15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

HƏM İNHİSARÇIDIR, HƏM DƏ SAHİBİ BİLİNMİR…- Bütün sığorta şirkətlərindən haqq alır

16 Mart 2019, 11:40
Gündəm
A A
HƏM İNHİSARÇIDIR, HƏM DƏ SAHİBİ BİLİNMİR…- Bütün sığorta şirkətlərindən haqq alır

“AzRe Təkrarsığorta”nın kimliyi bilinməyən səhmdarlarının illik mənfəəti 30 milyona yaxınlaşır

Azərbaycanın təkrar sığorta bazarının yeganə sahibi, deməli həm də inhisarçısı olan “AzRe Təkrarsığorta” ASC ötən ilin maliyyə hesabatını açıqlayıb. Hesabatdan belə məlum olur ki, bu şirkət ötən ili 25 milyon 64 min manat xalis mənfəətlə başa vurub. 2017-ci ildə isə şirkət 21 milyon 400 min manata yaxın mənfəət əldə etmişdi.

Hesabatdan o da məlum olur ki, “AzRe Təkrarsığorta”nın investisiya gəlirləri azalıb və 2017-ci ildə 6 milyon 436 min manat olan bu göstərici 2018-ci ildə 4 milyon 785 min manata enib. Ancaq buna baxmayaraq, şirkətin cəmi gəlirləri artıb ki, bu da əsasın təkrarsığorta haqları və sair gəlirlər hesabına mümkün olub. Belə ki, 2017-ci ildə 54 milyon 637 min manat təşkil etmiş cəmi gəlirlər 2018-ci ildə 63 milyon 185 min manatadək, yəni 15 faiz artıb. Şirkətin cəmi aktivləri isə 102 milyon manatı ötüb.

Bütün bunlar Azərbaycanın sığorta bazarı üçün olduqca böyük göstəricilər sayıla bilər. Lakin apardığımız kiçik araşdırma göstərir ki, bütün bunlara şirkət bazarda yeganə təkrar sığorta şirkəti olması hesabına nail olub.

Məlumat üçün qeyd edək ki, təkrar sığorta şirkətlərinin işi risklərin təkrar sığortalanmasından ibatətdir. Və Azərbaycanda da bununla yalnız bir sığorta şirkəti məşğul olur. Bütün sığorta şirkətləri sığortaladıqları riskləri “AzRe Təkrarsığorta” şirkətində təkrar sığorta etdirirlər. Bu o deməkdir ki, sığorta şirkətləri topladıqları sığorta haqqlarının bir hissəsini “AzRe”yə yönəldirlər. Yəni bir növ “AzRe Təkrarsığorta” risklərin təkrar sığortasına görə Azərbaycandakı bütün sığorta şirkətlərindən haqq alır.

Ancaq nədənsə şirkətin inhisarçı mövqedə olması müvafiq qurumları narahat etmir. Hansı ki, elə “AzRe”-nin belə böyük məbləğdə rəsmi qazanc əldə etməsi də məhz bu mövqeyi ilə bağlıdır. Müqayisə üçün qeyd edək ki, bu şirkətin ötən ilki qazancı Azərbaycanda “Paşa Həyat Sığorta” və “Paşa Sığorta”-nı çıxsaq, yerdə qalan digər 18 şirkətin ümumi qazancını üstələyir(!). Bu şirkətlərin böyük qismi hesabatlarında ümumiyyətlə ziyanla işlədiklərini bəyan edir, ya da cüzi qazanc əldə etdiklərini göstərirlər. Ancaq əvəzində “AzRe” sığorta şirkətlərinin ödənişləri hesabına “çiçəklənir”. Yəqin ki, mütəxəssislər bunun sığorta bazarı üçün anormal durum olması ilə razılaşarlar…

Ancaq məsələnin digər maraqlı tərəfləri də var. Məsələn, bu şirkətin saytındakı məlumatlardan belə aydın olur ki, o yalnız Azərbaycandakı sığorta şirkətlərinin təkrar sığortası ilə məşğuldur. Azərbaycandan kənardakı fəaliyyətilə bağlı isə heç nə yoxdur və saytın şirkətin fəaliyyətinə dair bölməsində sadəcə “məqsədimiz yerli və regional sığorta şirkətlərinin əsas təkrarsığorta partnyoru olmaqdır” deyilir.

Daha bir maraqlı və müəmmalı məqam odur ki, digər sığorta şirkətlərindən fərqli olaraq, “AzRe”nin səhmdarları barədə rəsmi məlumat tapmaq mümkün olmur. Görəsən, bu konfedesiallıq nə ilə bağlıdır? Məlum olan sadəcə odur ki, şirkət 6 nəfər səhmdara məxsusdur. Onların kimliyi isə bəlli deyil. Şirkətin nizamnamə kapitalı 2000 adsız səhmdən ibarətdir və 6 naməlum fiziki şəxsə məxsusdur.

Maraqlıdır ki, 2007-ci ildə cəmi 2 000 000 (iki milyon) manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan bir şirkət necə olub ki, ölkənin vahid inhisarçı təkrar sığorta şirkətinə çevrilib və belə əhəmiyyətli bir şirkətin heç səhmdarları belə cəmiyyətə bəlli deyil?

Görəsən, belə bir anormal durum Azərbaycandan başqa hansısa ölkənin sığorta bazarında mümkündürmü? Ancaq digər tərəfdən ölkənin maliyyə bazarında, biznes mühitində, bank sektorunda son illərdə baş verənləri, milyardlarla dollarların Beynəlxalq Bank vasitəsilə “sovrulmasını” və s. nəzərə alsaq, sığorta bazarında müşahidə olunanlar da sözsüz ki, təbii görünür…

Cəlal
AzPolitika.info

Əvvəlki yazı

“Nar”-ın dəstəklədiyi “Breyn Rinq” intellektual yarışlarının növbəti mövsümü başladı

Sonrakı yazı

Gürcüstan DTX Yeni Zelandiyada törədilmiş terror aktında istifadə olunan silahlarla bağlıaraşdırma aparır

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.