Ötən gün Hindistanın paytaxtı Yeni Dehlidən ABŞ-ın San-Fransisko şəhərinə getmək üçün havaya qalxan “Air İndia” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərriklərindən birində nasazlıq yaranıb. İçərisində ümumilikdə 232 nəfər, 216 sərnişin və 16 ekipaj üzvü olan təyyarə Rusiyanın Maqadan hava limanına enib. Aviaşirkətdən verilən açıqlamada bu gün Rusiyaya daha bir təyyarənin göndərildiyi, sərnişinlərin isə iyunun 8-də San Fransiskoya aparılacağı açıqlanıb.
ABŞ-DAN İZAH
ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel, ABŞ vətəndaşlarının da təyyarədə ola biləcəyini ifadə edərək, “Vəziyyəti yaxından izləməyə davam edirik” dedi.