20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Heç kimim yoxdur deyə günahkar məni seçdilər!”- 25 nəfərin öldüyü yanğınla bağlı cavabsız qalan suallar

29 Avqust 2018, 11:54
Uncategorized
A A
“Heç kimim yoxdur deyə günahkar məni seçdilər!”- 25 nəfərin öldüyü yanğınla bağlı cavabsız qalan suallar

Xəstələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilir.

Hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə iclasında 25 nəfərin ölümünə səbəb olan yanğını törətməkdə ittiham edilən Məhəmməd Məmmədov sərbəst ifadə verib. Məhəmməd Məmmədov sərbəst ifadəsində günahkar olmadığını söyləyib.

O bildirib ki, oğlu və həyat yoldaşı ilə yola getmədiyi üçün xəstəxanaya gedib, özü istəməsə də ailəsi onu məcbur ora göndərib: “İynə vurub məni ora aparıblar. Heç içmədiyim gün də məni ora aparırdılar”.

M.Məmmədov 1998-ci ildən dispanserə gedib-gəldiyini, son illərdə isə daimi orada yaşadığını deyib: “Orda təmir işlərini mən görürdüm. Orda ölən adamlar mənə çörək verirdi, kömək edirdilər. Mən axı onlara necə zərər verə bilərdim? And olsun Allaha, kitaba ki, bu işi mən görməmişəm. Yanğın olanda mən ancaq ordan çıxdım. Qapıya çatanda tüstüdən boğulurdum. Zorla qapıdan çölə çıxdım. Mühafizəçi Amid Quliyev də orada idi. Mən onun yanında idim. Amma o istintaqda deyib ki, məni görməyib. Xəstələrdən ifadə alıblar ki, guya mən həmin gün aqressiv olmuşam. Əgər aqressiv idimsə, niyə məni orada saxlayırdılar? Mənim heç kimim yoxdur. Ona görə də mənim boynuma qoyublar”.

14-cü palatada yatdığını və hadisə vaxtı səs-küyə oyandığını deyən M.Məmmədovun sözlərinə görə, yanğın onların palatasından başlamayıb. Oyanıb qapını açanda palataya tüstü dolub. O, bildirir ki, binadan çölə qaçıb, birtəhər özünü yaxınlıqda yaşayan bacısıgilə çatdırıb: “Ayağımda ayaqqabım da yox idi. Bacım pul verdi, gedib ayaqqabı aldım. Gəlib parkda oturmuşdum, birdən polislər gəlib, məni maşına basıb apardılar”.

M.Məmmədov Narkoloji Mərkəzdəki müalicənin keyfiyyətindən də gileylənib: “Ora xəstəxana yox, zülmxanadır. Dərman-filan yoxdur. Ora ancaq pul tələsidir”.

Hakim deyib ki, M.Məmmədovun istintaqda verdiyi ilkin ifadə ilə məhkəmədə söylədikləri arasında ziddiyyət var. Ona görə də həmin ifadə elan olunub.

M.Məmmədov istintaqda da sonrakı ifadələrində deyib ki, hadisəni o törətməyib, sadəcə, mərkəzdə yanğın olduğunu görüb, çölə qaçıb.

O, məhkəmədə də yanğın zamanı ölənlərin yaxınlarına üzünü tutaraq deyib: “Allah, peyğəmbər haqqı, mən işləməmişəm. Heç kimim yoxdur deyə günahkar məni seçdilər”.

Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olub.

M.Məmmədov istintaqda ifadəsində bildirib ki, müalicə həkimi Afət Məmmədova oğlunun və həyat yoldaşının sözü ilə hərəkət edərək, M.Məmmədovu uzun müddət orada saxlayıb. Martın 1-də axşam tibb bacısından orada qalma vaxtının uzadıldığını öyrənəndə qəzəblənib, saxta sənədlərlə orada zorla saxlandığına görə Mərkəzi də, çıxıb oğlunun evini də yandıracağını deyib. Gecə özünü öldürməyin yollarını fikirləşib, səhərə yaxın alışqanla yorğanı yandırıb. Alov artanda ölməkdən qorxaraq yorğanı divara tərəf atıb, palatada yanında yatan Nurlanı oyatmağa çalışıb, dəhlizə çıxıb “ay camaat, buralar yanır, çıxın qaçın” deyə haray salıb. Növbətçi sanitar Amid Quliyev əsas qapını açanda həyətə çıxıb, hasarı aşıb bacısıgilə gedib. Törətdiyi əməldən də peşmandır.

 Göründüyü kimi, M.Məmmədov istintaqda ifadəsində hadisəni törətdiyini bildirib.Məhkəmədə isə yanğını törətmədiyini, təzyiqlərdən sonra boynuna götürdüyünü deyir.

Məhkəmə iclası sentyabrın 4-də digər təqsirləndirilən şəxslərin ifadələriylə davam edəcək.

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb.

Əvvəlki yazı

MEHRİBAN ƏLİYEVANIN YENİ KÖMƏKÇİLƏRİ KİMLƏRDİR? – DOSYE

Sonrakı yazı

Prezident Binəli Yıldırımı qəbul edib

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.