21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hikmət Hacızadə: “Lavrovla ciddi məsələlər müzakirə edilmədi”

25 Sentyabr 2020, 10:20
Gündəm
A A
Hikmət Hacızadə: “Lavrovla ciddi məsələlər müzakirə edilmədi”

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 21-dən Rusiyada səfərdədir. Sentyabrın 23-də spikerin başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Lavrov bu səfərin Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına dəyərli töhfə olacağına inamını bildirib.

Rusiya tərəfi yeni tərkibli Milli Məclisin nümayəndə heyətinin ilk səfərlərdən birini Rusiyaya etməsini yüksək qiymətləndirib. O cümlədən Azərbaycanın yeni xarici işlər nazirinin Rusiyaya bu cür səfərləri tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.

Lavrov qeyd edib ki, Rusiya Azərbaycanla həyatın bütün sahələrində, o cümlədən diplomatik müstəvidə münasibətlərini daha da dərinləşdirmək niyyətindədir.

S.Qafarova da öz növbəsində deyib ki, Rusiya ilə Azərbaycan arasında bu illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksələn güclü bir əməkdaşlıq formalaşıb. Bir sözlə, tərəflər bir-birinə qarşılıqlı etimadı diqqətə çatdırıblar.

Azərbaycanın Rusiyada səfiri olmuş siyasi analitik Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, sözügedən görüş dostluq nümayişi idi, amma ciddi məsələlər müzakirə edilmədi.

Politoloq hesab edir ki, Rusiyanın Qarabağ məsələsində fəaliyyəti, yaxınlaşan müharibəyə münasibəti söhbətdən kənarda qaldı: “Görünür ki, bu mövzular başqa yerlərdə danışılıb. Ona görə də Lavrovla Milli Məclisin sədrinin söhbətində mühüm məqamlardan söz açılmadı.

Mənə elə gəlir ki, Lavrovun dilində yazılan 5 rayonun qaytarılması xəbəri də jurnalistlərin səhvi idi. Onlar ürəklərindən keçəni yazıblar. Amma Rusiya Xarici İşlər Nazirliyi rəsmi şəkildə təkzib etdi və məsələ qapadıldı”.

H.Hacızadənin fikrincə, Rusiya hansısa məxfi yollarla Azərbaycana və Ermənistana hərbi əməliyyat haqda mövqeyini bildirməlidir: “Bəlkə də hər iki tərəfə Moskvanın münasibəti deyilib, sadəcə, xəbərimiz yoxdur. Rusiya taktiki manevr edir və aşkar mövqe sərgiləmir. Moskva hansısa kanallarla fikrini açıqlayır.

Çünki indi açıq mövqe qoymaq çətindir.  Əvvəla, Türkiyə gəlir, ikincisi, Ankaranın və Bakının qətiyyəti var, o cümlədən Paşinyanın Qərbə yönəlik siyasəti Kremlin xoşuna gəlmir. Ona görə bu faktorlar nəzər alınır və Rusiya ehtiyatla davranır. Ümumiyyətlə, vəziyyət qəlizləşib və biz arzu edirik ki, hər şey vətənimizin xeyrinə olsun”.

Əvvəlki yazı

Hafiz Hacıyev və komandası döyüş bölgəsində

Sonrakı yazı

Deputat: “Məmmədyarovun əməlləri tam araşdırılmalıdır”

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.