20-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Heydər Əsədovun seçkidəki rəqibi danışdı

15 Avqust 2024, 11:56
Seçmə
A A
Heydər Əsədovun seçkidəki rəqibi danışdı

Deputatlığa namizəd Peyman Sadıqov açıqlama yayıb. Reportyor .info həmin açıqlamanı təqdim edir: Hazırda təbliğat-təşviqat kampaniyasını bir çox istiqamətlərdə aparırıq və kampaniyamız uğurla davam edir. Mənim təşviqat kampaniyamın əsası dairənin ərazisində yaşayan gənc və orta nəslin nümayəndələrindən ibarət böyük bir komandadan ibarətdir. Namizədi olduğum dairənin ərazisində mövcud olan və sakinləri daha çox narahat edən əsas problemlərini öyrənmək komanda şəkilində çalışırıq. Çünki fiziki cəhətdən bütün problemləri görmək, onların qeydiyyatını aparmaq mümkün deyil. Lakin komanda şəkilində biz böyük bir ərazinin problemlərini görür, sakinləri narahat edən məslələri qeydiyyata alırıq.
Sosial şəbəkə üzərindən seçkiqabağı təşviqatın aparılmasına, “Facebook” vasitəsilə insanlara vəd verməklə onların inamını qazanamağa çalışmağı düzgün addım hesab etmirəm. Əgər sən seçicinin problemini daha dəqiq bilmək və onu dinləmək istəyirsənsə, əziyyət çəkib onun ünvanına getməlisən.
Çalışıram ki, fərqli və peşəkar şəkildə təbliğat-təşviqat kampaniyası aparım. Hər bir namizədin formalaşmış imici olmalıdır, onun müraciəti və məsələlərə yanaşması çox əhəmiyyətlidir.


