15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Hələ ki, “qələt edir” sözü ilə özümüzə təsəlli tapırıq” – Hafiz Hacıyev

18 May 2021, 10:55
Siyasət
A A
 “Əsgərlərə siqaret satanlar, yeməyini kəsənlər güllələnsin” – Hafiz Hacıyev

Regionun geopolitik mənzərəsi gərginliyi ilə müşahidə olunur. Azərbaycanın öz ərazilərini erməni faşizmindən azad etməsi prosesi hərbi güclə həllini tapsa da, bu uğurumuzu qəbul etməyən güclər öz məkirli niyyətlərini yenidən cücərtməyə çalışır. Ölkəmizə qarşı aparılan əks-təbliğatın, təzyiqlərin əsasında izə daxili birliyin pozulması dayanır. Hazırki durum hansı aspektləri ilə diqqət çəkir və siyasi düşərgədə hansı addımlar atılmalıdır?

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev maraqlı nüanslara diqqət çəkib.

 

– Hafiz müəllim, bu gün Zəngəzur dəhlizi və Qaragöl ətrafında baş verən erməni hay-küyü, eləcə də Minsk Qrupunun həmsədr dövləti olan Fransanın Azərbaycanı hədəfə alaraq səsləndirdiyi itihamlar və digər əsassız tələblər fonunda regiondakı hazırki vəziyyətimizi necə təhlil edərdiniz?

 

