04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

HEYDƏR ƏLİYEVDƏN MÖHTƏRƏM PREZİDENTİMİZ CƏNAB İLHAM ƏLİYEVƏ MURACİYYƏT :

01 Aprel 2018, 18:51
Seçmə
A A
HEYDƏR ƏLİYEVDƏN MÖHTƏRƏM PREZİDENTİMİZ CƏNAB İLHAM ƏLİYEVƏ MURACİYYƏT :

HEYDƏR ƏLİYEVDƏN MÖHTƏRƏM PREZİDENTİMİZ CƏNAB İLHAM ƏLİYEVƏ MURACİYYƏT :


Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev!

Biz xarici dövlətlərdə yaşayan və tələbə aspirant kimi təhsil alan gənclər, sizin xalqımız qarşısında çıxışınızı və biz gələcək nəsilə qiymətli tövsiyyələrinizi diqqətlədinləyirik.Sizə, ailəmiz üçün cox əhəmiyyəli olan , eyni zamanda böyük narahatçılıq törədən bir vacib məsələ ilə bağlı müraciət etməyə məcbur olmuşuq.
Biz xaricdə təhsil alan tələbələr, Sizin çıxışlarınızdakı məsləhətləri qəbul edir və bir örnək olaraq ona əməl edirik. Çıxışınızda göstərmisiniz ki, dövlətimizdə, gündəlik işinizdə məmur özbaşnılığı bağlı neqativ hallar bərədə mənə məlumat verin. Yazın, email-ə, yazılı məktbub göndərin, məndən tələb edin. Mən öz tərəfimdən tədbir görərəm.

Biz, xarici dövlətdə təhsil alan tələbələr – üç qardaş: mən Heydər Əliyev, qardaşlarım Cavanşir Əliyev və Ağalar Əliyev bu müraciətimizi yazılı şəkildə göndərməklə,Sizinlə görüşmək xahişimizin oduğumuzu bildirmək istəyirik. Görüşməyimizin yeganə səbəbi bundan ibarətdir ki, atamız Məmməd Əliyev siz tərəfdən imzalanmış 3-cü zəmanət məktubu ilə Dövlət Neft Şirkətindən bir başaAzərbaycan Respublikasının Baş Prokurorluğunun Mərkəzi aparatına,mütəsna hall kimi, 36 yaşında,şöbə prokuroru təyin edilmişdir.Lakin bir müddət sonra, onun Azərbaycan prokurorluğunda indiyənə kimi qüsursuz, korrupsiyadan, rüşvətdən uzaq, Heydər Əliyev irsinə vəSizədaima sadiq bir prokuror kimi işləməsinə nəzərə alınmadan, Baş Prokurorluğununrəhbərliy tərəfindənqısqanclığın qurbanı olaraq, təhtid, təqib, təzyiqlərə məruz qalıbheç bir səbəb göstərilmədən Bakı şəhər prokurorluğuna şöbə prokuroru, yəni aşağı vəzifəyə təyin edilərək, 300 azn maaşı keçirilmişdir.. Bununla da ona ilk psixoloji zərbə vurumuşdur. Həttda məzuniyyətdə olduğu müddətdə rəhbərlik çaşqınlıq içində qalıb ona əsassız töhmət verilmişdir.Hansıki, bir ay öncə PA İdarə rəisi Şahin Əliyevə təqdim etdiyii sübutlar əsasında Atestasiya komisiyası önə çəkilərək Sizin sərəncamınızlaProkurorluğun Tədris mərkəzində qeyri qanuni paralel fəaliyyət göstərən imtahan komisiyasını ləğv olunmasıdır.
Cənab Prezident !
Azərbaycan gəncliyinə nümunə olan qardaşlarımla birgə11 aprel prezident seçkiləri ərəfəsində istər İsraildə, istər Kanadada, istər Fransada, istər Moskvada olarkən yalnız Heydər Əliyev irsinin təbliği ilə məşğuluq. Qarşıdan gələn prezident seçkiləri ərəfəsində də bütün xaricdə yaşayan azərbaycanlı tələbələrin, bir könüllü təbliğatçınız kimi , 11-i tarixində,Cənab Prezident ,Sizə səs verməyə hazırlaşırıq. Biz öz prezidentimizi artıq seçmişik. O Ulu Öndırin varisi İlham Əliyevdir!!!

