06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

HACIYEVİN 37 MİLYONLUQ ƏMLAKI SATIŞA ÇIXARILIR – “Şapka Mamed”in şərtlərilə…

17 Mart 2018, 18:14
Manşet
A A
HACIYEVİN 37 MİLYONLUQ ƏMLAKI SATIŞA ÇIXARILIR – “Şapka Mamed”in şərtlərilə…

Cahagir Hacıyev Azərbaycan Beynəlxalq Bankına (ABB) rəhbərlik etdiyi dövrdə bankın 60 milyon manat krediti hesabına ərsəyə gətirilən “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılacaq. Aprelin 9-da keçirilməsi planlaşdırılan hərracda kompleksin ilkin qiyməti 37 milyon 744 min manat müəyyən olunub. Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri – 10 milyon 536 min 603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18 milyon 950 min 826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8 milyon 256 571 manatdır.

Kompleks ilk dəfə ötən il “Bakı Fındıq Emalı” müəssisəsi adı altında hərraca çıxarılıb. Müəssisənin Azərbaycan Beynəlxalq Bankına kredit borcu olub. Bu borca görə də müəssisəni bankın toksit aktivlərini idarə edən “Azərkredit” hərraca çıxarıb. Həmin vaxt hərraca çıxarılan “Bakı Fındıq Emalı” müəssisəsinin ilkin satış qiyməti fərqli olmayıb – 37 milyon 744 min manat müəyyən edilib.

Qeyd etdiyimiz kimi, müəssisə ABB-dən ümumilikdə 60 milyon manat kredit götürüb. Məlumata görə, müəssisənin Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var. Cəmiyyətin ümumi istehsal gücü: minimum 5 min ton qabıqlı fındıq xammalını emal edərək ondan 1800-2000 ton fındıq ləpəsi və digər fındıq məhsulları (hazır məhsul çıxışı 36-40% civarında mövsümdən asılı olaraq dəyişə bilir) əldə oluna bilər. İstehsal olunmuş məhsullar yerli və xarici (Rusiya, Ukrayna, İtaliya, Almaniya) bazarlarda satılıb. İlk açıq hərrac 15 avqust 2017-ci ildə keçirilib. “Bakı Fındıq Emalı” müəssisəsi (“BakFem” MMC) 1996-cı ildən fəaliyyət göstərir və Azərbaycanda fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir. Sonradan keçirilən hərracda adı açıqlanmayan şirkət müəssisəni ilkin hərrac qiymətinə – 37 milyon 744 min manata almağa boyun olsa da, sonradan “Aqrarkredit”in şərtlərinin ağırlığı qarşısında geri çəkilməli olub.

