Həcc mərasiminə qadağa bu il də qüvvədə qalacaq.
REPORTYOR.info xarici mətbuata istinadən xəbər verir ki, bu, mövcud koronavirus əleyhinə peyvənd növlərinin effektivsizliyi ilə əlaqədardır.
Məlumatda qeyd edilir ki, Səudiyyə Ərəbistanı rəsmiləri yaxın günlərdə xarici ölkə zəvvarlarının 2021-ci ildə Həcc ziyarətinin qadağan edildiyini açıqlayacaqlar, lakin hələlik son qərar verilməyib.
Xatırladaq ki, COVID-19-dan əvvəl Səudiyyə Ərəbistanına təxminən 12 milyard dollar qazandıran Həcc və Ümrə ziyarətində hər il təxminən 2,5 milyon zəvvar qatılır.
Ötən il Həcc ziyarətinə yalnız Səudiyyə Ərəbistanında olan yerli sakinlər və xarici vətəndaşlardan ibarət məhdud sayda insan qatılıb.
Ümrə ziyarətləri ilə bağlı da dəyişikliklərin tezliklə qüvvəyə minəcəyi bildirilir. Yeni qaydalara əsasən, zəvvarlar 6500 Səudiyyə rialı həcmində tibbi sığorta haqqı ödəməli olacaqlar.