Məmməd Əliyev kimdir?
1972-ci ildə Azərbaycan Respublikasının partiya komitəsinin birinci katibi olmuş Heydər Əliyev- Ulu Öndərimiz Xanbulançay dəryaçəsindən görüşündən çayka maşınını ilə qayıdarkən,o maşını saxlatdıraraq,yol kənarında düzülmüş onu qarşılamağa gəlmiş şagirdlər, tələbələrlə görüşmək qərarına gəlir. Onun ilk görüşdüyü şagird,atam Məmməd Əliyev olur.Bu sevindirici anda, 8 yaşlı atam Məmməd Əliyevə Ulu Öndərimiz Heydər Əliyevə həmişəyaşıl dəfinə ağacının yaşıl budaqini verməklə salamlaşmışdır. Heydər Əliyev soruşmuşdur:
Sənin adın nədir?
“Mamed” deyə atam cavab verərkən , cavabında Ulu Öndər ona “yox sənin adın Məhəmməddir” deyib! İlk dəfə məhz onda, Ulu Öndər ,72-ci ildə atamın başına sığal şəkib, atama xeyir-dua vermiş, ayrılmışdır.
Məmməd Əliyev kimdir?
Məmməd Əliyev Memarlıq və İnşaat Mühəndislər İnstitutunu bitirmiş ali təhsilli mühəndis.Sonra Rusiya dövlətində ali hüquq təhsili almış, Sizin Zəmanət məktubunuzla prokuror təyin olunmuş, eyni zamanda 1992 ci ilin sonu,1993-cü ilin əvvəlindəRespublika ziyalılar tərəfindən Yeni Azərbaycan Partiyasınnin yaradılmas ilə bağlıNaxçıvanda yaşayan Ulu ÖndərimizHeydər Əliyevə olunan müraciətin, sadiqliyin davamı olaraq və YAP ın təşkilatlanmasındakı xidmətləri nəzərə alınaraq Bakı kinotetrında keçirilən ilk konfransındaXetai rayonun təşkilatının ilktəftiş komissiyasının sədri seçimişdir.O vaxt Xətai rayon Yeni Azərbaycan Partiyasını tanınmş şəxslər: Ziya Bünyadov,Murtuz Ələsgərov,Fərəməz Məqsudov,İbrahim Mehdiyev, , Vüqar Rəhimzadə,Akif Qəmbərov, Kərim Ağayev, Turan Əliyev, Ramiz Mirzəyev və o dövürdə rayonXətai rayonKommunist Partiya Komitəsinin 1-ci katibi işləmiş Rafiq Qasımoviştirak etmişlər.Rafiq Qasımov Təşkilatın ilk sədri seçilmiçdir. Həmin dövr çox təlatümlü idi.Üzdəniraq hakimiyyətin güc strukturları tez-tez bizə hədə-qorxu gəlir, fəaliyyətimizi dayandırmaqı tələb edirdilər.Bunlara baxmayaraq,çətinliklədə olsa biz konfransımızı keçirdik və onu müvəffəqiyyətlə başa çatdıra bildik. Atam Məmməd Əliyev bizə danışırdı ki, biz Hacibaba Bağırovun tənqid-təbliğ teatrında, Xətai rayonunda Qaz və Qazın nəqli İdarəsində, İbrahim Mehdiyevin rəhbərlik etdiyi Protez-Ortopediya İnstitutunda tədbirlərimizi keçirirdik.Bütün bunlar sözsüz ki, böyük risklər hesabına başa gəlirdi. Mən 1993-cü ilin fevral ayında dünyaya gəlmişəm.Bu o dövr idi ki, hələ Ulu Öndərimiz hakimiyyətə gəlməzdən öncə, o dövrün vətəpərvər gənclərə xüsusi ehtiyacı olan bir zamandaatam böyük oğluna, mənə döğma atasının deyil,məhz Ulu Öndərimiz Heydər Əliyevin adını qoymuşdur. Bu həmin o dövrdu ki,Ulu Öndərimiz öz çıxışlarında deyirdi ki, “mənim Bakıda evim yoxdur, mən qardaşımın evində qalıram”.Buo dövrdu ki,böyük ziyalımız Əjdər Xanbabayev qətlə yetiridi,buo dövrdu ki,həmin ilin sentyabr ayında Afiyyəddin Cəlilov,Şəmsi Rəhimov evinin qarçısında güllələndilər.O dövrü xatırlayaraq, atam həmişə deyir:“mən dövlət qarşısında, Heydər Əliyev və onun ruhu qarşısında bu gün ən müqəddəs işlərimdən birincisini yerinə yetimişəm. Həmişə deyir mənim ünvanımda Ulu Öndərin hakimiyyətə gəlməzdən öncə, o adı şərəflə daşıyan oğlum Heydər Əliyev böyüyür.”

