04-03-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hakimiyyət isterikada? – son həftənin pərdəarxası

13 Sentyabr 2019, 10:48
Gündəm, Manşet
A A
Hakimiyyət isterikada? – son həftənin pərdəarxası

Hakimiyyət son bir həftəni isterika içindədir: YAP-ın “ağır artilleriyaları” həyəcanlı açıqlamalar verirlər, deputatlar bizi hansısa vahimə gözlədiyini inandırmağa çalışırlar, biri müxalifətdən iqtidara keçənləri satqın adlandırır, sonra onun fikirləri malalanır, biri xaricdən təhlükəyə işarə verir, bir başqası keçmiş nazirlərin mühacirlərə sponsorluq etdiyini açıqlayır, ən nəhayət siyasi partiyalarla birgə dəyirmi masa təşkil edilir, iqtidar-müxalifət arasında vahid sənəd imzalandığı açıqlanır, kəsəsi, bu dəfə müxalifətdə yox, hakim düşərgədə ciddi bir siyasi gərginlik, böhran, təlatüm, eyforiya müşahidə edilməkdədir.

Anaxeber.info hadisələrin xronoloji ardıcıllığına diqqət çəkərək yazır ki, iqtidar içindəki maraqlı qüvvələrin daxili çəkişmələri bura qədər latent (yəni gizli) gedirdisə, ən kritik situasiyada vahid komanda olmağı bacarırdılarsa, son olaylar çılpaqlığı ilə hər şeyi üzə çıxardı.

Bütün oyunçular kartları açdılar, gizli oyunlara son qoyuldu və açıq döyüş səhnəsi quruldu. Bu, tarixi zərurət idi və dünənə qədər merkantil (iqtisadi) maraqlar uğrunda iri ranqlı fiqurların apardığı mübarizə 2015-ci ildə (qlobal maliyyə böhranı) başa çatmışdı, sərvətlərin bölüşdürülməsi dövrü bitmişdi, növbə siyasi böhrana keçid olmalıydı.

İkincisi, xarici təhdidlərə qarşı müxalifətlə həmrəy olmaq üçün düşmənçiliyi kənaraq qoyaraq, narazı elektoratın qəbul etdiyi müxalif partiyaların liderləri ilə dəyirmi masa ətrafında toplaşmaq lazımıydı.
Yalnız bu halda vəziyyətin ciddiliyinə cəmiyyəti inandırmaq olardı, ictimaiyyətə və beynəlxalq aləmə mesajlar çatdırmaq mümkün idi.

Amma özünü konstruktiv müxalifət adlandıran, əslində, cəmiyyətdə “cib müxalifəti” kimi qəbul edilən siyasi partiyaları bir araya gətirməkə hansısa nəticələr əldə etmək nonsensdir.


Əvvəla, narazı elektorata, intellektual zümrəyə Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Pənah Hüseyn və başqalarının sözləri ilə təsir etmək, ictimai rəyi dəyişdirmək köhnəlmiş texnologiyadır. Nəsillər dəyişib, sosial media dominantdır, mühacirlərin yutub üzərindən fəaliyyəti ölkənin ənənəvi mediasını üstələyib.
Eyni zamanda seçki vasitəsi ilə ölkənin daxili işlərinə müdaxilə, xarici təhdidlər deməklə problemin ünvanı, hədəfin konkretliliyi göstərilməliydi.

