Sabiq millət vəkili Hadı Rəcəbli bu gün nəvəsinə toy mərasimi keçirəcək. Bu barədə Axar.az-a məlumat verən mənbənin sözlərinə görə, toy “Sea Breeze” restoranında təşkil ediləcək.
Sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçiriləcəyi də qeyd edilir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy mərasimlərinin keçirilməsini qadağan edib.