Cənab Prezident, mən həmin Ulu Öndərin adını daşıyan Heydər Əliyevəm. Moskva Dövlət Universitetinin hüquq fakultəsinin bakalavr ,magistr pilləsini bitirmişəm.Hazırda Moskva Dövlət Sosial Münasibətlər Akademiyasında Dunya İqtisadiyyati üzrə və eyni zamanda Moskva Dovlət Humanitar Universitetində Beynəlxalq Huquq ixtisası uzrə aspirant kimi əyani təhsil alıram. Qardaşım Cavanşir Əliyev Sizintəhsil aldığınız, dərs tədris etdiyiniz, Moskva Dövlət Beynəlxalq Münasibətlər institutunun Beynəlxalq Hüquq və Avropa Birliyi Kafedrasının əyani aspirantidir.MGİMO nun magistr pilləsini əlaçı diplomla bitirib, hal-hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dünyanın 67 dövlətindən təhsil alan gənclərə Benəlxalq Hüquq ixtisasından dərs tədris edir. Sizin addımladığınız koridorlarda addımlayır.Cənab Prezidentimizin Sizin dərs tədris etdiyi auditoriyalara dərs tədris edir və bunu fərəhlə deyir,qürur hissi keşirir (videonu əlavə edirəm). Bu gün üçüncü qardaşım Ağalar Əliyev hazırda dünyada tanınmış Moskva Dövlət Beynəlxalq Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq fakultəsinin sonuncu kurs əyani tələbəsidir.
Sizə bu müraciəti göndərməkdə əsas məqsədimiz:
Qeyd etdiyim kimi, atam Məmməd Əliyev 18 ildir Sizin imzaladığınızZəmanət məktublarınız ilə prokurorluqda işləyir. Biz üç qardaşların xarici dövlətdə əyani təhsili ilə bağlı, daim maddi cəhətdənsıxıntı içində oxuyruq.Bununla belə biz cəkinmədən, yaşadığimiz Rusiya dovlətlərdə maddi ehtiyaclarımızı ödəmək üçün supermarketlərdə və s. yerlərdə əmək fəaliyyəti ilə də məşğul oluruq ki, atamız yaşasın ! AtamızMəmməd Əliyevin aylıq məvacibi 900 AZN dir.Prokuror İşlədiyi 18 ildə, 22 dəfə rəsmi olaraq Ölkənin Baş prokuroru cənab Zakir Qaralova müraciət etməsinə baxmayaraq, onun qəbuluna düşə bilməmişdir ( təqrirləri əlavə edirəm). Mənim Sizdən xahişim odur ki, imkan tapıb, bizi, 3 qardaşı və atamızla birlikdə qəbul edəsiz…Buradayazıb, deyilməsi mümkün olmayan çox vacib məsələlər varki, Heydər Əliyev irsinə sadiq olan gənclər kimi,Sizinlə görüşübbir çox məsələlərdən məlumat vermək istərdik. Çünki bu stresləri çəkən atam Məmməd Əliyev,18 il ərzində ,12 dəfə ciddi əməliyyata məruz qalmışdır. Əgər siz hörmətli Səhiyyə NaziriOqtay Şirəliyevə göstəriş versəniz,o yəqin ki, Sizə mənim atamın dəfələrlə ölümdən qayıtmasını sübut edən cərrahiyyə olunma sənədlərini təqdim edər.Biz onun oğulları bu böyük dəhşətlə dözə bilmirik.Bu sıxıntılar prokurorloqda işlədiyi dövrün təhtidlərin nəticəsidir. Ona görə də ən böyük xahişimiz budur ki, bizi qəbul edəsiz.
