bildiriblər ki, ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi proqramı”nda enerji haqlarının yığılmasının 100 faizə çatdırılması  üçün “Azərişıq” tərəfindən  irimiqyaslı texniki və təşkilati tədbirlər görülür.

Məlumatda qeyd olunur ki, uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb.

 “Lakin görülmüş tədbirlərə baxmayaraq, bu sahədə işimizə maneə olan elektrik enerjisinin talan olunması kimi neqativ hallar hələ də ciddi narahatlıq yaradır. Bəzi istehlakçıların, xüsusən də villa, MTK, sənaye və ictimai iaşə obyektləri, hotel, istixana və s. sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir ki, bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların,xüsusən də əhalinin enerji təchizatında ciddi problemlər yaradır. Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıları bir daha xəbərdar edirik ki, belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün hüquq-mühafizə orqanlarına müraciət olunaraq azerishiq.az saytında və kütləvi informasiya vasitələrində ictimaiyyətə məlumatlandırılacaqdır”, – deyə məlumatda bildirilir.

Aydındır ki, həm villalar, həm bahalı obyektlər (hotellər də daxil), o cümlədən istixanalar (“parniklər”) əsasən imkanlı adamlara, eləcə də məmur-oliqarxlara məxsusdur. Varlıların belə mülklər daha çox paytaxtın “milyonerlər məhəlləsi” kimi tanınan Gənclik və Binəqədi rayonunda “Vorovski” kimi tanınan ərazidə, Badamdar qəsəbəsində, dənizkənarı bağ massivlərində, Novxanı ərazisində yerləşir.

Villaların işıq pulu ödəməkdən  ən müxtəlif üsullarla  yayınması yeni xəbər deyil. Amma əhali ilə müqayisədə onların işığını kəsmək o qədər də asan məsələ deyil. Bu səbəbdən “Azərişıq”ın xəbərdarlığı  o anlama gəlir ki, artıq  hökumətin də bu məsələdə “səbir kasası” dolub.

Daşınmaz əmlak bazarı üzrə ekspertlər “Yeni Müsavat”a bu xəbərdarlığı  şərh edərkən deyiblər ki, xüsusən ötən ilin sonlarından qiyməti 1 milyon manat və daha yuxarı olan villaların satışa çıxarılması ilə bağlı elanların saytı artıb.

Ekspertlər  bahalı əmlakların satışı ilə bağlı elanların çoxalmasını bir neçə səbəblə izah edir. Onun sözlərinə görə, satışa çıxarılan bahalı mülklərin əksəriyyəti sahibinin xərcləri ödəyə bilməməsi, kommunal tariflərin artırılması və digər səbəblərlə bağlıdır: “O cümlədən bahalı mülklərin bəziləri banklar tərəfindən, bəziləri sahibləri tərəfindən satışa çıxarılır. Həmin mülkü sataraq banka olan öhdəliklərinin bağlanmasında istifadə edirlər. Bundan başqa, əmlak alqı-satqısına görə vergilərin və kommunal tariflərin artırılması ilə bağlı qərarlar qəbul edilib. Bu da bəzi insanlarda bahalı mülklərə olan marağı azaldıb. Çünki onların saxlanma xərcləri artır. Bəzi insanlar bu səbəblərdən öz bahalı mülklərini satışa çıxarırlar. Eyni zamanda tələb aşağı düşür. Bu da təklifi artırır. Təklif artdıqca qiymətlər azalır. Ümumiyyətlə, son dövrlər ölkədə maliyyə bazarında baş verən proseslər alqı-satqı bazarına təsir edib və alqı-satqı əməliyyatlarının həcmi azalıb”.

Ekspertlər deyirlər ki, bahalı əmlaklar əvvəllər elan saytları vasitəsilə satışa çıxarılmırdı, daha çox satıcı və alıcılar öz aralarında danışaraq sövdələşirdilər. Amma son illər qiyməti milyonu ötən əmlakların satışına dair elanların saytlarda, KİV-lərdə yerləşdirilməsi artıb. Bu da onu göstərir ki, indiki şəraitdə alıcı tapmaq üçün onun reklamına ehtiyac var.

Parniklərə gəlincə, iddialara görə, varlı məmur təbəqəsinin   Bakının Kürdəxanı, Maştağa, Buzovna, Mərdəkan və Şüvəlan kəndlərində yüzlərlə istixanaları (“parnik”) var. Bu istixanalarda isə ən müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən  xaricə satılan güllər də daxildir. Bu biznes onlara yaxşı pul qazandırsa da,  belə görünür ki, tutduqları mövqedən istifadə edərək  dövlətin işıq pulunu  belə vermək istəmirlər.  Eləcə də  hotellərlə bağlı vəziyyət də fərqli deyil. Azərbaycana turist axını var  və hotellərin ( əyalətlərdə də) bu işdən qazancları da pis deyil. Amma  göründüyü kimi, onlar yaxşı qazansalar da, kommunal borcları ödəmək istəmirlər. Məhz bu səbəbdən də “Azərişıq” indi onlara adlarını açıqlayacağı ilə  xəbərdarlıq etmək məcburiyyətində qalıb.

Əvvəlki yazı

30 milyonluq tenderi udan şirkət nazirin qohumunundur? – Fakt

Sonrakı yazı

Çindən gələn daha 2 tələbə karantində

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.