05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“”HAFKA” DÖVLƏTİN 47 MAŞININI APARIB NAXÇIVANDA GİZLƏDİB” – Cavid Qurbanov keçmiş şəriklərindən 42 milyon tələb edir

17 Noyabr 2018, 20:45
Gündəm
A A
“”HAFKA” DÖVLƏTİN 47 MAŞININI APARIB NAXÇIVANDA GİZLƏDİB” – Cavid Qurbanov keçmiş şəriklərindən 42 milyon tələb edir

Bakı Apellyasiya Məhkəməsində  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Baghlan Group” FZCO və “Trans Qafqaz Transport” MMC arasında məhkəmə çəkişməsi ilə bağlı qərar verilib. “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, ADY iddia ərizəsində “Trans Qafqaz Transport” MMC və “Baghlan Group” FZCO-nu cavabdeh tərəf kim göstərib. Cavid Qurbanovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” bu iki şirkətdən öhdəliklərinə görə yaranmış borcun ödənilməsini tələb edib. Nəsimi rayon Məhkəməsi qətnamə çıxararaq iddianı qismən təmin edib. Şirkətlər bu qərarla razılaşmayıb və apellyasiya şikayəti veriblər.

“Trans Qafqaz Transport” MMC və “Baghlan Group” FZCO-nun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.  İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılıb.

ADY-nin nümayəndəsi, vəkil İlqar Abbasov prosesdə iştirak etsə də, digər iki tərəf məhkəməyə gəlməyib.

İ.Abbasov çıxış edərək deyib ki, “Baghlan Group” rəsmi olaraq “Trans Qafqaz Transport”un (red-TQT) təsisçisi olub.

O bildirib ki, Hafiz Məmmədov “Dəmir Yolları İdarəsi” tərəfindən onlara “TQT”yə köçürülən 42 milyon manat pulu “Baghlan Group”un hesabına keçirib və həmin pullar ofşor hesablara çıxarılaraq orada bölüşdürülüb. “TQT”nin daşınar əmlakları müəyyən olunub və “İnterpol” vasitəsilə axtarışa verilib. İdarənin əmlakının özünə qaytarılması tələb edilir. Pulların bir hissəsi də Dubaydakı hesablara köçürülüb. 

Hakim bildirib ki, Vergilər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə göndərilən sorğulara cavab gəlib.

Məlumatda qeyd olunub ki, “Trans Qafqaz Transport” MMC Naxçıvan şəhərində qeydiyyata alınıb, rəhbəri isə Fərid Nadirxanovdur. Lakin beynəlxalq şirkət olduğu üçün təsisçisi barədə məlumat yerli dövlət strukturlarında yoxdur.

Vəkil qeyd edib ki, “Trans Qafqaz Transport” MMC-nin təsisçisi ərəb əsilli şəxsdir və həmin adam Dubaydadır.

Məhkəmədə məlum olub ki, “Baghlan Group” Azərbaycandakı nümayəndəliyini bağlayıb.

İlqar Abbasov bildirib ki, Hafiz Məmmədov “ADY”nin 47 maşınını Naxçıvana aparıb və orada gizlədib: “Biz indi bu maşınların geri qaytarılması ilə məşğuluq”.

Məhkəmə şikayət ilə bağlı qərarı elan edib. Belə ki, “Baghlan Group” FZCO məhkəməyə müraciəti zamanı təsisçisi barədə yetərli məlumat vermədiyi üçün onların şikayəti qeyri-mümkün hesab edilib. “Trans Qafqaz Transport” MMC-nin şikayəti isə təmin edilməyib, Nəsimi rayon məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb.

Yəni, məhkəmə “Azərbaycan Dəmir Yolları” ASC-nın xeyrinə qərar çıxarıb və “Hafka”nın öhdəliklərə görə “ADY”yə 42 milyon manat ödəməli olduğunu bir daha təsdiqləyib.

Məlumata görə, “Trans Qafqaz Transport” MMC 2002-ci ildən “Azərbaycan Dəmir Yolları”nın ali fraxt agenti olub. MMC-nin fəaliyyətinin əsas sahəsi “Azərbaycan Dəmir Yolları” fraxt siyasətinin ərazisində beynəlxalq səviyyədə “Avropa-Qafqaz-Asiya” dəhlizi vasitəsi ilə neft və neft məhsullarının daşınmasının həyata keçirilməsi olub.

“ADY”nin iddiası ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün internet resurlarında qeyd edilən nömrə ilə əlaqə saxladıq. Bizə bu şirkətin bağlandığı, artıq fəaliyyət göstərmədiyi bildirildi. “Baghlan Group” FZCO isə Z.Məmmədovun keçmiş ortağı, “Hafka” ləqəbli Hafiz Məmmədova məxsusdur.

Qeyd edək ki, Ziya Məmmədov Nəqliyyat naziri olan vaxt və ondan əvvəlki dövrlərdə Cavid Qurbanov, Hafiz Məmmədov və keçmiş nazir ortaq olublar, uzun illər birgə biznes fəaliyyəti göstəriblər. Sonralar onların arasında yaranan problemlər ayrılıqlara səbəb olub, hətta “Hafka” ilə Z. Məmmədovun qarşıdurması ilə bağlı materiallar da mətbuatda dərc olunub.

Ölkənin ən böyük biznes sahiblərindən olan bu üç şəxsdən biri-Hafiz Məmmədov 2010-cu illərin əvvəllərindən müflis olub, Ziya Məmmədov vəzifəsini itirəndən sonra faktiki “Hafka”nın taleyini yaşamağa məcbur qalıb. Üçüncü şəxs Cavid Qurbanov isə daha da dirçələrək keçmiş ortağı Ziya Məmmədovun bir vaxtlar nəzarətində olan “Azərbaycan Dəmir Yolları”na rəhbər gələrək öz imkanlarını genişləndirməyi bacarıb. Görünən budur ki, indi o, keçmiş ortaqları ilə haqq-hesab etmək məcburiyyətində qalıb. Çünki “Azərbaycan Dəmir Yolları” Z. Məmmədovun nəzarətində olan vaxt bu qurumun əsas korrupsiya mənbəyi olması heç kəsə sirr deyildi. Belə çıxır ki, C. Qurbanovun bu məsələləri araşdırandan sonra keçmiş ortaqlarından hesab sormaqdan başqa çıxış yolu qalmayıb.

Əvvəlki yazı

Nəsimi icra başçısı deputatdan 30 min niyə istəyib?

Sonrakı yazı

FAZİL MƏMMƏDOV BAKIYA QAYITDI – Müalicədən sonra çəkilmiş ilk FOTOSU

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.