Bunuda əlavə edib bildirmək istəyirəm ki, 4 il bundan öncə mən Moskva Dövlət Universitetini bitirəndən sonra Azərbaycanda qalmaq istədim. Şəxsi işimiz razılaşdırılmış formada Sizin köməkçiniz Əli Həsənova verildi. Müəyyən yoxlamalar gedəndən sonra da Prezident aparatında Qafar Əliyev atama məlumat vermişdi ki, biz sizə cavab verəcəyik. O cavabında nəticəsi belə olmuşdur. Yəni orada Natiq Əliyev adlı bir işçi mənim atam Məmməd Əliyevə mobil telefonuna zəng edib, bildirmişdir ki, Ulu Öndərin adını daşıyan oğlunuz Heydər Əliyevin bugünkü gündə Prezident Aparatında hər hansı bir işlə təmin olunması imkan xaricindədir. Atam səbəbini soruşanda bildirmişdir ki, Prezident Aparatında maliyyə çətinliyi ilə bağlıdır. Ona görə 4 ildə bu məsələ cavabsız qalmışdır.Bu gündə şəxsi işim PA da Qafar Əliyevdədir.
Qeyd etmək istərdim ki, hörmət etdiyim Əli Həsənov və Qafar Əliyev atam Məmməd Əliyevi çox yaxşı xatırlayırlar. Atam söyləyir 1993-cü ilin iyun ayı idi.O vaxt Yeni Azərbaycan Partiyasının Qərargahı Cavid bağının yanındayerləşirdi. Atam 1993-ci il fevral ayının 24-də Ulu Öndərimizin şərəfinə adımı Heydər qoyarak,SƏS qəzetdə “Hər iki Heydər 100 yaşasın” adlı məqaləsini Öndərimizin 70 illiyinəçap etdirmişdir(Səs qəzeti 12 may 1993 cü il.24 (107)). Qəzetlərigötürmək üçün Bakı Dövlət Universitetinin yanında yerləşən Kibernetika İnsititutunun 4 cü mərtəbəsində yerləşənSəs qəzetininredaksiyasına gedir baş redaktorAğabəy Əsgərovun müaveni Səyyad Aranla görüşür. O məqalə dərc olunan qəzetləri atamın mütəmadi olduğu YAP qərərgahından götürməyi məsləhət görür.Atam qərərgahda hörmətli Əli Nağıyev,köməkşinizƏli Həsənov və Qafar Əliyevlə görüşür.(Atam onu da qeyd edirdi ki, mən o qərargaha girəndə 30-40 sm ayağım ele bil quyuya düşürdü.YAP inqərərgahin döşəməsi küçə ilə bir bərabərlikdə deyildi.Giriş qapısının ortasında sarımtıl rəngdə kişik jurnalnistulun üstündənqəzetlərər toplusunu götürüb, adlarını çəkdiyi insanlarla görüşüb ayrılandan sonra,1993 cü iliyun ayının 9-u olub.Qərərgahın qarşısındaatamı boz rəngdə bir mercedes qarşısınıkəsir.İsti havada qalın buşlat geyinmişo vaxtın üzdəniraq hakimiyyətinin qoçuları yumruq gücü ilə atamı maşınının içinə salmışlar. Sonra onlar, Zooparkın yanındakı yanacaqdoldurma məntəqəsindən yanacaq götürüb, orada uzun müddət fəaliyyət göstərmiş “Tural” restoranın həyətində atamı maşının damından bayıra ataraq,oradakıdəmir barmaqlıqlar olanqəfəsə salmışlar.Səs qəzetini yeməyi ona məcbur etmişlər.Bu azmış kimi maşının baqaj hissəsindən Hərbi paltara bükülmüş vəhşi canavarı çıxarmış dəmir qəfəsdə atamın üzərinə atmışlar ki, vəhşi canavar atamın həyatına sonqoysun.Əsas səbəb Heydər Əliyevi təbliğ etməmək,Ona qarşı təkzib vermək,bu addan imtina etmək olub. Atam öz əqidəsindən dönməmiş,şərəfli bir tarix yazmışdşr.Uzun illər oncə atam bu haqqda PA da Qafar Əliyevə məlumat vermişdir.
Cənab Prezidentimiz o ağır və təhlükəli illərdə üzdəniraq hakimiyyətin qoçuları atamı qətlə yetirə bilməyiblər !Amma bu gün Respublika Prokurorluğunun rəhbərliyi atam Məmməd Əliyevə psixolji terora məruz qoyub oldürmək istəyirlər.Biz onun oğulları bu böyük dəhşətə dözə bilmirik. Ona görə də təkrar xahişimiz budur ki, bizi qəbul edəsiz.

