07-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Heç kim məmurdan yardım istəmir“ – Nadir

28 Aprel 2020, 12:58
Maqazin
A A
“Heç kim məmurdan yardım istəmir“ – Nadir

“Həyatda məqsədsiz və mövqesiz insanlar var. Uğur qazanmaq üçün can atmayan insanlar oturub gözləyir ki, kimsə onlar üçün nəsə etsin. İnsan öz məqsədinə doğru getməlidir. Bu gün alınmırsa, sabah alınar deməlidir. Allah da çalışqan insanları sevir. Çalışqan insanlar hər zaman mükafatlandırılır”.

Bu sözləri “Ölkə.Az”a açıqlamasında müğənni Nadir Qafarzadə səsləndirib.

İfaçı son zamanlar sosial şəbəkələrdə tənqid və təhqir dolu şərhlər yazan insanlardan da danışıb.

“Uğursuz insanlar çoxdur. Evdə oturaraq, özünü divandan qaldırmadan əlinə telefonu alıb, başlayır uğurlu insanlara tənqid və təhqir dolu şərhlər yazmağa, çünki paxıldır. Tənbəl insan ola bilər, lakin bir də var tərbiyəsiz insanlar. Bu tərbiyəsiz insanları mən “otxod” adlandırıram, onlar cəmiyyətin artıqlarıdır. Əllərindən söyməkdən başqa bir iş gəlmir. Biz Allahın qanunlarına riayət etmirik. Allah Nadirin taleyinə müğənnilik yazıb. Bu, nə mənim, nə də başqasının seçimidir. Bu, Allahın seçimidir, mənə yazdığı qismətdir. Yaxud da kiminsə bəxtinə nazir olmaq düşüb. Deməli, o da ona layiqdir. Lakin cahil insan bunu düşünmür”.

Daha sonra o, sosial şəbəkələrdə onu təhqir edən istifadəçilərdən də danışıb.

“Mən hər zaman sözün düzünü demişəm. Belə bir deyim var  “Doğru söz danışanı yüz kənddən qovarlar”.  Dahilər də hər zaman belə olub. Düzdür, mən özümə dahi demirəm, amma onlar da doğru söz dedikləri üçün hər zaman daş – qalaq olunublar.  Lakin insanlar onların ölümündən sonra anlayıblar ki, bu insanlar həqiqət carçısı olublar. Ona görə deyiblər, sağlığında qiymət verin insanlara”.

“Heç olubmu ki, sizi təhqir edənlərdən hüquq-mühafizə orqanlarına şikayət etmisiniz” sualına isə ifaçı belə cavab verib.

“Yox, əsla. Mən heç vaxt hansısa adamcığaza görə dövləti, polisi narahat etmərəm. Elə insanlar olub, hər zaman da olacaqlar. Onlar cəmiyyətin boşluğunda olurlar. Mən isə həmişə dolu yerlərdə oluram. Elə insanları polis saxlasa belə, yenə də öz əməllərinə davam edəcəklər.

Necə deyərlər, qozbeli qəbir düzəldər. Əvvəllər olub ki, belə 1-2 nəfərə cavab vermişəm. Ancaq indi düşünürəm ki, belələrinə  cavab vermək lüzumsuzdur.  Çünki, mən cavabımla cılız insanları mükafatlandırmış, dəyərləndirmiş oluram. Allaha şükürlər olsun ki, mən taleyimlə barışmışam. 10-12 il əziyyət çəkəndən sonra Allah məni mükafatlandırıb”.

İfaçı təhqir yazan insanlara cavab verən həmkarlarından da danışıb.

“Elə həmkarlarım var ki, onları təhqir edən o cılız insanlara cavab verirlər. Mən heç kimi qınamıram. Demək ki, bıçaq sümüyə dirənib. Çünki, biz də insanıq. Elə insanlara deyərdim ki, hanı o məmurlar, deputatlar? Bu çətin gününüzdə yanınınızda deyillər. Ancaq təhqir etdiyiniz həmin o müğənnilər qapı-qapı düşüb, sizə yardım paylayırlar. Vallah, inandırım sizi, yenə də  naşükürlük edirlər, başlayırlar müğənniləri söyməyə.

Otuz manat yardım edəndə deyirlər ki, niyə 50 manatlıq yardım etmirsiniz? Biz əslində, heç kimə borclu deyilik. Bizim borcumuz yalnız Allahımızadır. Kimsə kiməsə yardım edirsə, ona təşəkkür etməliyik. Lakin insanlar bunu düşünmür. Heç kim məmurdan, biznesmendən yardım istəmir. Ancaq müğənnilərin adını çəkirlər. Çünki biz insanlarda qorxu var. Elə yəqin o səbəbdəndir ki, bizə “qılınc müsəlmanı” deyirlər.

Əvvəlki yazı

Azərbaycanda əfv olunan məhkum azadlığa çıxmaqdan imtina etdi

Sonrakı yazı

Bahar Muradova: “O nöqsanlar aradan qaldırılmalıdır” – Müsahibə

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.