Dünən yerli vaxtla saat 09:00 radələrində Nepalın paytaxtı Katmandudakı Tribhuvan Beynəlxalq Hava Limanından havaya qalxan Boeing 737-800 tipli Dubay təyyarəsinin havaya qalxdıqdan az sonra mühərriklərindən birinə quş çırpılıb.
İçində 167 sərnişinin olduğu öyrənilən FlyDubai şirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki quş vurduqdan sonra alovlanıb.
Nepal Mülki Aviasiya Qurumundan verilən açıqlamada pilotlar və texniki heyət tərəfindən aparılan qiymətləndirmələr nəticəsində təyyarənin nasaz mühərrikinin söndürülməsinə və uçuşun davam etdirilməsinə qərar verildiyi bildirilib. Təyyarənin Dubayda enişi zamanı hava limanında təcili eniş prosedurlarının həyata keçirildiyi öyrənilib.
Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.