31-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Sosial, Manşet
A A
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkim Günel Məmmədlinin üç il öncə qızıma etdiyi uğursuz əməliyyat onun qulağında çürüməyə səbəb oldu”. 

Bu iddia ilə “Qafqazinfo”ya azyaşlının anası müraciət edib. Adının çəkilməsini istəməyən qadın qeyd edib ki, sözügedən otolorinqoloq hazırda “Baku Medikal Plaza”da fəaliyyət göstərir.

Şikayətçinin sözlərinə görə, 7 yaşlı övladı anadangəlmə “cup ear” xəstəliyindən (red: qulağın üst hissəsinin qatlanaraq və ya daralaraq həmin nahiyə boşluğuna doğru qatlanması ilə xarakterizə olunan qulaq anomaliyasıdır) əziyyət çəkdiyi üçün əməliyyata üz tutublar: “Əməliyyatı 3 il öncə etdirmişik. Bu prosesdən sonra sarğı açılanda qulaqda nekroz (canlı toxumalarda hüceyrələrin erkən ölümü) əmələ gəldi. Qızımın vəziyyəti getdikcə daha da pisləşirdi, həkim isə bizə bunun düzələcəyini deyirdi. Lakin əməliyyat elə lap əvvəldən düzgün icra edilmədi. Belə ki, onun qulağında qan dövranı artıq pozuldu və üst hissəsi çürüdü. Bundan sonra eyni həkim yerli keyitmə ilə tikiş atdı. Lakin qulağın forması dəyişdi”.

Qulağın əməliyyatdan öncəki və sonrakı halı:

Valideyn deyir ki, otolorinqoloqdan dəymiş ziyanı tələb etsə də, o, buna məhəl qoymayıb: “Ümumilikdə bu əməliyyata 2 min manata yaxın pul ödəmişəm. Mənə dedi ki, “sizə bir qəpik də verməyəcəyəm. İstədiyiniz yerə şikayət edin”. Bundan sonra psixoloji sarsıntılar keçirdim və heç bir yerə müraciət etmədim. Hər ay fərqli həkim qəbuluna getsək də, çarəsinin Türkiyədə olduğu bildirildi. Və orada bu əməliyyatın məbləği 20 min manatdır. Buna isə gücümüz çatmaz. Həmin həkim məsuliyyət daşımalıdır ki, azyaşlı qızımı pis vəziyyətə salıb. Mənim müvafiq qurumlara müraciətimdən sonra qarşı tərəf pul təklif etdi, bunu qəbul etmədim. Lakin o, hələ də bu əməliyyatın ona aid olmadığını deyir”.

Ana, həmçinin əlavə edib ki, həkim əməliyyat zamanı vətəndaşa heç bir tibbi sənəd təqdim etməyib: “Əməliyyatla bağlı əlimizdə heç bir sənəd yoxdur. Ödəniş də həmçinin nağd formada həyata keçirilib. Ancaq biz xəstəxanadan analizləri ala bildik. İstəyirəm ki, hər kəs lisenziyası belə olmayan bu həkimi tanısın. Biz isə zərərin bütünlüklə qarşılanmasını tələb edirik”.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün həkimlə əlaqə saxladıq. Günel Məmmədli saytımıza açıqlamasında dedi ki, sözügedən əməliyyat başqa həkim tərəfindən icra olunub: “Əməliyyatdan öncəki şəkil 2018-ci ilə aiddir. Biz azyaşlı uşaqlara əməliyyat etmirik, bu proses yalnız 5 yaşdan sonra mümkündür. Bu məlumat yanlışdır, iddialar böhtan xarakterlidir. Bizdə əməliyyat keçirən pasiyentlərin əvvəl və sonrakı şəkilləri olur”.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ünvanladığımız sorğuya cavab olaraq isə bildirildi ki, vətəndaşın 7 yaşlı qız övladının 2022-ci ildə “Həyat Estetik Klinikası” adlı özəl tibb müəssisəsində həkim Günel Məmmədli tərəfindən göstərilmiş tibbi xidmətlə bağlı Səhiyyə Nazirliyinə ünvanladığı müraciətə Nazirliyin Analitik Ekspertiza Mərkəzində baxılıb: “Müraciətə əsasən vətəndaşa 26 may tarixində cavab təqdim edilib. Vətəndaşa məlumat verilib ki, müraciətdə qeyd olunan tibb müəssisəsinin hazırda fəaliyyət göstərməməsi, habelə iddia edilən faktın təqribən 3 il əvvəl baş verməsi səbəbindən mövcud qanunvericilik çərçivəsində Mərkəz tərəfindən nəzarət tədbirinin həyata keçirilməsi mümkün olmayıb. Eyni zamanda bildirilib ki, müraciətdə qeyd olunan tibbi xidmətin həkim Günel Məmmədli tərəfindən göstərilməsini təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilmədiyindən, həkim barəsində hüquqi baxımdan nəzarət tədbirinin aparılmasının qanuni əsası yoxdur.

Qeyd edək ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlərin tarifləri pasiyentlə tibb müəssisəsi arasında qarşılıqlı razılaşma yolu ilə müəyyənləşdirilir və bu xidmətlərin hüquqi əsasları tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.

Bununla yanaşı, müraciətdə göstərilən məsələ eyni zamanda mülki xarakter daşıdığından, uşağın sağlamlıq vəziyyəti ilə bağlı iddianın məhkəmə-tibbi ekspertiza yolu ilə qiymətləndirilməsi və göstərilən xidmətə görə ödənilmiş məbləğin geri qaytarılması məsələsinin həlli Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aid deyil. Bu səbəbdən vətəndaşa izah edilib ki, o, müvafiq sənədlərlə birlikdə hüquq-mühafizə orqanlarına və ya birbaşa məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər vətəndaşlar özəl tibb müəssisələrində və ya apteklərdə qanunsuz fəaliyyət və ya şübhəli hallarla rastlaşsalar, Analitik Ekspertiza Mərkəzinə aşağıdakı vasitələrlə məlumat verə bilərlər. Daxil olan bütün müraciətlər müvafiq qanunvericiliyə uyğun şəkildə araşdırılır və zərurət yaranarsa, aidiyyəti müəssisələrdə plandankənar yoxlamalar aparılır”.

Reportyor.info

Əvvəlki yazı

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Sonrakı yazı

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.