18-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

HESABLAMA PALATASI “AZƏRPOÇT”U YOXLAYIR – Talan iddiaları araşdırılacaq?

08 İyul 2019, 21:54
Gündəm
A A
HESABLAMA PALATASI “AZƏRPOÇT”U YOXLAYIR – Talan iddiaları araşdırılacaq?

“Hesablama Palatası milli poçt operatoru olan “Azərpoçt” MMC-də yoxlamalara başlayıb. Təxminən 1 həftədir başlayan yoxlamalar həm “Azərpoçt” MMC-nin özündə, həm də poçt filalı və şöbələrində həyata keçirilir.” Bu barədə “AzPolitika.info”ya “Azərpoçt” MMC-nin adının çəkilməsini istəməyən işçilərindən biri məlumat verib.

Mənbənin məlumatına görə, hazırda Hesablama Palatasının əməkdaşları “Azərpoçt” MMC-nin Xəzinə Şöbəsinin fəaliyyətini yoxlayır. Yoxlamalarda məqsəd dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun auditidir.

1Qeyd edək ki, son dövrlər “Azərpoçt” MMC-nin fəaliyyətində ciddi qanun pozuntularına yol verildiyinə dair xeyli məlumat yayılıb. Belə ki, iş günü başa çatanda poçt şöbələrində gün ərzində yığılan pulun 500 manatdan artığını saxlamaq qadağan olduğu halda, “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyevin icazəsi ilə 20-30 min, hətta 60-70 minə yaxın pul saxlanılır. Bu da poçt şöbələrindən oğurluq hallarının artmasına, dövlətin vəsaitinin kriminal şəxslər tərəfindən ələ keçirilməsinə səbə olur.

Bundan əlavə “Azərpoçt” MMC-nin bu ilin mart ayının sonlarında korporativ informasiya sisteminin – “COLVİR Postal System” – CPS sisteminin yeni versiyasına qoşulduğu, bunun isə poçt işçilərinə cox ciddi problemlər yaratdığı bildirilir. Poçt işçilərinin “talan sistemi” adlandırdığı bu yeni sistemlə bağlı “AzPolitika.info”da geniş məqalə dərc etdiyimizdən, təkrarlamaq istəmirik.

Ancaq qeyd edək ki, bu sistem vasitəsilə dövlətin milyonlarla manat vəsaitinin talandığına dair iddialar var. Mümkündür ki, Hesablama Palatasının “Azərpoçt” MMC-də böyük miqyaslı yoxlamalara başlaması da bununla bağlıdır.

Qeyd edək ki, Hesablama Palatası “Azərpoçt” MMC-də 2015-ci ildə də Vergilər Nazirliyi ilə birgə audit aparıb. Həmin yoxlamalar zamanı da “Azərpoçt” MMC-də ciddi qanun pozuntuları, milyonlarla manat vəsaitin büdcədən və təyinatından yayındırılması aşkarlanıb.

hesablama_palatasi_51513777226

Belə ki, “Azərpoçt” MMC-nin poçt filial və şöbələrində alınan malların qiymətinin şişirdilməsi, icarədən əldə edilən vəsaitin büdcədən yayındırılaraq mənimsənilməsi, maliyyə fəaliyyəti zərərlə nəticələndiyi halda işçilərə mükafat və maddi yardım ödənilərək xərclərin artırılmasına yol verilməsi və xəzinə vəsaitlərinin müxtəlif yollarla talanması faktları qeydə alınıb.

Ancaq bu mənimsəmələrə görə heç kimin ciddi cəzalandırılmamasının “Azərpoçt” MMC-də yeni qanunsuzluqlara yol açdığı iddia olunur. Hesablama Palatasının yoxlamaları nəticəsində bu qanunsuzluqların ortaya çıxarılacağı gözlənilir.   

Xatırladaq ki, “Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdudlaşdırılmış lisenziya verib.

Rasim
AzPolitika.info

Əvvəlki yazı

Aliment borcunu ödəmədiyinə görə bu il 1020 nəfər həbs olunub

Sonrakı yazı

“Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.