Hakim partiya və ora toplaşanlar cəmiyyətə izah edə bilmədilər ki, söhbət hansı təhlükədən, kimlərin Azərbaycanla bağlı məxfi planlarından gedir. Əgər “söyüş müxalifəti” adlandırılan Avropadakı fəalları nəzərdə tuturlarsa, bu, o qədər inandırıcı görünmədi və onların çıxışları ölkədə siyasi dəyişikliklərə səbəb ola bilməz.
Deməli, xarici təhdidlər deyərkən hakimiyyət daha böyük gücləri, təşkilatları nəzərdə tutur. Sadəcə, adını çəkməyə tələsmir. Bir həqiqət var ki, iqtidarın bəlli qrupu isterika içindədir, ölkə üzərinə bir azman daş kimi nəhəng təhlükə gəldiyi təəssuratı yaradırlar və “işarəni dənizdən gözləyin” deməyə, narahatlığın gerçək istiqamətini göstərməyə qorxurlar.
Nəhayət, siyasi böhrandan çıxışın, sistemdəki problemlərin yeganə həll yolu var – real islahatlara getmək!
Hakimiyyət xaricdən təhlükələr görürsə, daxili çəkişmələr qabarıqdırsa, xalqın ictimai dəstəyindən məhrum olmaq istəmirsə, təkcə yanvarda həyata keçirilən dəyişikliklərlə narazılıq səngimir, bundan da genişmiqyaslı reformaları reallaşdırmaq qaçılmazdır.

Q.Həsənquliyev də iqtidara səslənmişdi ki, islahatlar gecikir, hökumət ictimai dəstəyi itirə və təxribatlara rəvac verə bilər. Belə vəziyyətdə əhalini yanına almaq, onun səsini qazanmaq istəyən bir hökumət gözə kül üfürməməli, açıq islahatlar aparmalıdır.
Əgər hökumətin radikal və köklü islahatlar aparmaq iradəsi varsa, ilk növbədə korrupsiya və monopoliya tamamilə ləğv edilməlidir. İş yerlərinin açılması, maaş artımı, sahibkarlara müdaxilələrə son, gömrükdən keçən mallara görə qeyri-rəsmi rüsumların alınmasından imtina, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təminatı, mənimsəməyə son, oliqarxlaşan nazir-məmur kontingentini neytrallaşdırmaq, kapital yığımını dayandıraraq onların əmlaklarını dövlətin balansına keçirmək ən vacib şərtlərdir.

Eyni zamanda mediaya azadlıq, QHT-lərin və siyasi partiyaların fəaliyyətinə şərait yaratmaq, müxalifətin parlamentdə təmsilçiliyinə imkan vermək, efirdə siyasi tənqid açılımı etmək, cəmiyyətin qəzəbini soyutmaq lazımdır.

Lakin bu dəyişikliklər hakimiyyətin özünün varlığına ciddi təhdid ola bilər və deyilənlərin yaxın vaxtlarda reallaşması üfüqdə görünür. O baxımdan kəmərsıxma siyasəti, həm siyasi, həm iqtisadi qaykaların bərkidilməsi, məhkəmələrin müstəqil olmaması ucbatından böhran getdikcə dərinləşəcək.

Üstəlik, biz geosiyasi vəziyyəti dəyərləndirməliyik, regiondakı hadisələrə nəzər yetirməliyik, sanksiyalar altında olan iki nəhəng qonşumuz İran və Rusiyanın durumunu incələməliyik.

Ona görə də xaricdən təhdid adlanan fəaliyyətlər davam edəcək, iqtidar açılıma getməkdən ehtiyat etməyə başlayacaq, nəticə etibarı ilə siyasi krizis şar kimi şişməkdə olacaq – gerçək islahatlar aparılmasa.
Bu halda qısqapanma olmayacağına kim zəmanət verə bilər? Absurd totallaşır, sistem özünüməhv düyməsini işə salır.

Ən xəstə cəmiyyətlər də dəli vəziyyətində çox tab gətirə bilmirlər. Azərbaycanda baş verənlərin xülasəsini hazırlayıb normal düşüncəli mühitə verin, oxuyub deyəcəklər: bu, ya ola bilməz, ya da bir azdan olmayacaq…

Anaxeber.info

Əvvəlki yazı

“KRIM UKRAYNA ƏRAZİSİDİR” – Azərbaycan “seçkilər”i tanımır

Sonrakı yazı

Tovuzda güllələnən vəkil öldü, qatil yaxalandı

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.