16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hacı Ramazan 100 milyonları ölkədən necə çıxarıb?

26 Sentyabr 2020, 15:27
Seçmə
A A
Hacı Ramazan 100 milyonları ölkədən necə çıxarıb?

Gündəmdə sənət adamı Şəbnəm Tovuzludan heç də az populyar olmayan, ondan məşhurluqda geri qalmayan bir Hacı Ramazan Mirzəyev var. Onların münasibətlərinin olması barədə xəbərlərin ictimailəşməsi hətta sosial mediada bir şüarın trendə çevrilməsinə gətirib çıxarıb.

Feysbuk aktivistləri, müğənnilər instaqram paylaşımlarında “Mənim də bir Həcim olsun”, “Məni də bir Həci saxlasın” üslublu replikalar palyaşırlar. Yəni, Hacı Ramazan kifayət qədər tanınmış, üzdə görünməsə də, pərdəarxası bir qəhrəmana, personaya çevrilib.

Ötən il Hacı Ramazan bağça açması ilə gündəmə gəlmişdi. Belə ki, “facebook”da “Azərbaycan reallığı” səhifəsi iş adamının müğənni Şəbnəm Tovuzlu üçün uşaq bağçası açdırdığı yazılmışdı. Mərdanov qardaşları ilə Həsən Əliyev küçəsinin kəsişməsində inşa olunan binanın 2-ci mərtəbəsində “Şəbnəm” uşaq bağçası fəaliyyət göstərirdi.

Hacının müğəniyyə bağça hədiyyə etdiyi binada “SPA” mərkəzi, restoranlar, fitnes klub, marketlər və s. xidmətlər də var. R.Mirzəyev elektron mətbuatda sürətlə populyarlaşdı. Onun adı Şəbnəm Tovuzlu ilə çıxsa da, sonra başqa faktlar da meydana gəldi.

Teref.az aktualxeber.az-a istinadən yazır ki, iddialara görə, ölkə mediasında Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atası kimi ad çıxaran Hacı ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan “Məmmədoğulları” MMC-nin sahibi Ramazan Mirzəyevdir.

Əslən Masallıdan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi məhz Ramazan Mirzəyevin şirkətləri olub.

Deyilənə görə, R.Mirzəyev tender əməliyyatlarından qazandığı 100 milyonlarla pulu ölkədən çıxardaraq Türkiyədə elektrik avadanlığı zavoduda inşa edib. Həmin zavoda onun oğlu,Türkiyədə yaşayan Nicat Mirzəyev rəhbərlik edir. Həmçinin, N.Mirzəyevin Türkiyənin Zeytunburnu adlanan ərazisində 2 milyon dollara malikanə aldığı deyilir.

Ramazan Mirzəyev gizli və şərikli münasibətlərdən yararlanaraq «Məmmədoğulları” MMC adı ilə təkcə bir ildə – 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin 9 Regional İdarəsinə bərk inventarların satın alınması üzrə keçirilən 417821 manatlıq tenderin «qalibi” olub.

2009-2017-ci illərdə paytaxt meriyasına müxtəlif işlərin görülməsi adı altında üst-üstə 1 milyarda yaxın vəsait ayrılıb ki, bu fantastik məbləğin yuyulmasında məhz Hacı Ramazan Mirzəyevin böyük payı olduğu iddia edilir”.

Aktualxeber.az yazır ki, keçmiş mer Hacıbala Abutalıbovun “pulyuyan maşını” Ramazan Mirzəyevin həm də Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun yaxın dostu, şəriki olduğu vurğulanır.

Bakı şəhər İcra Hakimiyyətinin bütün avtomobillərinin təmiri ilə də “Məmmədoğulları” MMC məşğul olur.Yəni meriyanın balansında olan maşınların təmiri, yenidən qurulması üçün Ramazan Mirzəyevin şirkətinə hər il milyonlarla manat vəsaitlər köçürülür.

Bundan başqa “Bakı Şəhər İcra Hakimiyyəti “Məmmədoğulları” MMC-dən müxtəlif işlərin görülməsi adı altında kirayə avtomobillər götürərək istifadə edir. Xatırladaq ki, bir müddət öncə hacı Ramazan Mirzəyevin şirkətində bir çox vəzifəli şəxslərin yaxın qohumlarının çalışdığı barədə informasiyalar yayılmışdı.

Hacı Ramazan Mirzəyevin keçmiş MTN-nin işçisi olmuş kürəkəni Vüsal Xəlilova Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) yerləşən “Kontakt Home” mağazasının və “Emiliana Parati” oboy evinin binasını hədiyyə etdiyi deyilir. Bu haqda mətbuat geniş xəbərlər yayıb.

Bütün bu iddialara isə R.Mirzəyev tərəfindən heç bir açıqlama verilməyib. Onun fikirlərini ətraflı şəkildə işıqlandırmağa, ona yönəlik ittihamlara aydınlıq gətirməsinə cavab haqq verməyə hazırıq.

Gələn sayımızda Kürdəmirin həbsdə olan keçmiş icra başçısı Ceyhun Cəfərovla Hacı Ramazan Mirzəyevin iş birliyi haqda geniş məlumat verəcəyik

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Əvvəlki yazı

Rus-Türk savaşı başlayır? – Analitikdən təhrikçi yazı…

Sonrakı yazı

İqbal Ağazadə səsləndi: “Balalarımız güllələnir!” – Video

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.