06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hafiz Hacıyev: “Eldar Həsənovu zərərləşdiriblər, amma onun ətrafı durur”

20 Avqust 2020, 09:58
Cəmiyyət
A A
Hafiz Hacıyev: “Eldar Həsənovu zərərləşdiriblər, amma onun ətrafı durur”

“Sərraf Məmmədzadə Azərbaycanın milyonlarını oğurlayıb niyə Türkiyədən Eldar Həsənova ötürməlidir?

 

“Eldar Həsənovun həbsi mənimçün qətiyyən gözlənilməz olmadı. Azərbycanda mənimçün gözlənilməz heç nə yoxdur. Və mənim bildiyim bu məsələləri çoxdan demişdim və deyirdim də. Amma çox təəssüf ki, hakimiyyətdən olan bəzi dairələr özlərini o qədər ağıllı hesab edərək, bizim dediklərimizi qulaqardına vururlar, əhəmiyyət vermirlər. Və nəticədə həmin məsələlər təsdiqini tapanda bu, Azərbaycan dövlətçiliyi üçün mənfi çalarlar yaradır”.

 

Reportyor.info xəbər verir ki, bu sözləri musavat.com-da “Canlı debat”da Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

“SOCAR-ın bütün tenderləri niyə Sərraf Məmmədova verilir?”

 

Partiya sədri bildirib ki, E.Həsənovun həbsi əslində gecikdirilib:

 

“Əlbətdə ki, bəziləri bizi yıxılana balta vurmaqda günahlandıracaqlar, təhqir edəcəklər, amma istərdim bir xatırlatma verim: Xatırlayırsınızsa, Moskvada bir milyoderlər İttifaqı yaranmışdı. Onun başında Eldar Həsənov, Abbas Abbasov dayanırdı. Bu adamlar bir-birinə doğma qardaş qədər yaxındılar. Bunlarla xarici səfərlərdə, müəyyən məsələlərdə biryerdə olmuşuq, ona görə deyirəm. Abbas Abbasovun bizim vaxtımızda müavin olması, Eldar Həsənovun daxili işlər nazirinin müavini olması… Eldar Həsənovun nazir müavini təyin olunması məsələsində o vaxt İstanbulda “Çayrğan” otelində gedən söhbətlərdə mən iştirak etmişəm. Yəni Eldar Həsənovu yaxından tanıdığım bir insan kimi deyə bilərəm ki, bu gün onun həbsi məsələsi bir az gecikibdir.

Yəni o vaxt Milyaderlər İttifaqı yarananda Azərbaycanda artıq Rusiyanın belə bir planı var idi. Bizim indi Azərbaycanda özünə “ana, dədə müxalifət” deyənlər o vaxt “peşka” idilər, heç kim idilər, sadəcə arxalarında duran müəyyən qüvvələr var idi. Hərənin bir missiyası, bir rolu vardı, kim hansı rolu oynayacaq. Məsələn, müxalifət çirkli pullarla, Eldar Həsənovun pulları ilə, Azərbaycandan oğurlanan pullarla burda haranı qarışdırmalıydı. Azərbaycan dövlətinin varını oğurlayıb özlərinə xaricdə şirkətlər yaradırdılar ki, həmin pullar həm Azərbaycanda müxalifətə xərclənirdi, həm mediasına xərclənirdi. O cümlədən xaricdə yaranan internet telekanalları, hamısı o mənbədən maliyyələşirdi”.

 

H.Hacıyev bildirib ki, həmin vaxtlar Cəmil Həsənli, Rüstəm İbrahiməyov birgə müəyyən işlər görürdülər. Onun sözlərinə görə, bu gün o qüvvələrin bir-birindən aralanmalarına səbəb Eldar Həsənovun hakimiyətə gəlməsi məsələsinin müzakirəsiylə bağlıydı:

 

“Məqsəd, Putinlə əlaqələri qurmaq və Eldar Həsənov hakimiyyətə gəlsin. Bu yöndə hərəsinə bir vəzifə bölünmüşdü. Xatırlayırsınızsa, 3-4 il bundan öncə sizin verlişdə sual etdim ki, yaxşı, filankəs prezident olacaqdı, bəs Baş nazir kimdi, Prezident Aparatının rəhbəri kim olacaqdı, baş prokuror, daxili işlər naziri kim olacadı? Axı bu, böyük bir dövlətdə müzakirə olunmuşdu. Yəni bu məsələnin kökü gedib uzaqlara çıxır. Bu məsələdə birinci şəxs Eldar Həsənov nəzərdə tutulmuşdu. Eldar Mahmudovun orda iştirakı var idi, bu gün də var, Ramiz Mehdiyevin də iştirakı var idi, bu gün də var. Azərbaycanın müstəqilliyinə zərbə vurmaq istəyən insanların iç üzü açılmalıdır. Müstəqilliyi qazanmaq üçün canımızı vermişik, həbsxanalarda çürümüşük, şəhidlər vermişik. Mübarizəmiz davam etməlidir. Həmin o komanda bu gün də aktivdir. Eldar Mahmudov çöldə, Ramiz Mehdiyev çöldə, Əbülfəz Qarayev çöldə, digər nazirlər çöldə. Hamısının əlində Azərbaycan dövlətinin büdcəsindən talan etdikləri milyardlar var. Eldar Həsənov Əli Ömərovun Baş prokurorluğu vaxtında baş prokurorun müavini olanda OMON hadisələrini kim törətdi? Eldar Həsənov zəng edir Mahir Cavadova ki, gəlin. Özü siqaret almaq adı ilə çıxır və orda aləm qarışır bir-birinə. Orda Əli Ömərova qarşı haqsızlıq edilir”.

