Xəzər rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq baş memarı,Tural Zeynalovun barəsində olan cinayət işinin istintaqı başa çatıb.
REPORTYOR.info xəbər verir ki, cinayət işin Xəzər rayon məhkəməsinə göndərilib.
Cinayət işi hakim Tərlan Əkbərovun icraatına verilib.
T. Zeynalova qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü(dələduzluq, qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə ittiham elan edilib.
Xatırladaq ki, T. Zeynalov ötən ayın əvvəllərində hüquq-mühafizə orqanları əməkdaşlarının Xəzər rayon İcra Hakimiyyətində keçirdikləri əməliyyat zamanı saxlanılıb.