ASIANA Hava Yollarına məxsus “Airbus A321” təyyarəsinin qapısını təcili çıxışın yanında oturan 30 yaşlarında olan şəxs açıb. 2,5 milyon əhalisi olan Daequya getmək üçün ölkənin ən cənub bölgəsindəki Jeju adasından havaya qalxan təyyarənin qapısı açılanda eniş üçün çox yaxın idi.
3 DƏQİQƏ AÇIQ QAPI İLƏ GEDİB
Hadisə baş verən zaman Airbus A321 yerdən 213 metr hündürlükdə olub və yerə enənə qədər 3 dəqiqə qapısı açıq vəziyyətdə olub. Nəqliyyat Nazirliyindən bildirilib ki, hadisə zamanı salonda olan digər şəxslər həbs edilmiş sərnişini saxlamağa cəhd ediblər. Həmin şəxsin qapını niyə açması ilə bağlı heç bir açıqlama verilməsə də, aviasiya qanunları belə hallarda 10 ilə qədər həbs cəzasını nəzərdə tutur. Sərnişinlərin kəskin qulaq ağrısından əziyyət çəkdiyi, müalicə üçün xəstəxanaya çatdırılan 12 nəfərin yüngül tənəffüs problemi olduğu bildirilib.