04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

16 Oktyabr 2025, 16:28
Kriminal, Şikayət, Cəmiyyət
A A
“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası
Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramovun general Raul Zeynalov da daxil olmaqla 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilməsi barədə məlumat vermişdik.
“Qafqazinfo” bu dəfə cinayət işinin təfərrüatını əldə edib. Kapitanın müttəhim, generalın zərərçəkmiş kimi tanındığı işi Bakı Hərbi Məhkəməsinin hakimi Zaur Hacıyev araşdırır.
Dava şabalıd davası imiş
Məhkəmədə məlum olub ki, təqsirləndirilən kapitanla generalı bağlayan şabalıd alveridir. Belə ki, Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakıya şabalıd gətirib. Şəhərə TIR-larla çatdırılan şabalıd daha çox “Meyvəli” Ticarət Mərkəzindəki mağazalara paylanılıb. Təxminən 2 ilə yaxın generalla kapitan bu alverdən yaxşı qazanc əldə ediblər. Zərərçəkmişlərin dilindən desək, ölkədə şabalıd monopoliyası qurublar. Amma zabitlərin birgə alveri sonda iflasa uğrayıb.
Malların batmasına görə təqsirləndirilən şəxslə Raul Zeynalov arasında münasibətlər pozulub. Sonuncu şabalıd gətirməsi üçün verdiyi 1 milyon manatı Ayazdan geri ala bilmədiyini iddia edərək prokurorluğa şikayət edib.
Generaldan əlavə, polkovnik-leytenant da alverə pul yatırıbmış
Cinayət işində adı keçən ikinci zərərçəkmiş isə Raul Zeynalov və Ayaz Bayramovla eyni nazirlikdə şöbə müdiri işləyən polkovnik-leytenant Yasin Muradovdur. İstintaq müəyyən edib ki, Ayaz general Zeynalovdan əlavə, Yasin Muradovla da iş görüb. Muradov da şabalıd alverindən qazanc əldə etməsi üçün Ayaza 200 min manatdan artıq pul verib. Yekunda pulu batmaqla yanaşı o, nazirlikdəki vəzifəsini də itirib.
Bu da son deyil. Eyni nazirlikdə baş leytenant rütbəsi ilə işləmiş Toğrul Kazımzadə də şabalıd alverinə qoşulub aldananlardandır. O da məsələlərin üstü açılandan sonra işdən çıxarılıb.
Kazımzadənin sözlərinə görə, Ayazın birdən-birə varlanması onun diqqətini çəkib. Üstəlik, generalla işləməsi onun inamını daha da artırıb: “Kazarmada yaşayan adam idi. Birdən-birə maşın, ev aldı. Hamı bildi ki, Raul Zeynalovla işləyir. Sonra elə oldu ki, mənə də işləmək təklif etdi. Dedi ki, nə qədər pul qoysan, şabalıdın satışından olacaq gəlirin 10 faizi sənindir. Birinci dəfə 77 min manat vermişdim. Hər dəfə pulu götürməyə bahalı maşınlarla gəlirdi. Amma bilirdim ki, o maşınlar Raul Zeynalovundur. Sonra qəfil yoxa çıxdı. Zəng edib dedi ki, guya güclü yağış yağıb, mal batıb. Ümumilikdə ona 125 min yox, 145 min manat vermişəm. Həmin puldan da cəmi 60 min qaytarıb, hazırda 84 min borcludur”.
Şüşə qəfəs arxasında əyləşən Ayaz isə Toğrulun yalan danışdığını, onu  Raul Zeynalovun öyrətdiyini deyib: “Bu adam heç bilmir nə qədər pul verib. Gah deyir 125, gah deyir 145 min… Raul Zeynalovun ssenarisi ilə danışır. Yaxşı, Toğrulu aldadırdımsa, 77 min manatını qaytarandan sonra niyə 145 min də verdi? Raul mənə demişdi ki, sənin bütün ailəni tutduracağam. Bunlar mənim üstümdən oyun oynayırlar. Birlikdə xeyli qazanmışıq, amma iş tərs gətirib axırda batdıq. Belə çıxır ki, bunlar pulu faiz kimi verirlərmiş. Toğruldan da nə almışamsa, hamısını qaytarmışam”.
İş üzrə digər zərərçəkmiş isə Cəmilə Seyidovadır. Seyidova deyir ki, Ayazı uşaqlıqdan tanıyıb, ikisi də Qəbələdə böyüyüblər. Ayazın müxtəlif vaxtlarda ondan borca pul alıb, sonradan artıqlaması ilə qaytardığını deyir. Şabalıd alverinə başlayandan sonra isə məbləğ böyüyüb, sonuncu dəfə ondan 120 min manat pul götürüb: “Heç vaxt Ayaza bu qədər pul verməzdim. Özünü varlı kimi göstərməsi məni aldatdı. “Range Rover”, “Lexus” kimi maşınlar sürürdü. Bir dəfə maşını açdı, içində külli miqdarda pul var idi. Dedi ki, bəs sən 150 min manat ver, nə qazansam, yarısı sənindir. Birinci dəfə 30 min verdim, 1 həftə ərzində artıq 3 min qaytardı.
Özünü ölkədə şabalıd monopoliyasına baxan adam kimi təqdim edirdi. Çoxlu pullar göstərib, “görürsən yerlin nə oyun çıxarır, hamısı generalların, polkovniklərin pullarıdır. Yaxında milyonçu olacağam”, – deyirdi.
Bundan sonra güvənim artdı. Oğlumun da maşınını satıb, 120 min manat da verdim. Haradasa ondan bu günə qədər 40 min qaytarıb. Sonradan öyrəndim ki, bunun hamıya borcu olub”.
Təqsirləndirilən şəxs isə xanımın dedikləri ilə qətiyyən razılaşmayıb. Onunla heç vaxt şabalıd alveri etmədiyini, pulları faizə götürdüyünü deyib: “Bu bütün pulları mənə faizə verib. Həmişə də aldığım pulu faizi ilə qaytarmışam. İndi də o birilər kimi Raul Zeynalovun ssenarisi ilə danışır. Cəmiləyə heç bir borcum yoxdur”.
Cəmilə həmyerlisi ilə mübahisə edə-edə zaldan çıxıb.
Proses gələn həftə qaldığı yerdən davam edəcək.
Qeyd edək ki, 39 yaşında general-mayor rütbəsinə layiq görülən Raul Zeynalov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini işləyib. O, hazırda heç bir dövlət qurumunda çalışmır, biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.
Əvvəlki yazı

Sabah Bakıda yağış yağacaq

Sonrakı yazı

Rəşad Bəxtiyarov Mehdiabad qəbiristanlığında dəfn olunacaq (FOTO)

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.