07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Həbsdə mən yox, Mehdi Səlimzadə olmalıdır” – Məhbusdan Göyçayın başçısına ağır ittihamlar

20 Sentyabr 2021, 14:36
Manşet
A A
“Həbsdə mən yox, Mehdi Səlimzadə olmalıdır” – Məhbusdan Göyçayın başçısına ağır ittihamlar

 

 

Göyçayın Qarayazı kənd sakini, hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Əliyev Loğman Kərim oğlu müraciət ünvanlayıb. Reportyor.info bildirir ki, onu Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin törətdiyi cinayətə görə şərləyib həbs ediblər.
“Bu qanunsuzluğa etiraz olaraq 17 sentyabr 2021-ci il tarixdən ölüm aclığı aksiyasına başlamışam. Mənə qarşı irəli sürülən ittiham tam qanunsuzdur. Həmin pulları mən yox, icra başçısı Mehdi Səlimzadə mənimsəyib ki, buna dair konkret və mötəbər sübutlarım var.
Mən 2015-ci il tarixdə Göyçay rayon Sanitar-Təmizlik idarəsinin rəisi vəzifəsinə təyin edilmişəm. Mehdi Səlimzadə isə 2016-cı ilin iyun ayında Göyçay rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.
Mehdi Səlimzadənin tapşırığına əsasən işə əlavə qəbul edilmiş şəxslər adları işdə getsə də, özləri heç vaxt işə gəlməyiblər. Onların əmək haqqları isə birbaşa Mehdi Səlimzadəyə çatıb”, – deyə həbsdə olan şəxs bildirir.
Onun sözlərinə görə, əgər istintaq düzgün aparılarsa bu sübut olunacaq: “Çünki çoxlusayda işçinin bir neçə il işə gəlmədən maaş almasını Göyçay rayon Sanitar-Təmizlik idarəsinin mühasibi Həmid Həmidov, mühəndis Fatma Hümmətova bilib və sənədlərə imza ediblər.
Həmin şəxslərin işə gəlmələri barədə davamiyyət kitabına imzaları mühəndis Fatma Hümmətova özü edib.Bu cinayətləri birbaşa Mehdi Səlimzadənin sifarişi ilə ediblər. Onlar isə hazırda qorxularında susublar. Ancaq ortada konkret sübutlar var.
Mən Mehdi Səlimzadənin bu işə son qoymasını təkidlə tələb etdim deyə məni qanunsuz işdən çıxartdı. Hətta mən işimə bərpa olunmaq üçün məhkəməyə müraciət etdim Ağdaş rayon məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə işimə bərpa olundum.
Buna görə təlaşa düşən Mehdi Səlimzadə oğlunun köməkliyi ilə mənə qarşı qondarma cinayət işi açılmasına nail oldu. 24 avqust 2021-ci il tarixdə məni həbs etdilər. Hazırda barəmdə olan qondarma cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.
17 sentyabr 2021-ci il tarixdə cinayət işim üzrə hazırlıq məhkəməsi keçirildi. Mən məhkəmə hazırlıq iclasında qanunsuz həbs olunmağıma etiraz olaraq ölüm aclığı aksiyasına başlamağımı elan etdim.
Bir daha mətbuat vasitəsi ilə elan edirəm cinayət ittihamında qeyd edilən 250 000 manat pulu icra başçısı Mehdi Səlimzadə mənimsəyib ki, buna dair konkret və mötəbər subutlar var.Bu gün həbsdə mən yox Mehdi Səlimzadə olmalıdır.
Həmin pullar isə hazırda sürücüsü olan qardaşı oğlu Toğrul Səlimzadə vasitəsi Mehdi Səlimzadəyə çatdırılıb. Bundan əvvəl isə onun pul yığanı Mehdi Səlimzadənin digər qardaşı oğlu Səməd idi.
Aralarında pula görə narazılıq oldu deyə onu uzaqlaşdırdı. Mehdi Səlimzadənin bütün fəaliyyəti ağır cinayətlərlə doludur.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə müraciət edib xahiş edirəm məni qanunsuz həbs ediblər mənim şikayətimi obyektiv araşdırın törətdiyi ağır cinayətə görə həbsdə Mehdi Səlimzadə özü olmalıdır”.

Əvvəlki yazı

Milli Musiqi Günümüzə böyük töhfə: Dövlət himnimiz ispanca səsləndirildi – VİDEO

Sonrakı yazı

Təqaüdə olan DİN generalına yeni vəzifə verilib

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.