Konyada zəlzələ bölgəsindən ailələr köçdükdən sonra ev kirayələrini hədsiz dərəcədə artıran 42 daşınmaz əmlak agenti və ev sahibinə qarşı Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. Haqqında Türkiyə Cəza Məcəlləsinin 237-ci maddəsi, ‘qiymətlərə təsir” maddəsi ilə istintaq başladılan 42 nəfərin 1 ildən 3 ilə qədər həbs və ya məhkəmə pul cəzası ilə mühakimə olunması gözlənilir.