Hamlet Xanızadənin həyat yoldaşı dünyasını dəyişib
Azərbaycan SSR-nin əməkdar artisti, teatr və kino aktyoru Hamlet Xanızadənin həyat yoldaşı Nailə Xanızadə vəfat edib.
Reportyor.info xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının (“Azdrama”) mətbuat katibi Cavid Zeynallı sosial şəbəkədə məlumat verib.
O, qeyd edib ki, N.Xanızadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Hamlet Xanızadə isə 1990-cı ilin fevralın 3-də- 48 yaşında ürəktutmasından dünyasını dəyişib.