Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbirlər keçirilib

2022-05-10
in Cəmiyyət
A A
0
Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbirlər keçirilib
0
SHARES
4
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

10 may 2022-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Rauf Əliyev, Azər Badamov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Həştərxan İş Mərkəzinin direktoru Nəsimi Məmmədovun daxil olduğu Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə rəsmi görüş zamanı Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlərə dəvətə görə qubernatora təşəkkürünü bildirmişdir. Görüşdə Həştərxan vilayəti ilə qurulan iqtisadi-mədəni əlaqələrin inkişaf istiqamətləri və yeni imkanlar barədə müzakirələr də aparılmışdır.
Həmçinin nümayəndə heyətinə daxil olan Milli Məclisin deputatlarının Həştərxan vilayəti dumasının sədri İqor Martınovla görüşü baş tutmuşdur. Görüşdə Azərbaycan Respublikası və Həştərxan vilayətinin parlamentlər arası qarşılıqlı münasibətlərin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Sonra nümayəndə heyətinin üzvləri, Həştərxan vilayətinin rəhbərliyi, AMOR-un Həştərxan vilayəti üzvləri, diaspora nümayəndələri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər. Həmçinin tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan, abadlaşdırılan parka, burada salınmış uşaq əyləncə şəhərciyinə baxış keçirmişlər.
Faşizm üzərində qələbə çalınması uğrunda canlarından keçənlərin də xatirəsi yad edilmişdir.
Daha sonra Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan 11 saylı orta məktəbdə Ümumilli Liderin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuşdur.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Həştərxan Vilayəti Hökumətinin sədr müavini Denis Afanasyev, Həştərxan vilayəti təhsil və elm naziri Yeqor Uqarov, məktəbin direktoru Tatyana Tixomirova Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət olduğunu vurğulamış, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrinin əhəmiyyətindən danışmışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, əvəzsiz lideri və bənzərsiz dövlət xadimi idi.
Tədbirdə təhsildə fərqlənən şagird və müəllimlərə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Azərbaycan Biznes Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Həştərxan vilayəti üzvləri və diaspora nümayəndələri ilə baş tutan görüşlə davam etmişdir. Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr barədə danışılmış, xalqlar arasındakı sıx dostluq əlaqələrinin məhz bu diqqət və qayğının məntiqi nəticəsi olduğu vurğulanmışdır.

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Azov dənizində Türkiyə gəmisi yanır – Göyərtəsində Azərbaycan vətəndaşları da var

Next Post

Prezident və birinci xanım Şuşaya getdi

Next Post
Prezident və birinci xanım Şuşaya getdi

Prezident və birinci xanım Şuşaya getdi

BŞİH iki tender keçirdi: 51 milyon manat…

BŞİH iki tender keçirdi: 51 milyon manat...

Səfər Mehdiyev rüşvətlə tutulan gömrükçüləri azad etdirir

Səfər Mehdiyev rüşvətlə tutulan gömrükçüləri azad etdirir

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

İlham Əliyevin Türkiyəyə səfəri başladı

İlham Əliyevin Türkiyəyə səfəri başladı

2022-05-14
Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

2022-05-14
Bakının mərkəzində aksiya – CANLI

Bakının mərkəzində aksiya – CANLI

2022-05-14
Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

2022-05-14
Abşeronda Gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu toplandı

Abşeronda Gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu toplandı

2022-05-14
Bu şəxslərə hərbi xidmətdən möhlət verildi

Bu şəxslərə hərbi xidmətdən möhlət verildi

2022-05-13
Daha 9 nəfər koronavirusa yoluxdu, ölən olmadı

Daha 9 nəfər koronavirusa yoluxdu, ölən olmadı

2022-05-13
Sabunçunun icra başçısı şəhid anasını evini dağıtdırdı – Video

Sabunçunun icra başçısı şəhid anasını evini dağıtdırdı – Video

2022-05-13
Putinlə görüşməyə hazıram, ancaq…” – Zelenski

Putinlə görüşməyə hazıram, ancaq…” – Zelenski

2022-05-13
Füzulidə polis özünü silahla öldürüb

Füzulidə polis özünü silahla öldürüb

2022-05-13
Kremldən “Azovtsal”da mühasirədə qalanlarla bağlı – Açıqlama

Kremldən “Azovtsal”da mühasirədə qalanlarla bağlı – Açıqlama

2022-05-13
Tahir Əmiraslanov: “Orxan Fikrətoğluna uğur arzulayıram”

Tahir Əmiraslanov: “Orxan Fikrətoğluna uğur arzulayıram”

2022-05-13
Bolqarıstan iyulun 1-dən Azərbaycandan qazı tam həcmdə alacaq

Bolqarıstan iyulun 1-dən Azərbaycandan qazı tam həcmdə alacaq

2022-05-13
Avroviziya Rusiyaya sabah “sürpriz” edəcək

Avroviziya Rusiyaya sabah “sürpriz” edəcək

2022-05-13
Deputat: “Bakı Nəqliyyat Agentliyi cərimələri qanunsuz yığır”

Deputat: “Bakı Nəqliyyat Agentliyi cərimələri qanunsuz yığır”

2022-05-13
Müalicəsinə 55 min yığılan uşaq həyatını itirdi – Video

Müalicəsinə 55 min yığılan uşaq həyatını itirdi – Video

2022-05-13
Səfa Mirzəyev işdən çıxarıldı

Səfa Mirzəyev işdən çıxarıldı

2022-05-13
Gənc nazir müavinin qalmaqallı rəqsindən danışdı

Gənc nazir müavinin qalmaqallı rəqsindən danışdı

2022-05-13
Sərhədlərinin delimitasiya üzrə komissiyaların sədrləri müəyyənləşdi

Sərhədlərinin delimitasiya üzrə komissiyaların sədrləri müəyyənləşdi

2022-05-13
Tahir Əmiraslanov vəzifəsindən azad edildi, yerinə bu şəxs təyin olundu – FOTO

Tahir Əmiraslanov vəzifəsindən azad edildi, yerinə bu şəxs təyin olundu – FOTO

2022-05-12

Seçmə

  • Bütün
  • SEÇMƏ
Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi
SEÇMƏ

Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

2022-05-14
Səfa Mirzəyev işdən çıxarıldı
SEÇMƏ

Səfa Mirzəyev işdən çıxarıldı

2022-05-13
Gənc nazir müavinin qalmaqallı rəqsindən danışdı
SEÇMƏ

Gənc nazir müavinin qalmaqallı rəqsindən danışdı

2022-05-13
Xankəndidə ATIŞMA: general-mayor saxlanıldı
Manşet

Xankəndidə ATIŞMA: general-mayor saxlanıldı

2022-05-11
Vüqar Səfərli kassasiya şikayəti verib
SEÇMƏ

Vüqar Səfərli kassasiya şikayəti verib

2022-05-11
Səfər Mehdiyev rüşvətlə tutulan gömrükçüləri azad etdirir
Banner

Səfər Mehdiyev rüşvətlə tutulan gömrükçüləri azad etdirir

2022-05-11
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

İlham Əliyevin Türkiyəyə səfəri başladı

İlham Əliyevin Türkiyəyə səfəri başladı

2022-05-14
Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

2022-05-14

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.