 

MMP sədrinin fikrincə, E.Həsənovun həbsi bir az da geciksəydi, hakimiyyətdə böyük bir dəyişiklik olacaqdı. Onun sözlərinə görə, Tovuz hadisələrində kütlənin Parlametnə basqın etməsi də təsadüfi deyildi:

 

“Siyasətlə məşğul olmayan insanlar da bunu bilir ki, çıxarılan məmurların işi idi bunlar. Başlarında Ramiz Mehdyev, Eldar Həsənov durur. Məqsədləri güc göstərmək idi. Bu hadisə Eldar Həsənov vəzifədən çıxarılandan sonra qurulmuş oyun idi. Abbasov elə belə idtefaverib getmədi ki. Bunların böyük planları var idi. O planlar həyata keçmək üzrədir. Bu gün indi Eldar Həsənovu zərərləşdiriblər, amma onun ətrafı durur. Məsələn, “Azol komplekt” açıq səhmdar cəmiyyəti var, bir rəhbəri Sərraf Məmmədzadədir. Deməli, bu adam Azərbaycanda qazlaşma işi ilə məşğuldur. Xaricdə milyonları var, bir dənə də Aysel Babayeva adlı, əslində Babayandır, sevgilisi var. Deməli, SOCAR-ın bütün tenderlərini həmin bu Sərraf Məmmədzadəyə verirlər, niyə? Hökumət bilmir ki, bu pullar hara gedir? Siyahıları var, filan partiyaya bu qədər, filan qəzetəbu qədər, filan jurnalistə bu qədər. DTX-nın siyahısı kimi bu da üzə çıxacaq”.

 

“Azərbaycan müxalifətinin bangı bağlandı”

 

H.Hacıyev hesab edir ki, E.Həsənovun həbsiylə Azərbaycan müxalifətinin bangı bağlandı:

 

“Niyə Eldar Mahmudov gedəndən sonra Kərimov Əlinin o bağırtılı mitinqləri baş tutmadı? Hamısının başında bunlar durur, bu gün də bunlar durur. Cənab prezident elə düşünməsin ki, Eldar Həsənovla hər şey qurtardı, yox. O qədər kök atıblar ki, o köklər hamısı münbit şərait yaranan kimi alaq otları kimi qalxmağa başlayırlar. Gültəkin Hacıbəyli deyir ki, Eldar Həsənov güclü adamdır. Belə güclü adamdı Tovuzda generallarımızı öldürən silahın verilməsinin qarşısını alaydı da. Eldar Həsənov hakimiyyətə gəlmk üçün nə lazım idi onu etmişdi və bu gün də edir. Onun barəsindəki hazırki maddələr bir tərəfə, dövlət çevrilişinə cəhdlə bağlı maddələr də qoyulacaq”.

 

İstintaqda kimlərin ortaya çıxmasına gəlincə, MMP sədri bildirib ki, Eldar Mahmudov, Ramiz Mehdiyev, Zeynal Nağdəliyev, Əbülfəz Qarayev, Abbas Abbasov, Moskvadakı Milyoderlər İttifaqının digər üzvlərinin adları çəkiləcək:

 

“Bunlar qumarbazlar kimi milyinlar qoyublar ki, Eldar Həsənov prezident gəlsin, bunlar da biri baş nazir, biri baş prokuror olsun, yəni rəhbərliyi bölüşsünlər. Bunlar belədilər. Məsələn, Rövnəq Abdullayevin özəl təyyarədə gedərkən piyan olub İlham Əliyevin əleyhinə danışdıqlarını yazıb göndəriblər, niyə çöldə qalmalıdır? Niyə Sərraf Məmmədzadə Azərbaycanın milyonlarını mənimsəyərək aparıb Türkiyədə başqa şirkətlər vasitəsilə Eldar Həsənova ötürməlidir? Bu, böyük şəbəkədir, şəbəkə açılmalıdır. Məndə olan faktların hamısı əsas verir ki, bu məlumatları verim.

 

Bir fakt deyim, Sərraf Məmmədzadə bir müqaviləylə 6 milyon 729 dollar qiymətinə Ukrayna şirkətindən guya boru alıb. Gətirib bunu şirkətə 14 milyona satırlar. Və bu pullardan 1 manat dövlət büdcəsinə pul keçmir. Necə olur ki, taksi sürücüləri vergi ödəyir? Siz də aldığınız rüşvətdən heç olmasa vergi ödəyin də bu camaat da dolansın. Deməli, Sərraf Məmmədzadə düz 13 milyon gəlir əldə edir. Xaricdə afşor şirkətləri, Türkiyədəki Matrix Group şirkəti. Bunları görmürlərsə, mən deyirəm də, getsinlər araşdırsınlar”.

 

H.Hacıyev onu da vurğulayıb ki, çoxlarının tanımadığı Sərraf Məmmədzadənin kim olduğunu tanımaq istəyənlər onu Rövnəq Abdullayevdən soruşsunlar:

 

“Rövnəq müəllimin yaxın adamlarındandır, hansı ki, Azərbaycanda qazlaşma işiylə məşğuldur. Dövlət qaz çəkilişiylə bağlı pul ayırır, Sərraf Məmmədzadə də aparıb xaricdə yatırır. Millətin də qazı yox, işığı yox”.

Əvvəlki yazı

Lotu Quli öldürüldü (VIDEO)

Sonrakı yazı

Bakıda avtomobil yanıb

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.