Seçicilərin namizəddən istədikləri vacib məsələləri sizin diqqətinizə çatdırıram.
İlk öncə insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına, dövlətin bu istiqamətdə gördüyü işlərin daha da məhsuldar və effektiv olmasına çalışmaq. Korrupsiya və ədalətsizliyə qarşı mübarizədə ön sıralarda olmaq. Şəhərin bərbad vəziyyətdə olan yollarının bərpa olunmasına nail olmaq.
Çıxarışı olmayan evlərə lazımi sənədlər verilməsinə köməklik göstərmək.
Bundan başqa, şəhər ərazisinin abadlaşdırılması, müasir texniki avdanlıqlarla təchiz olunan klinikaların açılması, şəhərin müxtəlif yerlərində pulsuz idman zonalarının yaradılması və şəhər sakinlərinin struktur işsizliyinin aradan qaldırılması üçün aidiyyəti qurumların diqqətini bu istiqamətə yönəltmək.
Namizədliyimi irəli sürdüyüm Şirvan şəhərində ən çox narahat doğuran məqam insanların ümidsizlik və inamsızlıq hissləri ilə yaşamasıdır.
Şəhər sakinləri ilə söhbət zamanı onların uzun illərdir yaşadığı evlərinin çıxarışlarının və digər sənədlərinin olmamasına görə qeydiyyata alınmamağından şikayətləndilər. Çox təəssüflə qeyd etmək istəyirəm ki, Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu sahədə müvafiq fərmanlar verilsə də, bəzi rayonlarda vətəndaşların şikayətləri həll olunmayıb.
Yolların bərbad vəziyyətdə olması, kanalizasiya sisteminin normal şəkildə işləməməsi və digər sosial problemlər var. İnsanlar yol olmsa, kanalizasiya sistemi işləməsə, qaz, işıq, su olmasa, sadəcə əziyyət çəkəcəklər. Görünən odur ki, bu dairədən əvvəllər seçilən deputatlar sakinlərin həm həyətinə, həm də həyatına laqeyd yanışıblar.
Şəhərin əsas problemi yolların bərbad vəziyyətdə olmasıdır. Xüsusilə qış aylarında yağıntılı havalarda yaşlılar və uşaqlar əziyyətlə bu yollardan istifadə edirlər. Şagirdlər palçıqlı yollarla çətinliklə məktəbə gedirlər. Belə şəraitsizlik onların məktəbdəki davamiyyətlərinə və normal təhsil almalarına mənfi təsir edir. İnsanları bu qədər narazı salan problemlərin həll olunmamasını mən yalnız dövlətə və hakimiyyətə qarşı təxribat kimi qiymətləndirirəm.
Şirvanda iqtisadi problemlər mövcuddur. Yeni iş yerlərinin açılmasına ehtiyac var. İnsanlar kütləvi şəkildə işsizlikdən, dolanışığı olmadığından, ailədə ciddi problemləri olduğundan şəhərə üz tuturlar. Bu insanlar yalnız Bakıya deyil, Rusiyaya, Türkiyəyə, Orta Asiya ölkələrinə gedirlər. Müharibədən əvvəl Ukraynaya da gedirdilər. Bu insanların taleyindən, həyat tərzlərindən narahat oluram. İnsanları qaçqın kimi yaşamağa məcbur edən səbəb nədir? Təcili olaraq sosial problemlər dövlət səviyyəsində həll olunmalıdır ki, insanlar doğulduqları mühitdə rahat yaşaya, uşaq böyüdə, işləyə bilsinlər. Nəhəng şəhərdə evləri, işləri, təhsilləri yox, qalırlar küçələrdə… Hamı özünə şərait yaratmalı və taleyini normal, səlahiyətli bir insan kimi yaşamalıdır. Sosial problemləri yaradan səbəblər aradan qaldırılmalıdır. Şirvanda ciddi şəkildə kadr islahatları aparılmalıdır. Milli ruhlu, vətənpərvər insanlar şəhərdə rəhbərliyə gətirilməlidir. Şəhər sakinlərinin taleyi, həyat tərzi, dəyərləri ilə oynamaq olmaz. İnsanları mənən sınmağa, pis yola düşməyə, ehtiyaca görə qəddarlaşmağa, pis-pis işlərlə məşğul olmağa məcbur etməsinlər. Hər kəs bu sınaqlardan üzüağ çıxa bilmir. Əgər problem baş verirsə deməli orada pis təşkilat, pis rəhbərlik var ki, şəhərdə belə sosial problemlər yaranır.
Bu gün Şirvanın sferasında ən ciddi problem narkomaniya ilə bağlıdır. Son zamanlar bu çox aktivləşib. Problemin bir sıra səbəbləri var: birinci, İranla yaxın olmağımız, oradan narkotranzitin keçməsi. İkincisi, gənclər arasında işsizliyin olmasıdır ki, bu da narkomaniyanın artmasına səbəb olur. İşsiz gənclər vaxtlarını öldürmək üçün bu yola can atırlar. Nəticədə gənclər arasında narkomaniyaya meyl artıb. Bu sahədə ciddi işlər görülməlidir.
Şirvan camaatı əməksevər, işləməyi bacaran, çorək qazanmağın yolunu biləndir. Buna görə şəhərdə daha çox iş yerləri açılsa, Şirvanda inkişafa nail olmaq olar. Büdcə vəsaitləri hesabına əhaliyə pulsuz sosial xidmətlər göstərilməsi üçün fondların yaradılması vacib məsələlərdən biri olmalıdır. işsizliyə görə və ölkənin əmək qabiliyyəti olmayan vətəndaşlarının saxlanmasına görə müavinətlərin ödənilməsi üçün büdcələrdə (yerli və ümumdövlət) ehtiyat fondların yaradılması lazımdır. Əhalinin müəyyən kateqoriyalarına müxtəlif xidmətlər göstərən ictimai fondların geniş şəbəkəsinin mövcudluğu. Dövlət və işəgötürənlər tərəfindən göstərilən sosial xidmətlərə və təqdim olunan imtiyazlara vətəndaşların hüquqlarının qanunvericiliklə təsbit olunması və bu hüquqların reallaşdırılmasını təmin edən təsirli mexanizmlərin olması prioritet məsələdir”. Qeyd edək ki, bu dairədən hakim partiyanın namizədi sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovdur.

Əvvəlki yazı

Belqorodda fövqəladə vəziyyət rejimi tətbiq olunub ​​​​​​​

Sonrakı yazı

“Afəti bağışlamamışam” – Flora Kərimova

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30
Paşinyanla Pezeşkianın görüşü başladı – Video

Paşinyanla Pezeşkianın görüşü başladı – Video

19 Avqust 2025, 11:27
“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.