Ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətinin pisləşdiyi və xaricə aparıldığı ilə bağlı məlumatlar yayılıb.
Sözügedən məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədr müavini Könül Vaqifqızı Unikal.org-a açıqlamasında bildirib ki, hazırda Hafiz Hacıyevin səhhəti yaxşıdır:
“Hafiz müəllimin səhhətində ciddi problem yoxdur. O, qısa müddətə Vətənə geri dönəcək. Mən 2 cümlədən ibarət olan bir rəy yazmışdım, onu böyük bir ajeotaja çeviriblər. Narahat olanlara təşəkkür edirik”.