– Regionda marağı olan bir sıra məkirli dövlətlər Azərbaycanı hədəfə alıb. Bunlar Azərbaycanın 44 günlük müharibədəki qələbəsini həzm edə bilmirlər. Elə zənn edirlər ki, Azərbaycan daim bunların dediyi ilə oturub-durmalıdır. Bu baxımdan üzərimizə çox böyük basqı var və bu da onunladır ki, illərdir biz öz haqqımızı tələb edə bilməmişik. Beynəlxalq müstəvidə keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun apardığı uğursuz siyasət, diasporamızın öz işi ilə düzgün məşğul ola bilməməsi üzündən bir sıra xarici dövlətlər bizə dıranaqarası baxıblar. Bu gün ATƏT-in həmsədr dövlətlərindən biri olan Fransa Makronun simasında Azərbaycana qarşı çox aqressiv bir mövqe seçib. Bu münasibəti daim hiss etmişik və bu gün də Makronun Azərbaycana qarşı haqsız mövqe tutması barədə fikirlərimizi bildirmişik. Hesab edirəm ki, sadəcə biz yenə də geçikirik. Yenə də informasiya müharibəsində bir qədər sakitlik yaranıb. Ölkənin mətbuatı, vətəndaş cəmiyyətləri, siyasi təşkilatları bütövlükdə hər birimiz bu istiqamətdə ciddi işlər görməliyik. Türkiyənin regiona buraxılmamasında maraqlı olan qüvvələrin əllərindən gələn maneələr yaratdığını görürük. Biz basqıların qarşısını almaq üçün özümüzə həmfikir dövlətlər tapmalıyıq. Təbii ki, o dövlətlərdən ən birinciləri müharibə zamanı yanımızda olan Türkiyə, Pakistan və digətr dost dövlətlərdir. Sanki bisə dost olan Türkiyəni də küsdürmüşük. Təcili olaraq xarici siyasətdə bir dönüş eləməliyik, diaspora çox aktiv şəkildə işləməlidir, bütün partiyalar öz siyasi xətləri ilə fikirlərini bildirməlidir. Bir daha bəyan edilməlidir ki, Azərbaycanın daxilində Dağlıq Qarabağ statusunda ərazi yoxdur, Qarabağ var və o da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Kim istəyər orda Azərbaycanın vətəndaşı kimi qanunlara tabe olub yaşayar, kim istəməz hələ ki, dəhliz açıqdır, gedə bilir. Amma görürük ki, Rusiya özünün sülhməramlı adı ilə gətirdiyi ordusu ilə yüz oyundan çıxır. Məsələn, Rusiyanın XİN rəsmisi Lavrovun Ermənistanda Paşinyanla apardığı danışıq başqadır, Azərbaycana gələndə isə başqa sözlər danışır. Bütün bunlar hamısı bizə təzyiq formalarıdır. Rusiya çalışır ki, Ermənistanda Xocalı soyqırımını törədən, qaniçən Köçəryanı hakimiyyətə gətirsin. Onun  üçün də müxtəlif vasitələrlə Paşinyanı nüfuzdan salmaqadan ötrü əllərindən gələni edirlər.  Azərbaycanın təklənmə prosesi gedir. Daxildə gedən proseslərdə dövlətlə millətin həmrəyliyini pozmaq üçün əllərindən gələni edirlər. Müəyyən qüvvələrin ölkə daxilində vəziyyəti qarışdırmaq prosesi də vəziyyətə təsir edir. Daxildə xaricdə müəyyən qüvvələrdən güc alan qruplar var ki, kimlərinsə vədləri əsasında nəyəsə arxayın olublar. Onlar da öz xətləri ilə hakimiyyəti sarsıtmaq üçün işlər aparırlar. Məsələn, bir hissəsi Avropada, bir hissəsi Azərbaycanda oturub dövlətimizin əleyhinə çox təhqiramiz ifadələr işlədir. Bunlar hamısı Qərbin bizə yönəlmiş təsirlərindən qidalanırlar. Biz bu baxımdan da Qərb dövlətləri ilə yenidən isti münasibətlər qurmalıyıq. Qərb görür ki, Rusiya sülhməramlı adı ilə ordusunu gətirib ərazilərimizi işğal edib, biz də dillənmirik, ona görə də deyirlər ki, yaxşı biz niyə ordan pay almayaq. Bu mənada ABŞ-ın Azərbaycanla bağlı verdiyi bəyanatlar və digər elmentlər hamısı ölkənin gücünə, nüfuzuna təsir edir. Bu gün Rusiya müəyyən vasitələrlə Makronla birləşib Azərbaycana təzyiq edir. Bütün bunlar hamısı ölkəmiz üçün çox təhlükəlidir. Ermənistan bütün bu təzyiqlərdn güc alaraq müharibə ritorikasından əl çəkmir. Putinin dəstəklədiyi Köçəryan hakimiyyətə gələrsə, yenidən müharibəyə cəhd edəcəyi onların çıxıxşlarından da görünür. Biz isə hələ ki, “qələt edir” sözü ilə özümüzə təsəlli tapırıq. Erməni silahlı qüvvələrinin Qarabağda qalması, hansısa humanitar yardımların separatçşı rejimə dəstək adı ilə gətirilməsi vəziyyətin ağırlığını, heç də rahat olmadığını göstərir. Vəziyyət tələb edir ki, 44 günlük müharibə dövründə Azərbaycan xalqı, siyasi partiyalar, ordu Ali Baş Komandanla necə bir oldusa, bundan sonra ada o birliyi qoruyub saxlamalıyıq. Daxildə müəyyən qüvvələr var ki, bu təxribatlara gedirlər, bunun da qarşısını almalıyıq. Bütün hallarda biz milli həmrəyliyi qorumağa çalışmalıyıq. Bu birliyi qoruya bilsək, nə makronlar, nə putinlər bizim ərazi bütövlüyümüzə, müstəqilliyimizə heç bir təhdid edə bilməz. Əgər hər hansı bir formada qarşıdurma yaranarsa, gələcəkdə Azərbaycan torpaqlarını yenidən itirə bilərik.

 

– Siyasi partiyaların, diasporlarımızın vahid güc olaraq həqiqətlərin dünyaya bir daha təqdim olunması istiqamətində hansəı işlər görülür?

 

