07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Həbsdəki “mahmudovçu” generallar haqda yeni xəbərlər

31 Avqust 2018, 01:35
Gündəm, Cəmiyyət
A A
Həbsdəki “mahmudovçu” generallar haqda yeni xəbərlər

2015-ci ilin oktyabrında həyata keçirilən xüsusi əməliyyat zamanı həbs edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları haqda yeni xəbərlər var. Yada salaq ki, qurumda başlanan qəfil yoxlamalar nəticəsində Eldar Mahmudov nazir kreslosunu itirib, mərkəz, idarə və şöbələrinin əksər əməkdaşları istintaqa cəlb olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Əməliyyatdan 2 ay sonra prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atıb.

Həmin vaxt artıq MTN-in generalları da daxil olmaqla, xeyli əməkdaşı həbsə alınmışdı. Hazırda qurumun Əməliyyat-texniki idarəsinin sabiq rəisi, general-mayor Natəvan Mürvətova istisna olmaqla digər generalları – Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev, MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov müxtəlif müddətlərə azadlqıdan məhrum ediliblər. Natəvan Mürvətova bərəsində 5 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib. Digər generallar barəsində də ittihamedici hökm və müddətli cəza hökmləri çıxarılıb. Hazırda sabiq MTN-çi generallar Bakının Binə qəsəbəsində yerləşən və “qırmızı zon” adlanan 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılırlar.

“MTN işi” başlanandan bir müddət sonra belə xəbərlər dolaşırdı ki, 9 saylı “zon”da Eldar Mahmudovun komanda üzvləri üçün ayrıca korpus tikilib. Onların məlumatlılıq dərəcəsi nəzərə alınaraq belə bir addım atıldığı da iddia edilirdi. Son məlumatlara görə bu ilin iyulun əvvəlində qeyd olunan müəssisəyə köçürülən Akif Çovdarov oradakı tibbi hissədə saxlanılır. Digər generallar və sabiq MTN-çilər də həmin müəssisədə dustaq həyatı yaşamaqdadırlar.

Xatırladaq ki, “MTN işi” üzrə ilk həbs olunan Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev olmuşdu. O, rəsmi məlumatlara görə saxlanıldığı Bakı İstintaq Təcridxanasında intihar edib. Ümumilikdə isə iş üzrə Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov, Fizuli Əliyev, Vüsal Ələkbərov, Mirəziz Əsgərov, Mehman Abdullayev, Akif Əliyev, Anar Hüseynov, Səlim Məmmədov, Orxan Osmanov, Natiq Alıyev, Zaur Məmmədov, Azər Mehdiyev dustaq həyatı yaşayırlar.

Əvvəlki yazı

Kamaləddin Qafarovun MOM-la 43 milyonluq tender “oyunun”dan-Tanınmış vəkil Zakir Qaralova müraciət etdi

Sonrakı yazı

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb – QRUPLAR

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.