13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Həkimlərin daha bir qurbanı — Şirəliyevlər ailəsi çıxılmaz durumda

30 Aprel 2019, 10:56
Gündəm, Banner
A A
Həkimlərin daha bir qurbanı — Şirəliyevlər ailəsi çıxılmaz durumda

Bakı şəhər sakini, 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva bu ilin martın 2-də “Baku Medical Plaza” klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Amma 12 illik övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb. Buna görə də təkrarən əməliyyatı həyata keçirən həkim-ginekoloqun, Türkiyədən gəlmiş doktor Cəlaləddin Örnək-in qəbuluna gedib.
Müəllimənin başına gələnlərin ardını onun həyat yoldaşı  Baba Şirəliyev danışıb. B.Şirəliyevin sözlərinə görə, həyat yoldaşı hamiləlik dövründə həmin klinikada rəsmi qeydiyyatda olub, ayda ən azı 2 dəfə hərtərəfli həkim müayinəsindən keçib.
“Ginekoloq müayinə etdi, qan analizləri verdik. Dedilər ki, qanında hansısa mikrob tapılıb, müalicə edəcəyik, keçib gedəcək. Həkimin təyinatına əsasən xəstə bir neçə gün antibiotiklər qəbul etsə də, vəziyyəti yaxşılaşmadı. Təxminən 3-4 gündən sonra təkrar həkimə getdik”-qəhərdən boğulan və çətinliklə danışan Şirəliyev deyir.
Təkrar klinikaya müraciət edəndə ailəyə bildiriblər ki, dəqiq diaqnozu yalnız MRT müayinəsindən sonra deyə bilərlər, bu müayinə isə yalnız klinikada edilməlidir. Başqa klinikada aparılmış MRT müayinəsinin nəticəsini qəbul etməyəcəklər. Şirəliyevanı  MRT növbəsinə yazıblar, bəlli olub ki, növbə çox olduğundan xəstə günlərlə gözləməlidir.
Beləliklə daha 3 gün vaxt itirilib, nəhayət ailənin təkidi ilə qadını KT müayinəsindən keçiriblər. Müayinə zamanı xəstənin qarın boşluğunda  maye müşahidə edilib. “Yuxarı palataya çıxardılar, drenaj qoşdular ki, maye çölə axsın. 2 gün keçdi, vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşdi. Buna görə də qarın boşluğundan əməliyyat etdilər, əməliyyatı türkiyəli həkim Taner Ercemik həyata keçirmişdi”, -şikayətçi deyir.
Yalnız bu əməliyyatdan sonra Baba Şirəliyevə bildiriblər ki, heç demə onun həyat yoldaşının kor bağırsağı partlayıbmış və nəticədə iltihab qarın boşluğuna yayılıb. Buna görə də bağırsağıdan 12 sm. kəsib götürməli olublar. Və xəstənin vəziyyəti yaxşılaşsa təkrar əməliyyat edəcəklər. Beləliklə, xəstə yaxınları çoxsaylı analizlərə, əməliyyata və s. görə klinikanın kassasına 17 min manatdan çox vəsait ödəyiblər. Xəstəyə 2 litrə yaxın donor qanı köçürülüb, amma müəllimənin vəziyyəti daha da pisləşib.
“Bu gün də çıxıb deyirlər ki, vəziyyəti kritik ağırdır, hər şeyə hazırlıqlı olun. Öz ayağı ilə xəstəxanaya gələn yoldaşımın bütün bədəni şişib, tanınmaz hala düşüb. Klinikaya indiyədək 17 min manat ödəmişəm, daha 17 min manat da borclu qalmışıq. Dedilər ki, qanı sürətlə düşdüyündən qan vurmaq lazımdır, ayrıca 900 manat da qan üçün ödəmişəm. Mən də, Lətafət də müəllim işləyirik, qohumlar köməklik edirlər. İndiyədək xərcləri birtəhər qohum-əqrəbanın köməyi ilə düzəldib vermişdik ki Lətafəti xilas edək”, -B.Şirəliyev deyir.
Və çarəsiz halda soruşur ki, kor bağırsağı şişmiş insanı 10 gün ərzində gah növbə, gah antibiotiklə müalicə adı ilə niyə yubadıblar, vaxtında dəqiq diaqnoz qoyub, müdaxilə etməyiblər? “İstəyirlər ki, onu klinikadan çıxarıb evə aparaq. Dedim ki, evimi sataram, təki Lətafəti sağaldıb versinlər”.
Klinikadan təqdim edilən arayışda göstərilir ki, L.Şirəliyevaya peritanit, septik şok, kəskin tənəffüs çatışmazlığı, ağciyərlərin kəskin respirator distres sindromu, laporatomiya sindromu diaqnozu qoyulub.
Hazırda xəstə yaxınları ilə yanaşı 117 saylı məktəbin müəllim kollektivi də klinikanın qarşısına toplaşıb, çarəsiz halda iş yoldaşlarından xəbər gözləyirlər. Kollektiv bu insanlıq dramına müdaxilə etmək üçün saytımız vasitəsilə Səhiyyə Nazirliyinin rəhbərliyinə müraciət edir, kömək istəyir.
“Ümidimiz hər yerdən üzülüb, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm, bizə kömək etsin, yalvarıram”-Şirəliyev göz yaşları içində deyir.
Klinikanın Rafət adlı həkimi isə bildirib ki, xəstənin vəziyyəti ilə bağlı bütün məlumatları marketinq şöbəsindən almaq olar. “Ümumiyyətlə, bu xəbəri sizə kim sızdırıb?”-həmin şəxs xüsusi təəcüblə bildirdi. Əlavə etdi ki, əgər xəstənin vəziyyəti görülən tədbirlərə baxmayaraq yaxşılaşmırsa deməli şansı yoxmuş…
Əldə etdiyimiz məlumata görə həmin klinikada dünən də analoji əlamətlərlə daha bir qadın ölüb.
Adının çəkilməməsini xahiş edən həkim-ginekoloq isə deyir ki, bu situasiyada çox güman kobud həkim səhvindən söhbət gedir.
“Əgər həkimlərin iddia etdiyi kimi xəstənin kor bağırsağı partlasaydı yaranan iltihab bir neçə saat ərzində özünü büruzə verməliydi. Böyük ehtimalla qeysəriyyə kəsiyi əməliyyatı zamanı xəstənin bağırsağını zədələyiblər və iltihab da oradan yaranıb. İkinci dəfə xəstənin qarın boşluğunda aparılmış əməliyyat və onun bağırsağının kəsilib götürülməsi isə cinayətin izlərini itirmək məqsədi daşıya bilərdi. Sual yaranır ki, xaricdən gələn həkimlər hansı icazə ilə həmin klinikada işləyir və əməliyyat edir? Özəl klinikalarda belə halların sayı-hesabı yoxdur. Mən məsləhət görərdim ki, həmin xəstənin yaxınları təcili qaydada hüquq-mühafizə orqanlarına, Baş prokuror Zakir Qaralova müraciət etsinlər, yoxlama başlasın”-mənbəmiz deyib.(Virtualaz.org)

Əvvəlki yazı

Şimali Osetiya – Alaniya Respublikasında möhtəşəm açılış olacaq

Sonrakı yazı

Azərbaycanda fəaliyyət göstərən diplomatların Qazax və Tovuz rayonlarına səfəri təşkil olunub

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.