– Düzdür, bu istiqamətdə müəyyən addımlar atılır. Açığı deyim ki, partiyaların da küsdürmə, incidilmə məsələləri var. Müəyyən qüvvələrin əsas məqsədi budur ki, Azərbaycanda siyasi partiyalarla hökumət arasında bir uçurum yaratsınlar. Bu uçururmu yaratsalar, istər-istəməz Azərbaycanda marağı olan məkirli qüvvələrə köməyimiz dəyəcək. Təbii ki, bu birliyin qorunub daha da gücləndirilməsi yüksək resurssları olan iqtidardan asılıdır. Siyasi partiyaların əlində elə bir səlahiyyətlər yoxdur. Ona görə də iqtidar qəti mövqe ortaya qoymalı və iqtidar-müxalifət dialoqunu pozmağa çalışanların qarşısı alınmalıdır. Hakimiyyətin də daxilində müəyyən qüvvələr var ki, o qüvvələr Azərbaycanda milli birliyə nail olunmasını istəmirlər. Eyni zamanda, Azərbaycanın müstəqil söz sahibi deyil, kiminsə vassalına çevrilməsini istəyənlər də var. Ona görə də daim bizim arxamızda dayanan qonşu, qardaş Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasını istəmirlər.  Türkiyə-Azərbaycan Konfederasiyasının yaradılması ilə bağlı Azərbaycan Milli Məclisi heç bir qərar verməyib. Azərbaycan siyasi partiyaları buna dırnaqarası baxırlar. Ali Baş Komandanın dediyi fikirlər, qoyduğu tələblər demək olar ki, tam yerinə yetirilmir. Bunlar elə bilirlər ki, hamıdan ağıllıdırlar, hər şeyi daha yaxşı bilirlər. Azərbaycanda birliyi qorua bilməsək, yeni parlament seçkiləri keçirməsək, vəziyyət gərginləşəcək. Bu baxımdan siyasi partiyalar olaraq da düşünməliyik. Təcili ciddi addımlar atmalıyıq. İyun ayında vəziyyət daha da kəskinləşəcək. Bu mənada biz də qəti mövqe ortaya qoymalıyıq. Parlament buraxılmalıdır. Parlamentin 80 faizi Rusiyanı müdafiə edən qüvvələrdir. Bunlar heç vaxt Azərbaycanı istəməyiblər. Siyasi partiya olaraq müəyyən təkliflər veririk, müəyyən addımlar atırıq, amma çox vaxt buna dırnaqarası baxırlar. Hər halda biz də siyasi partiyalarla danışıqlar aparırıq, müəyyən planlarımız var və Azərbaycana qarşı olan qüvvələrə qarşı təpki göstəririk. Nəticəni zaman göstərəcək.

 

– Laçın dəhlizinin açıq qalması, Zəngəzur dəhlizinin açılmasına qarşı ciddi maneələr, eləcə də erməni silahlılarının Qarabağda qalması və Azərbaycan əhalisinin hələ ki, həmin bölgəyə köçürülməsi prosesinə başlanmaması kontekstində nəyə görə sərhədlərimiz işğalçı dövlətlə hansı şərtlərlə açıq saxlanmalıdır, bu istiqamətdə hansı addımları atmaq lazımdır?

 

– Azərbaycan sərhədləri düşmən üçün bağlı saxlanmalıdır. 10 noyabr bəyanatının yerinə yetirilməsində Rusiya sülhməramlılarının heç bir köməyi yoxdur. Laçın dəhlizindən erməni silahlıları gedib gəlirlərsə, erməni separatçıları humanitar yardım adı ilə gücləndirilirsə və bu gün də müharibə ritorikasından əl çəkmirlərsə, Ermənistanla sərhədlər bağlanmalıdır. Laçın dəhlizi gömrük postu kimi fəaliyyət göstərməli və orda Azərbaycan sərhəd qoşunları, gömrük sərhədinin əməkdaşları növbə tutmalıdır. Əgər rus sülhməramlıları bölgədə xalqlar arasında sabitliyi qorumaq niyyətindədirsə, buyursunlar işlərini doğru-düzgün görsünlər. Bu gün biz işğaldn olan ərazilərimizə gedib-gələ bilmirik. Kəlbəcərə, Laçına gedib-gələ bilmirik. Biz Xankəndidə, Xocalıda olmalıyıq. Bu gün Qaragöl ətrafında gedən qalmaqalı da gördük. Biz bu istiqamətdə addımlar atmalıyıq. Biz heç kəsin vassalı deyilik. Biz artıq bayrağımızı Xankəndidə asmalıyıq. Bizim idarəçiliyk orqanlarımız Xankəndiəd fəaliyyət göstərməlidir. Əks halda bu nə cür ərazi bütövlüyünü bərpa etməkdir, nə müstəqillikdir. Ona görə də biz tətikdə dayanmalıyıq. Vətəndaşlarımız öz  yurduna qaytarılmalıdır. Əks halda Dəmir Yumruq yenidən işə salınmalıdır. Laçın dəhlizinə nəzarəti ələ almalıyıq. Əks halda heç bir kommunikasiya xətləri açılmamalıdır. Bütün ərazilərdə Azərbaycan idarəçiliyi bərpa edilməyincə, heç bir ərazi bütövlüyü, müstəqillikdən danışa bilmərik.

Əvvəlki yazı

Laçın 29 il sonra

Sonrakı yazı

PUA-lar təlimlərdə iştirak edir – VİDEO

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.