27-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Heydər Əliyevin bu qərarı hər kəsi şoka saldı – Amaşov

14 İyun 2019, 13:52
Seçmə
A A
Heydər Əliyevin bu qərarı hər kəsi şoka saldı – Amaşov

Bakıda Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib.

Reportyor.info  xəbər verir ki, konfransda Azərbaycan Mətbuat Şurasının, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi, baş redaktorlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransın 15 iyun – Milli Qurtuluş Gününə həsr edildiyini bildirib. O qeyd edib ki, 15 İyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür:

“Müasir Azərbaycanın inkişafı 15 İyun Milli Qurtuluş Günü ilə başlayıb. Heç zaman unutmamalıyıq ki, 15 İyun Azərbaycanı bölünməkdən qurtardı. Xalqımızın təkidi ilə ikici dəfə siyasi hakimiyyətə qayıdan Ulu öndər az müddət ərzində xalqın bütün nümayəndələri arasında milli barışığa nail oldu. Ölkəyə investisiya axını təmin olundu. “Əsrin müqavilə”sindən sonra əldə olunan bütün nailiyyətlər Azərbaycanın inkişafına həsr olundu”.

Ə.Amaşov Heydər Əliyevin media siyasəti barəsində də danışıb:

“Heydər Əliyev jurnalistikaya kifayət qədər açıq idi və jurnalistikanın gücünü kifayət qədər aydın dəyərləndirirdi. O, Azərbaycan KİV-lərinin dövlətçilik ruhunda inkişafında mühüm işlər görüb. İstər Naxçıvanda dövlət çevrilişinə cəhd olunanda, istərsə də 1994-95-ci illərdə dövlət çevrilişinə cəhdlər zamanı televiziya vasitəsilə xalqa müraciət edib, insanları səfərbər olmağa çağırması kifayət qədər ciddi addım idi. Heydər Əliyev medianın rolunu qiymətləndirirdi və onun xalqa müraciət forması bunun bir göstəricisidir”.

Ə.Amaşov bildirib ki, vaxtilə qəzetlərin Azərbaycan Nəşriyyatına kifayət qədər borcu yaranmışdı. Belə bir məqamda Heydər Əliyev media rəhbərləri ilə görüş keçirdi və borclar bağışlandı.

Natiq Heydər Əliyevin 1998-ci il avqustun 6-da senzuranın ləğvi ilə bağlı sərəncamının bütün media ictimaiyyətində rəğbət doğurmaqla yanaşı, cəmiyyəti sözün yaxşı mənasında şoka saldığını vurğulayıb:

“Biz hamımız düşünürdük ki, müharibə vəziyyətində olan bir ölkə senzuranı necə ləğv edə bilər?! Amma sonrakı proseslər Heydər Əliyevin bu addımının da doğru olduğunu ortaya qoydu”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Cahangir Məmmədli Heydər Əliyevin ömrünü xalqına fəda etmiş millət fədaisi adlandıırb. O, Ulu öndərin Bəxtiyar Vahabzadə və digər vətənpərvər insanları xilas etdiyini vurğulayıb.

C.Məmmədli bildirib ki, Azərbaycanın bugünkü inkişafına görə Heydər Əliyevə minnətdar olmaq lazımdır.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli o günlərin canlı şahidi olduğunu vurğulayıb:

“1990-cı illərin əvvəlində Azərbaycanda bir xaos yaranmışdı. Nazirlərin hər biri özünü prezident kimi aparırdı. Birinin sözü digərinin boğazından keçmirdi. Belə bir durumda cəbhədə uğursuzluqlar baş verirdi və nəhayət, Gəncədə qardaş qanı töküldü. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir zamanda Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi. Ona Milli Məclisdə sual verdilər ki, siz bu problemləri həll edə biləcəksinizmi? Ulu öndər dedi ki, mənim sehirli çubuğum yoxdur, ancaq mən bütün gücümü səfərbər edib bundan sonrakı ömrümü xalqıma həsr edəcəm”.

V.Səfərli qeyd edib ki, o dövrdə müstəqil media yox idi:

“Daxili İşlər naziri İsgəndər Həmidov jurnalist Mahal İsmayıloğlunu döydürüb maşının yük yerinə salıb gətirtmişdi. Hakimiyyəti tənqid etmək mümkün deyildi. 2001-ci ildə baş redaktorlarla görüş keçirildi və medianın bir sıra problemləri həllini tapdı. Onu da deyim ki, o vaxtadək milli mətbuatımızın yubileyləri qeyd olunmurdu. Məhz 2000-ci ilin iyulun 22-də Gülüstan Sarayında milli mətbuatımızın 125 illiyi qeyd olundu. Ondan sonra hər 5 ildən bir milli mətbuatımızın yubileyləri təntənəli şəkildə qeyd olunur”.

V.Səfərli Ulu öndərin bu siyasətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib:

“Təkcə onu deyim ki, KİVDF yaranandan indiyədək mediaya dövlət büdcəsindən 41 milyon manat vəsait ayrılıb. Nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyev də əbədi yaşayacaqdır”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Heydər Əliyev-media, Heydər Əliyev-jurnalistlər mövzusunun çox maraqlı mövzu olduğunu bildirib:

“Mən həmin illərdə Naxçıvan Universitetində müəlim işləyirdim. O hadisələr mənim gözümün qabağındadır. 1993-cü ildən əvvəl Heydər Əliyevin yanına gəlib-gedənlər arasında Vüqar Səfərli, Əflatun Amaşov, Vüqar Rəhimzadə kimi jurnalistlər var idi”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay Heydər Əliyevin çox güclü şəxsiyyət olduğunu bildirib:

“O, mətbuatın qiymətini çox yaxşı bilirdi. Özü qəzetləri oxuyurdu, jurnalistləri üzdən tanıyırdı. Jurnalist üçün onu ölkənin birinci şəxsinin oxumasından böyük nə ola bilər?! O imkan vermişdi ki, hər kəs olduğu kimi ola bilsin”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Heydər Əliyevi kənardan qiymətləndirməyi bacarmağın lazım olduğunu vurğulayıb:

“1993-cü ildə Heydər Əliyev hakimiyətə gəlməsindən 1 il 3 ay sonra nəhəng şirkətlərin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı. Dövlət həyatının bütün sahələri üzrə köklü islahatların həyata keçirilməsinə başlanıldı”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Heydər Əliyevin Yaxın Şərqin, müsəlman dünyasının yetişdirdiyi böyük şəxsiyyət olduğunu deyib:

“Heydər Əliyevin jurnalistlər arasında özünü rahat hiss etməsi onun güclü şəxsiyyət olmasından irəli gəlir. 2001-ci ildə Heydər Əliyev mili mətbuatımızın latın qrafikalı əlifbaya keçməsi barədə fərman imzaladı. Onun bir açıqlamasından sonra məmurlar mətbuatın tənqidlərinə qarşı dözümlü olmağa başladılar. 2002-ci ildə mətbuat günü ərəfəsində 10 qəzetin baş redaktoru ilə 3 saatlıq görüş keçirdi. 2002-ci ildə “Jurnalistlərin dostu” seçilməsinə həm çox təəccüblənmiş, həm də sevinmişdi. Mətbuatdan çəkinmirdi, ictimai fikri istədiyi istiqamətə yönəldə bilirdi. Biz ona Tanrıdan rəhmət diləyirik”.

Əvvəlki yazı

Elçibəyin həyat yoldaşı vəfat etdi

Sonrakı yazı

Bakı polisindən “Son zəng” açıqlaması:”Xoşagəlməz hal qeydə alınmayıb”

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.