04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Halad dad” MMC-yə ağır ittihamlar

22 Oktyabr 2018, 14:05
Seçmə, Sosial
A A
“Halad dad” MMC-yə ağır ittihamlar

“Halad dad” MMC-nin məhsulları aşağı keyfiyyətlidir. Bu barədə mozalan.az xəbər yayıb

Cahan.info-nun verdiyi məlumatda bildirilir ki, sayt vətəndaşları ayıq-sayıq olmağa çağırıb.

Belə ki, adındakı “halal” sözündən əsər-əlamət yoxdur. Əvvəla halal donuz əti olmur. Laboratoriyaya verilsə, bu məhsullarda donuz piyinin istifadəsi təsdiqlənəcək.

Bu şirkətin məhsullarının halal olmaması dəfələrlə sübut olunub və şirkət müxtəlif illərdə İqtisadiyyat Nazirliyi tərəfindən cərimə edilib. Amma dərs götürməyiblərmiş.

Məhsullarının bəzilərinin camış ətindən olmasını məhsulun üzərində qeyd etməməsi də şirkətə baha başa gəlmişdi. “Halal Dad” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması yenə davam edir.

Məhsullarının halal olmasına dair heç bir sertifikatları olmasa da, istehlakçıları aldadırlar. Qida Təhlükəsizliyi Agentliyi bu fakta diqqət yetirərsə, ciddi faktlar meydana çıxa bilər.

Bir müddət əvvəl Şamaxı Şossesində yerləşən “Halal Dad” cəmiyyətinə məxsus müəssisədə yoxlama aparıb. Bəlli olub ki, müəssisə istehsal etdiyi kolbasa və sosiskaların markalanmasında düzgün məlumat verməməklə istehlakçıları aldadır. Xəbərdə deyilir ki, məhsulların istehsalında camış ətindən istifadə edilir. Lakin markalanmada bu haqda məlumat verilmir.

Bundan əlavə, məhsulların halal prinsiplərinə uyğun olmasına dair müvafiq sertifikatlaşma yoxdur. Amma məhsulların markalanmasında “halal” sözündən istifadə etməklə əhali çaşdırılır.

Ona görə də alıcılar diqqətli olmalıdır. Bu şirkətin məhsullarında halal olmayan dəniz piyi var. Üstəlik, QMİ tərəfindən hallalıq sertifikatı almayıb.

Nə qədər qəribə olsa da barəsində müxtəlif xoşagəlməz fikirlər səsləndirilən kolbasa və sosis məhsulları gündəlik qida rasionumuza daxil olub.

Tərkibində ümumiyyətlə ət və toyuq ətindən əsər-əlamət olmayan, ümumilikdə isə mənşəyi bəlli olmayan bu növ məhsullar ət və toyuqdan baha satılır və istehlakşılar bundan hər gün istifadə etmək məcburiyyətindədir. Aidiyyati qurumların məlumatına görə ölkə bazarlarında satışa çıxarılan kolbasalar standartlara qətiyyən uyğun gəlmir.

Təəssüf ki, bunun fərqinə varmayan istehsalçılar müxtəlif vasitələrlə istehlakçıları aldatmaqda davam edirlər. Artıq xeyli müddətdir ki, ölkə bazarına halal kolbasa adlı məhsul daxil olub. Elə bu məhsul bazara ayaq açar-açmaz müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub.

Ümumi nəticə isə ondan ibarətdir ki, müasir texnologoya ilə istehsal olunan kolbasa məhsulları standartlara cavab verə bilmədiyi halda, halal kolbasadan danışmağa dəyməz.

Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bildirib ki, Azərbaycanda bu gün halal kolbasa yoxdur:“İnandırıcı deyil ki, kolbasa istehsalçıları 8-10 manata ət alıb, 12 manata satsınlar. Azərbaycanda qida institutları olmadığından, bu məsələlər araşdırılmır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda kolbasaların tərkibinə süni ət qarışdırılmır, amma xeyli sayda inqrediyentlər vurulur.

Hətta heyvanların süd vəzisi, yelini, dili, başı qarışdırıla bilir. Ümumiyyətlə, kolbasa istehlakçılar üçün arzuolunan qida olmasa da, yerli məhsul gətirilənlərdən daha üstündür.

Belə halda, maraqlıdır ki, ölkədə aidiyyati qurumlar kolbasa məhsullarının hansı məmulatdan hazırlandığını deyil, yalnız onun təhlükəsizlik göstəricilərini araşdırır. Bununla yanaşı, qeyd edilməlidir ki, ölkədə kolbasanın halal, yaxud haram olduğunu araşdıran qurum və ya laboratoriya yoxdur.

Bu halda kolbasanın halal, yaxud haram olması barədə kim qərar verə bilər? Görünür, boşluqdan istifadə edən Qafqaz Müsəlmanları İdarəsi bu məsuliyyəti öz üzərinə götürüb.

Ancaq QMİ-nin hansı maraqlar baxımından belə ağır məsuliyyətin altına girməsi bizim üşün də sirr olaraq qalır. Məhz bu suala dəqiq cavab tapılmadığından son zamanlar kütləvi informasiya vasitələrində kolbasa məhsulları ilə bağlı müxtəlif ziddiyyətli fikirlər dolaşır.

Eyni zamanda, istehsalçı şirkətlərin də rəqabəti səngimək bilmir. Məsələn, bir müddət öncə özlərini halal kolbasa istehsalçıları adlandıran sahibkarlar “ölkədə saxlanılan donuzlar arasında Afrika taunu yayılıb” şayiəsini yaymaqla rəqiblərinə böyük zərbə vurmuş oldular.

Üstündən bir müddət keçdikdən sonra “kolbasanın tərkibində 50% donuz əti olmasa o qalmaz” fikri dövriyyəyə buraxılmaqla halal məhsul istehsalçılarının imicinə böyük zərbə vurmuş oldular. Məsələ orasındadır ki, iş adamlarının qeyri-qanuni rəqabəti nəticə etibarilə istehlakçıların “başında çatlamış olur”.

Əvvəlki yazı

AQTA-nın şantajı Təhməzlini bitirir – gizlinlər…

Sonrakı yazı

DTX sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.