12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Həbsdə əmlakını məhkəmədən gizlədən məmurun başı dərddə

05 Fevral 2019, 09:36
Gündəm
A A
Həbsdə əmlakını məhkəmədən gizlədən məmurun başı dərddə

“Aztelekom” İstehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədov bacısı oğlunu niyə tutdurubmuş?

“Aztelekom” İstehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədov yenidən medianın gündəminə gəlib. Unikal.org xəbər verir ki, M.Məmmədov bacısı oğlu, “Aztelekom”  köməkçisi işləmiş qohumunu  həbs etdirməsinə səbəb Mingəçevir və Bakıda yerləşən mülklərini ona qaytarmaması olub.

Belə ki, Məhəmməd Məmmədov həbsdən azad olunduqdan sonra bacısı oğlunun adında olan  Mingəçevirdəki şadlıq sarayını və Bakıda hündürmərtəbəli binada yerləşən iki mənzilini geri tələb edib. Dayısının tələbinə məhəl qoymayan bacıoğlu  mülkləri geri qaytarmayıb. M.Məmmədov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında bacısı oğlu saxlanılıb. O, 3 gün həbsdə qaldıqdan sonra dayısına mülkləri qaytarıb.

Qeyd edək ki, bu cür “praktikadan” məmurlar çox istifadə edir, əmlaklarının bəzilərini yaxın qohumlarının adına  sənədləşdirirlər. Bəzi hallarda da bu cür  hallarla rastlaşılır.

Yada salaq ki, “Aztelekom”un sabiq baş direktoru vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə  2015-ci ilin noyabr ayında həbs edilib. M.Məmmədov Cinayət Məcvəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona bu maddələrlə ittiham elan olunub. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkiin olaraq 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. M.Məmmədovun barəsindəki həbs-qətimkan tədbirinin müddəti sonradan bir neçə dəfə artırılıb.

Rabitə və Yüksək Yexnologiyalar Nazirliyinin  mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurdular. M.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirdi. 2017-ci ilin yayında Bakı Ağır Cinayətlər Məhkəməsində “Rabitə işi” üzrə hökm oxunub.  “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova  şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. M.Məmmmədov dövlətə vurduğu 4,5 milyon manatlıq ziyanı ödəyib.

Məhkəmədə ittiham aktında Məhəmməd Məmmədovun mülklərinin sayı açıqlanmışdı.

“Yeni Müsavat” xəbər verir ki, iş materiallarında Məhəmməd Məmmədovun və ailə üzvlərinin mülklərin sıyahısı elan olunmuşdu. Onları bir daha yada salaq: Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 2 bağ evi, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 19 saylı yeni tikilidə 14 saylı mənzili, Abşeron rayonu, Fatmayi kəndində 145 və 145a saylı bağ evləri, Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində yerləşən “Yurd” MTK-da 34 saylı mənzili və Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən ticarət obyektləri var.

Məhkəmə ile ilgili görsel sonucu

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən istintaqa daxil olmuş 06.11.2015-ci il tarixli 150220205080 №-li məktubda isə göstərilib ki, Məmmədov Məhəmməd Əsgər oğlunun adına Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 19 saylı evin 14-cü mənzili, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “BTRİB” b/y-nin 5-6-cı Şimal küçəsində bağ evi, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 226 saylı bağ sahəsi var. Bununla yanaşı, M.Məmmədovun oğlu Məmmədzadə Araz Məhəmməd oğlunun adına Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 22/24-də yerləşən qeyri-yaşayış sahəsi, qızı Məmmədova Şüküfə Sabir qızının adına Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 15 saylı evin 51 saylı mənzili var.

M.Məmmədovun digər qızı Məmmədova Şeyda Məhəmməd qızının adına Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21 a saylı evin 31 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 2 saylı qeyri-yaşayış sahəsi aşkarlanıb.

Sabiq baş direktorun digər oğlu Məmmədzadə Babək Məhəmməd oğlunun adına isə Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi, 145, 145a saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 117b saylı evin 34 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 91 saylı evin 23 saylı mənzili, Xaçmaz rayonu, Aşağıoba kəndində torpaq sahəsi olması müəyyən edilib.

Onu da qeyd edək ki, Məhəmməd Məmmədov uzun illər Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət – Təftiş Komissiyasının sədri olub. Onun həbsindən sonra YAP strukturlarında tutduğu vəzifədən azad olunub.

ORXAN,
“Yeni Müsavat”

Əvvəlki yazı

Stalinin ən çox qorxduğu SİRLİ ADAMIN DƏHŞƏTİ: Əvvəl övladları, xanımı, sonra özü öldürüldü

Sonrakı yazı

ANALOQU OLMAYAN YENİ CƏRİMƏLƏR – Meşələrdən meyvə və yarpaq yığmaq qadağan edildi + VİDEO

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.