06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Hamı bilir ki, Məhəmməd Əmin Rəsulzadə kimdir…” – Bələdiyyə sədri

28 Yanvar 2019, 20:49
Uncategorized
A A

Abşeron rayonunun Novxanı qəsəbəsi bələdiyyəsinin sədri Şahin Tağıyev görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin barelyefi ilə bağlı iradlara münasibət bildirib.

O, “Report”a açıqlamasında bu məsələnin mübahisəli olduğunu qeyd edib: “Yeni barelyef hazırlanarkən bir neçə nəfərlə məsləhətləşmişik. Bir neçə mənbədən dəqiqləşmə apardım, hərə bir söz dedi. Biri dedi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu”, digəri isə “Azərbaycan Demokratik Cümhurriyyətinin qurucusu” ifadəsi olmalıdır dedi. Başqa bir nəfər də dedi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri” ifadəsi daha doğrudur. Ona görə də bu mövzu mübahisəlidir. Məhəmməd Əmin Rəsulzadəni tanımayan insan yoxdur. Hamı bilir ki, bu şəxs kimdir… Mübahisələrə son qoymaq üçün barelyefdə yalnız “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” ifadəsi yazıldı. Əlavə nəsə yazılsaydı, yenə mübahisə yaranacaqdı. Rəsulzadənin çox titulu var, onun hamısını barelyefə sığdırmaq olmaz axı…”.

Ş.Tağıyev deyib ki, Məhəmməd Əmin Rəsulzadə ilə bağlı məlumat əvvəlki barelyefdə də səhv olub: “Oğurlanan barelyefdə də yanlış yazılmışdı. Həmin barelyefdə “Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının yaradıcısı” qeyd olunmuşdu. Belə deyil axı. Guya əvvəl gəlib baxmışdılar ki, yalnış və ya doğru yazılıb? Bəlkə oğurlanmasaydı, müzakirə olunmayacaqdı… O barelyef AXC-Müsavat cütlüyü hakimiyyətdə olarkən qoyulmuşdu”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefinin oğurlanması ilə bağlı məlumat yayıb. Bildirilib ki, yanvarın 15-də Abşeron rayon, Novxanı kəndində yerləşən körpələr evindən rayon polis idarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.

Hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb.

Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Novxanı bələdiyyəsi barelyefi yenidən hazırlayıb. Barelyefdə “Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə yaşamışdır” ifadə yazılıb. Yanlışlıqlar olduğu üçün Novxanı bələdiyyəsi tənqid olunub, buna görə də bələdiyyə barelyefi götürməli olub.

5024e802-3cea-4bf1-b27f-3e7a98624a39
7668937e-0589-4dc8-a505-a3f4ecf7b9ad
Əvvəlki yazı

Sumqayıt məktəbində direktorla valideyin davası: “icra hakimiyyəti qadağa qoyub”

Sonrakı yazı

“BU, RƏSULZADƏNİN XATİRƏSİNƏ HÖRMƏTSİZLİKDİR” – ETİRAZ

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.