Rəsmi Vaşinqton və Ankara ABŞ və Türkiyə Suriyanın Afrin bölgəsində gərginliyin azaldılmasını müzakirə edirlər.
Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Edrien Renkin-Qellovey bildirib.
“Hazırda Afindəki vəziyyətlə bağlı diplomatik müzakirələr aparılır”, deyə Pentaqon rəsmisi qeyd edib.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə ordusu Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb/APA.