Nazirlikdən verilən məlumata görə, Blinken xarici işlər naziri Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib. Görüş zamanı tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, Ukrayna taxıl müqaviləsi məsələlərini müzakirə ediblər.
İSVEÇ KONKRET ADDIMLAR ATMALIDIR
Nazir Fidana telefonla zəng edən digər ad isə onun isveçli həmkarı Tobias Billström olub. Görüş zamanı Billström Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib. İsveçin NATO-ya üzvlüyündən danışan Fidan Stokholmun konkret addımlar atmalı olduğunu bildirib. Fidan və Billström Türkiyə, İsveç və NATO-nun qatılacağı 12 iyunda Daimi Birgə Mexanizm toplantısından sonra yenidən görüşmək barədə razılığa gəliblər. Digər tərəfdən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, Braziliya xarici işlər naziri Mauro Vieyra və Oman xarici işlər naziri Seyid Bədr bin Həməd Bin Hamud Əl-Busaidi də Hakan Fidanı yeni vəzifəsi münasibətilə təbrik edən digər adlar olub.