 

İndi atam hal-hazırda Bakı şəhər prokurorluğundaRespublika Prokurorluğunun rəhbərliyi tərəfindən çox böyük sıxıntı içindədir. Ona Baş prokurorluqun rəhbərliyi tərəfindən olan qeyri səmimi münasibət sərhəd tanımır. Sadəcə atam deyir ki, 18 ildir mən prokuror vəzifəsində işləyirəm, bir gün də olsun prokurorluğun fəaliyyət istiqamətləri ilə məşğul olmamışam. Mən səhər gedib kabinetdə otururam, ordan da çıxıb evə gedirəm. Bu 18 ildə mən bir dəfə də olsun prokurorluğa aid hər hansı bir tapşırıq yerinə yetirməmişəm. Hətta atam deyir ki, 2007-ci ildə,mənə verilən bu rütbədən 11 il keçməsinə baxmayaraq, növbəti rütbəmin verilməsindən ötrü Baş Prokuror Zakir Qaralova, Kadrlar idarəsinin rəisi Nazim Rəcəbova dəfələrlə rəsmi müraciət etsəmdə nəticəsi olmamışdır.Atamın bu müraciətlərinə biganəlik bizi oğulları məcbur elədi ki, Sizə müraciət edək.Bu əlamətdar bir dövrdə Sizdən kömək istəyək. Məlumat üçün redaksiyaya bildirmişikatamızla bağlı Ulu Öndərin adını daşıyan mən Heydər Əliyevdən qardaşlarımla birlikdə Sizə ünvanladığımız video müraciətimizdə var. Mən çox arzu edərdim ki, bizim Sizinlə görüşümüz baş tutsun və bu video müraciyyatin yayımlanmasına ehtiyac olmasin.
Əgər bu müraciətimizdən sonra, ölkənin Baş Prokuroru atamı dəvət edib, onunlanarahatçılıq törədən hallar barədə söhbət etməyəcəksə, onun 22 dəfə etdiyi müraciətdən sonra bir dəfə də olsun onu qəbul etmədiyini nəzərə almayacaqsa, hazırladığımız bu video müraciəti yayımlamaq məcburiyyətində qalacayıq!(müraciətləri əlavə edirəm)

