Lənkəran və Astara rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkının Şindan Meşəbəyliyində yanğınlar hələ də davam edir. Reportyor.info-ya verilən məlumata görə, yanğın xeyli ərazini əhatə edir.
Ərazidə 60- cı illərdən yaradılan qoruq, 2004-cü ildən Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə Milli park kimi fəaliyyətə başlayıb. 40358 h ərazini əhatə edir. Qeyd edək ki, uzun müddət qaz idarəsində, mədəniyyət şöbələrində müdir kimi fəaliyyət göstərmiş Aqil Sucayev artıq üç aydır Hirkan Milli Parkına müdir vəzifəsinə təyin olunub. Lakin baş verən yanğının səbəbi və nəticələri ilə bağlı rəhbərlik tərəfindən rəsmi açıqlama verilməyib.
Reportyor.info