Ölsələr də Hafiz Hacıyev gedib Xankəndidə Azərbaycan dövlətinə, dövlət başçısına nə qədər lazımdır kömək edəcək. Məcbur da olsa gedəcəm, millətimizin orda yaxşı yaşaması üçün əlimdən gələni edəcəm. İndi o erməniləri, separatçıları gətirib yerləşdirirlər ora, eybi yox, qoy gətirib töksünlər. Onsuz da biz onları araşdıracağıq görək hara erməniləridir, qarışığa salıb hansı millətləri gətirirlər ora. Araşdırandan sonra hansı addımları atacağımızı bilirik”.
Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Partiya sədri bildirib ki, hakimiyyətdəki “5-ci kolon”un adamları onun Xankəndiyə icra başçısı getməsinə qarşı hər oyundan çıxırlar:
“Çünki başda Ramiz Mehdiyev olmaqla, hamısı fikirləşirlər ki, mən Xankəndidə icra başçısı olsam, bunların oradakı erməni qohumlarını birdən incidərəm. Ramiz Mehdiyev də, o biriləri də bilirlər ki, mən Prezidentimə sadiq insanam və partiyamla birgə həmişə onun arxasında duracam. Prezidentin ətrafında onun bütün yaxşı işlərinə kölgə salan insanlar var. Prezident etimad edib onları mühüm vəzifələrə qoyub, onlar da xalqa xidmət etməkdənsə, xalqın yaxşı yaşaması üçün xərclənəcək pullarla özlərinə villa tikirlər, obyektlər açırlar, gələn gəliri də xaricdəki banglara qoyurlar. Haramları olsun xalqdan oğurladıqları pullar”.
MMP sədrinin sözlərinə görə, belə bir vaxtda məmurlar artıq açıqdan-açığa yeyinti ovuna çıxıblar:
“Prezidentə müraciət edirlər ki, istəyirik Şuşada Mərkəzi Bangın filialın açaq, Sərhəd, nə bilim gömrük, fövqəladə və sair… Nə düşünürlər bunlar? Bakıda, əliniz çatan şəhərvə rayonlarda dövlətin malını taladığınız azdır ki indi də Qarabağa gözdikibsiz? Şuşanı ermənilərdən ona görə azad etmədik ki, indi də siz gedib işğal edəsiz? Ali Baş Komandan özü bilir quruculuq işləri nə vaxt aparılacaq, köçürülmə nə zaman lazımdır. Ölkə başçısı da açıq şəkildə dedi ki, gedin öz işinizlə məşğul olun, məni əsəbləşdirməyin. Prezident bunlara vaxt verir ki, özlərin düzəltsinlər, bunlar da əksini edirlər. Mən çox istərdim ki, cənab Prezident harınlamış məmurların işlərini araşdırsın, bu quldur dəstəsini cəzalandırsın. Yoxsa onlar nəinki Şuşa, bütün Qarabağa qarmaq atmağa başlayacaqlar”.
H.Hacıyev bildirib ki, bütün bunlara baxmayaraq xalqımız ruhdan düşməməlidir. Çünki onun bu cür qeyrətli, xalqını, dövlətini düşünən Ali Baş Komandanı, Prezidenti var:
“Nə edək ki, Prezidentimizin də taleyinə ətrafında belə vicdansız, julik, banditlər düşüb. Amma biz MMP olaraq imkan vermiyəcəyik ki, onlar xalq-prezident birliyini pozsunlar. Sonadək cənab Prezidenti və onun siyasi kursunu dəstəkliyəcəyik”.