22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hacı İbrahimin “Xəzər adaları”, yarımçıq parlament binası, 127 ildir davam edən tikinti (SİYAHI)

03 Mart 2019, 20:42
Seçmə
A A
Hacı İbrahimin “Xəzər adaları”, yarımçıq parlament binası, 127 ildir davam edən tikinti (SİYAHI)
Bəlkə də dünyanın hər ölkəsində şəhərin görünüşünü və sosial rifahını dəyişdirəcək, çoxlu turist axınına səbəb ola biləcək binalar var ki, hansısa səbəblərdən yarımçıq qalıb və ya ümumiyyətlə inşa edilməyib.
Qaynarinfo həmin layihələrdən bəzilərini sizə təqdim edir:
Rugen Hoteli – Pyonqyanq, Şimali Koreya
Şimali Koreyada sözügedən göydələnin inşasına 1987-ci ildə başlanılıb. Layihənin 2 il müddətinə tamamlanması planlaşdırılmışdı, lakin proses get-gedə
uzanıb və bu günə qədər də başa çatdırılması mümkün olmayıb. Heç bir müştərisi olmayan 107 mərtəbəli hotelin hündürlüyü 330 metrdir.
UNO evləri – Sanji, Tayvan
1970-ci ildə Sanjidə tətil binaları yaratmaqla bağlı təklif irəli sürülür. Binalar futuristik görünüşə sahib uçan boşqablara bənzədilməli idi. Evlərə dəbdəbəli pilləkənlərlə qalxmaq və sürüşərək birbaşa okeana getməyin mümkün olacağı ehtimal edilirdi.
1980-ci ildə layihənin tamamlanması istiqamətində işlər görülməyə başladı, lakin iqtisadi böhran səbəbindən tikinti yarımçıq qaldı. İnşaatın tamamlana bilməməsinə səbəb olan digər bir amil isə işçilər arasında intihar hallarının artması olur. Cəmiyyətdə məkanın lənətləndiyi və UNO-ların işə mane olduqları ilə bağlı şayiələr yayılmağa başlayır. Qısası layihənin davamı gəlmir və 2008-ci ilə qədər tərk edilmiş bir kosmodroma bənzəyən olduqca təəccüblü bir mənzərə ortaya çıxır. Nəhayət rəsmilər bu binaları sökmək qərarına gəlirlər.
Kafedral – Yepiskop mərkəzi, Nyu-York, ABŞ
Dünyanın ən böyük kafedrallarından biri olacaq bina da tamamlanmayıb. İnşasına 1892-ci ildə başlanılan binada 1899-cu ildə ilk xidmət göstərilməyə başlanılmışdı. Kilsənin inşası 1911-ci ildə yenidən davam etdirilir və Bizans-Roma üslubunda deyil, nyu-Qotik üslübda hazırlanması qərara alınır. Lakin 1999-cu ildən bəri maliyyə çatışmazlığı səbəbindən işlər dayandırılıb və nə zaman davam etdiriləcəyi də məlum deyil.
Parlament binası – Vellinqton, Yeni Zelandiya
1907-ci ildə güclü yanğın səbəbindən parlament binası yararsız vəziyyətə düşür və daha dözümlü bina tikilməsinə qərara verilir. Layihə 1911-ci ildə təsdiqlənir və 1914-cü ildə inşasına başlanılır.
İnşaat bir müddət aparıldıqdan sonra dayandırılır, lakin 1995-ci ildən bəri binanın içərisində və ətrafında tamamlama işləri görülməyib. Hazırda məclis üzvləri inşası tamamlanmamış olaraq qəbul edilən binada otururlar.
Saqrada Familia – Barselona, İspaniya
Saqrada Familiya bəlkə də dünyanın ən məşhur bitməyən layihəsidir. Son məlumatlara görə,, işlər 2026-cı ildə başa çatdırılacaq. Həqiqətən də Antonio Qaudi kafedralının görünüşü ildən ilə dəyişir və yeni xüsusiyyətlər əlavə olunur.
Ölkə və şəhər rəsmiləri kafedralın inşası üçün maliyyə ayırmırlar. Əsas maliyyə mənbəyi turistlərin və xeyriyyəçilərin bağışladığı pullardır. Lakin bu pullar layihənin tamamlanmasına kifayət etmir. Hətta bəzi memarlar kafedralın inşasının başqa bir əsrdə tamamlanacağına inanırlar.
Xəzər Adaları – Bakı, Azərbaycan
Hazırda tikintisi dayandırılmış, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəri…
Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxmışdı. Ümumi dəyəri 100 mlrd. dollar olan layihə çərçivəsində 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Burada 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (Azərbaycan qülləsi‎) tikiləcəkdi (tikilərsə dünyanın ən hündür binası olacaqdı). Həmçinin dünyanın ən böyük məscidinin tikilməsi də planlar arasında idi. Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilirdi. 2020-2025-ci illərdə başa çatdırılacağı planlaşdırılan layihə çərçivəsində həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi də nəzərdə tutulmuşdu.
Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihənin əsas hissəsinin tikintisi üçün 60 mlrd. dollar tələb olunurdu. Bu məbləğin yarısı xaricdən cəlb olunacaq, yarısı isə mənzil satışlarından gələn gəlirin hesabına əldə ediləcəkdi.
“Avesta” şirkətinin prezidenti Hacı İbrahim Nehrəmliaçıqlamasında bildirmişdi ki, Amerika, Türkiyə, ərəb və Çin investorlarının layihəyə maraq göstərirlər. 2012-ci ilin iyul ayında türk iş adamı Əli Ağaoğlunun layihəyə 125 mln. dollar, Qətərin dövlət şirkətinin 1 mlrd. dollar yatıra biləcəyi haqqında məlum yayılmışdı. 2013-cü ilin yanvar ayında AzərTAc agentliyinin verdiyi məlumata görə, layihə çərçivəsində 3 böyük şirkətlə müqavilə imzalanmışdı. Müqavilənin ilkin dəyəri 510 milyon avro idi. Martın 2-si məlum oldu ki, Kanada dövlət agentliyi “Export Development Canada” tikinti layihəsinin reallaşdırılması üçün dörd milyard dollaradək məbləğdə kredit ayıracaq. 2013-cü ilin oktyabr ayında adalarda inşa edilmiş idman və stadionlar kompleksinin açılışı olub. Nəhayət tikinti 2015-ci ildə dayandırılıb.
Qeyd edək ki, Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan götürülən külli miqdarda krediti ödəmədiyi üçün bir müddət həbsdə yatıb.
Çingiz Səfərli
Əvvəlki yazı

25 ildən sonra Cocuq Mərcanlıda ilk dəfə toy çalınıb –FOTO

Sonrakı yazı

“Lotu Quli”nin sevgilisi olduğu iddia edilən Afaq yenə şou göstərir-FOTOLAR

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.