“Bakı Fındıq Emalı” müəssisəsi ile ilgili görsel sonucu

Yada salaq ki, “Aqrarkredit” bank olmayan kredit təşkilatına 2015-ci ilin iyulundan bəri ABB-nin problemli aktivlərinin idarə olunması tapşırılıb. Bankın təxminən 10 milyard manat dəyərində aktivləri “Aqrarkredit”ə ötürüb. “Aqrarkredit” istiqraz buraxıb və onu illik 3 faiz dərəcəsi ilə Mərkəzi Banka satıb. İstiqrazların satışından gələn pul ABB-yə ödənilib. Qaydalara görə, problemli aktivlərin satışından əldə olunan vəsait istiqrazlar üzrə hesablanmış faizlərin ödənilməsinə və istiqrazların geri alınmasına sərf olunmalıdır. “Aqrarkredit” QSC fəaliyyətə başlayandan bu günə qədər maliyyə hesabatlarını açıqlamadığından, ABB-nin problemli kreditlərinin idarə olnması ilə bağlı aydın mənzərə yoxdur. O, indiyədək yalnız satışa çıxarılan bir neçə əmlakın (http://www.aqrarkredit-emlak.az) adını elan edib. Bununla da işini bitmiş hesab edir.Faktiki isə dövlət ABB-nin borclarını üzərinə götürməklə bankdan yoxa çıxarılan 10 milyarda yaxın vəsaitin dövlət büdcəsi hesabına bağlanması – yəni hər bir vətəndaşın üzərinə yüklənməsi öhdəliyini üzərinə götürüb. ABB-nin mal-mülkünü satıb dövlətin üzərinə götürdüyü öhdəlikləri yüngüləşdirmək, yəni 10 milyarda yaxın borcun bir hissəsini həmin əmlakların satışı hesabına örtmək “Aqrarkredit”ə tapşırılıb. Bu təşkilat, rəhbəri “Şapka Mamed” ləqəbli Məmməd Musayevin neqativ fəaliyyəti haqda mətbuatda kifayət qədər yazılıb. Bank sektoru üzrə ixtisaslaşmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov müflis olmuş bankların problemli kreditlərinin “AqrarKredit”ə verilməsinin hələ 2015-ci ildə zərərli olduğunu bəyan etmişdi. O, “Yeni Müsavat”a açıqlamasında demişdi.
Sitat: “AqrarKredit” rəhbərliyi qeyri-peşəkar, yalnız öz mənfəətlərini güdən şəxslərdir. Rəhbəri Məmməd Musayev “Şapka Mamed” kimi tanınır. Beləsi problemli kreditləri necə qaytaracaq? Reallıqda bu gün M.Musayevə fövqəladə səlahiyyətlər verilib. Məhkəmələr onun bir sözünü iki etmir, tapşırıq var ki, hamı ona kömək etsin və o, kreditləri qaytarsın. Qaytarırmı? Məlumat yoxdur! “Şapka Mamed” ictimaiyyət qarşısına indiyədək çıxıb məlumat vermir ki, nə işlə məşğuldur və nə edə bilib. Reallıqda isə Beynəlxalq Bankın kreditlərinin qaytarılması adı ilə həmin banka borcu olanların əmlakını əlinə keçirir. Ortada olan yalnız budur. Bundan başqa, həmin 10 milyard vəsaitdən başqa Neft Fondu da ABB-yə 1 milyard dollar depozit qoyub. İndi isə dövlət ABB-nin xarici borclarını və başa düşdüyüm qədər Neft Fonduna olan borcunu da öz üzərinə götürür. Bir sözlə, ABB tam təmizlənib özəlləşdirələcək. Ümumən düzgün istiqamətdir, başqa yol yoxdur, əks halda bank bağlanmalıdır. Bağlansa, yenə də yük dövlətin üzərində olacaq”.
Ə.Həsənovun illər əvvəl söylədikləri gələn məlumatlarla da bir daha təsdiqlənir.

mamed

Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən ABB-nın keçmiş rəhbəri Cahangir Hacıyev məhkəmələrindəki çıxışlarında bankın çətin duruma salması ilə bağlı ittihamları rədd edib. Aprelin 9-da “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” adı altında hərraca çıxarılacaq, o dövrdə “Bakı Fındıq Emalı” müəssisəsi adlandırılan müəssisəyə ayrılan 60 milyon manatlıq kreditin mənimsənilmədiyini bəyan etmişdi. Onunla müttəhimlər kürsüsünü bölüşən Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov 60 milyon kreditin müəssisənin genişləndirilməsinə xərlcəndiyini bildirmişdi. Ortada ABB-nin 10 milyardlıq buxarlanmış krediti, “Aqrarkredit” və onun rəhbəri “Şapka Mamed” var. Ortada olmayan isə C.Hacıyevdir.

Molla Nəsrəddin demişkən, bu, ətdirsə, pişik hanı, pişikdirsə, ət hanı?(musavat.com)

Əvvəlki yazı

Bakıya heyvanların gətirilməsi qadağan olunur, ət kəsim yerləri ləğv ediləcək

Sonrakı yazı

“Elə bil evlərində xalat geyinmirlər” – Ərini müdafiə etdi

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.