Yeri gəlmışkən onu da nəzərinizə catdırırıq ki, biz üç qardaş Azərbaycana gələ bilmirik.Atamın 20 ilə yaxın bu çıxılmaz şəırairdə iıləməsinin nəticəsidir ki, bizim normal yaşayış şəraitimiz yoxdur. Bu gün Bakı-Şamaxı yolunun 25-ci km-də, bir ünvanda yaşayırıq.Bu ünvanımızdan başqa Bakı şəhərində heçnəyimiz yoxdur.Ailəvi qeyiyyatımızda Abşeron rayon Polis İdarəsindədir. Yaşadığımız evin üstündə 240 minlik yüksək gərginlikli iki elektrik xətti keçir. Ora gələndə şüalanırıq. Bildirmək istərdik ki, qonşularımızdan o şüadan dünyasını dəyişənlər də var.Xanımlar,qadınlarımızinsüd vəzi xərçəngindən dünyasını dəyişənlər var. Mən dönə-dönə xahiş edirəm bizim bu müraciətimizi də nəzərə alın. Üstümüzdə olan 240 min voltluq ölüm kabusunun götürülməsində Etibar Piriverdiyevə bununla bağlı ona dəfələrlə müraciət etsək də, o bu məsələdə heç kimi tanımadığını bildirmişdir. Bunlar həqiqərdir cənab Prezident !
Bununla da, biz, xaricdə yaşayan tələbələr artıq Sizdən video müraciətlə kömək istəmək məcburiyyətində olacayiq. Mən elə başa düşürəm ki, biz qardaşların bu çıxışları, Azərbaycan Prokurorluğu tərəfindən öz nəticəsini verər.Nəhayət ki, atamı rüşvətdən, korrupsiyadan uzaq bir insan kimi Baş Prokuroluğun özündə, aylıq məvacibi yüksək olan idarələrin birinə laiq olduğu vəzifəyə irəli çəkiləcək.18 illik ona qarşı olan biganəliyə son qoyulacaq !Möhtərəm Prezident, biz Məmməd Əliyevin oğulları, bütün onu sevən xalqımızın bir çox ziyalı təbəqəsi Sizi əmin edirki, bu gün Siz Məmməd Əliyevə, Respublikamızın güc strukturlarından hər hansını birini etibar etsəniz o, idarə etmək və xalqına xidmət etmək qabiliyyətindədir. Müxtəlif vastələrlə atamızın bu qədər sadiqliyini, dövlətçilikdə bu qədər xidmətlərini, Ulu Öndərin qurduğu dövlətlə bağlı az qala həyatını itirəcəyi təqdirdə bu gün o psixoloji terrora məruz qalıb, tərcümeyi-halını ləkələmək istəyirlərdə tapılır!!! Biri savadsız demək istəyir, biri bacarıqsız demək istəyir. Savadsız adamın üç oğlu Moskvada ali hüquq təhsili ala bilərmi? Bacarıqsız insan cənab Prezidentimizdən üç dəfə Zəmanət məktubu ala bilərmi? 18 il rüşvətə karrupsiyaya yox deyə bilərmi? Azərbaycan Yazıçılar Birliyinin üzvü olarmı ? Hüquq sahəsində namizədlik disertasiyasını bitirə bilərmi ? Xalqınn, millətinin bu qədər hörmətini qazana bilərmi? Bax bu suallar açıq qalıb, cənab Prezident. Xahiş edirik, atamla bağlı qəbul edin bizi və dinləyin. Baxın görün bu sadiqlik nə qədər ucadır, nə qədər şərflidir. Biz bu şərəfli missiyaya, bu şərəfli, əlçatmaz zirvəyə nail olmaq istəyirik. Sizinlə görüşmək istəyirik. Dərdimizi bölüşmək istəyirik. Sizdən kömək istəyirik.

Heydər Əliyev, Cavanşir Əliyev və Ağalar Əliyev qardaşları
27 mart 2018-ci il

 

 

 

Əvvəlki yazı

Hafiz Hacıyev Gəncədə seçicilərlə görüş kecirib – Fotolar

Sonrakı yazı

Cəlilabad rayonunda kütləvi dava baş verib

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.