07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“HÖKUMƏT PENSİYAÇILARA 7 MİLYON “ATIB” – Statistika Komitəsinin “xətası”

16 Mart 2018, 12:38
Cəmiyyət
A A
“HÖKUMƏT PENSİYAÇILARA 7 MİLYON “ATIB” – Statistika Komitəsinin “xətası”

İqtisadçı-ekspert, ADR Hərəkatının rəhbəri  Qubad İbadoğlu Dövlət Statistika Komitəsinin bir “xətası”nın pensiyaçıların cibindən 7 milyondan artıq vəsaitin oğurlanmasına səbəb olacağını bildirib. Reportyor.info iqtisadçı alimin həmin yazısını təqdim edir:

-Azərbaycan statistikasında orta aylıq nominal əmək haqqı “xətası”na görə pensiyaçılar 7 milyon 41 min 939 manat 84 qəpik az ödəniləcək. Dövlət Statistika Komitəsinin (DSK) məlumatna inansaq, 2018-ci i ilin yanvarın 1-ə, Azərbaycanda orta aylıq nominal əmək haqqı 528,2 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çoxdur. Halbuki, DSK-nın 2017-ci il yanvarın 1-ə olan məlumatında Azərbaycanda orta aylıq nominal əmək haqqının 498,6 manat olduğu göstərilirdi. Sadə riyazi hesablama əsasında müəyyən etmək olur ki, bu il ötən illə müqayisədə orta aylıq əmək haqqı 5,7 faiz deyil, 5,9 faiz ((528,2/498,6) x 100 =105,93-100 = 5,93) artıb. Bəs nədən DSK orta aylıq əmək haqqının artım tempini aşağı elan edib?

Əslində DSK-da bu göstəriciləri dürüst hesabalamaq bacarığına malik olan yüzlərlə mütəxəssis var və biz onların fəaliyyətinə şübhə salmaq niyyətində deyilik. Hesab edirik ki, bu xətalar riyasi deyil, siyasidir. Çünki, bu ildən başlayaraq pensiyaların indeksləşdirilməsi inflyasiya səviyyəsi əsasında deyil, orta aylıq nominal əmək haqqının artım tempi bazasında aparılır.

statistika1

Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumata görə, ötən il pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb. Deməli indeksləşdirmə aparılan yaşa görə pensiyaların baza göstəicisi hazırda 233,61 manatdır. Ötən il orta aylıq əmək haqqının artım tempi 5,9 faiz olduğu halda, hesablama 5,7 faiz üzərində aparıldığından yaşa görə pensiya alan hər təqaüdçüyə indeksləşdirmə məbləği 0,2 faiz az ödənilir ki, bu da ayda 46,7 qəpik, ildə isə 5 manat 60 qəpik edir. Deməli, hökümət hər pensiyaçıya ildə 5 manat 60 qəpik az ödəməklə, bütövlükdə il ərzində bütün pensiyaçılardan (onların sayı 1 milyon 256 min nəfərdir) 7 milyon 41 min 939 manat 84 qəpik kəsir, başqa sözlə onları aldadaraq o qədər vəsaitə qənaət edir.
Diqqət edin, görün hər gün davamlı inkişaf nağıllarından danışan hökümət kimləri aldadaraq irəli düşmək istəyir.

pensiya-yashli-qoca-pul

Hələ bu azmış kimi gələn ilə də indidən hazırlıq edir. Belə ki, bu gün DSK-nın mətbuat üçün açıqladığı “İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə” məlumatında göstərilir ki, 2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% artaraq 519,8 manat təşkil edib. Doğrudan da ötən ilin yanvar ayında orta aylıq nominal əmək haqqı 504,8 faiz olub, bu da o deməkdir ki, bu ilin eyni göstərici əvvəlki ildəkindən 2,97 faiz çox, lakin ilin əvvəli ilə müqayisədə isə 1,6 faiz azdır. Çünki, 1 ay bundan əvvəl ölkədə orta aylıq nominal əmək haqqı 528,2 manat idi, 1 ay sonra isə 519,8 manat təşkil edib. Bu da irəliyə deyil, geriyə dönüşdür, eyni zamanda onu da deməyə əsas verir ki, gələn ilə indidən hazırlıqlar başlayıb. Ehtiyatlı olun əziz pensiyaçılar belə getsə bu hökümət gələn il sizi borclu çıxara bilər, qorxuram bu il ödədiklərini gələn geri istəsinlər ki, orta aylıq əmək haqqı azaldığına görə, biz sizə deyil, siz bizə borclusunuz.

Əvvəlki yazı

Millət vəkili Qənirə Paşayeva Nazili bələdiyyə başqanı, kaymakamı, QHT və KİV rəhbərləri, Karasu QHT-ləri ilə görüşüb və Qarabağla bağlı çağırış edib

Sonrakı yazı

BEYNƏLXALQ BANK 2 İLDƏ 20 MİLYARDI NECƏ “UDDU”? – Böyük talana dair yeni ŞOK məlumatlar

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.