Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Cəmiyyət

Gürgən qəsəbəsi və “Qoşa Qışlaq” yaşayış massivinin yolları yenidən qurulur – VİDEO / FOTO

2019-02-12
in Cəmiyyət
0
Gürgən qəsəbəsi və “Qoşa Qışlaq” yaşayış massivinin yolları yenidən qurulur – VİDEO / FOTO
0
Paylaşılıb
13
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzun müddət əsaslı şəkildə yenidən qurulmadan və təmir edilmədən istismar olunan Bakı şəhərinin qəsəbədaxili yollarında kompleks tədbirlərin görülməsinə start verilib.

Bənzər Yazılar

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü – VİDEO

Azərbaycanda zəlzələ olub

 

Bu çərçivədə Pirallahı rayonu, Qala-Pirallahı avtomobil yolundan ayrılan Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması işlərinə başlanılıb. Gürgən qəsəbəsində yolun uzunluğu 2 km, Zirə qəsəbəsinin  “Qoşa Qışlaq” yaşayış massivinin yolunun  uzunluğu isə 1.5 km təşkil edir. Hər iki yol 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bura 7 metr hərəkət hissə, hər bir istiqamət üzrə 2.5 metr çiyinlər də daxil olmaqla yol yatağının eni 12 metr təşkil edəcək.

 

Sözügedən yolların uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğu və əksər hissələrinin torpaq əsaslı olduğu üçün yolların örtüyü deformasiyaya uğrayıb, çalalar əmələ gəlib. Bu isə payız-qış aylarında yollar boyu hərəkətdə prolemlərə səbəb olurdu. Hazırda layihə çərçivəsində bu problemlərin aradan qaldırılması üçün köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın və torpaq yatağının  deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.

 

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Torpaq yatağının tikintisi işlərinin ardınca əsasın inşası aparılacaq. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa ediləcək. Daha sonra isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışıqlarından yeni asfalt-beton örtüyü salınacaq, çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidiləcək.”

 

Layihənin sonuncu mərhələsində tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilərək yollar vətəndaşların istifadəsinə veriləcək.

 

Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun  olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Qeyd edək ki, Pirallahı rayonu, Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması ilə sözügedən ərazilərdə yaşayan 3 mindən artıq əhalinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunacaq.

 

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib

Sonrakı yazı

SÖYÜN SADIQOV HƏBS OLUNDU – “Reket” fəaliyyətində ittiham olunur

Sonrakı yazı
SÖYÜN SADIQOV HƏBS OLUNDU – “Reket” fəaliyyətində ittiham olunur

SÖYÜN SADIQOV HƏBS OLUNDU – “Reket” fəaliyyətində ittiham olunur

“Yeganə”nin sahibi məhkəməyə məcburi gətiriləcək – Şəhid qızının qanını batırmaq istəyib

“Yeganə”nin sahibi məhkəməyə məcburi gətiriləcək – Şəhid qızının qanını batırmaq istəyib

“Business Time” jurnalı 10 yaşını qeyd edir

“Business Time” jurnalı 10 yaşını qeyd edir

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

2021-03-01
Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

2021-03-01
Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü – VİDEO

Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü – VİDEO

2021-03-01
Əsəd haqda 30 səhifəlik hesabat: işgəncə, təcavüz…

Əsəd haqda 30 səhifəlik hesabat: işgəncə, təcavüz…

2021-03-01
“Elşaddan sonra məhv oldum” – Oksana

“Elşaddan sonra məhv oldum” – Oksana

2021-03-01
Ermənistan referenduma gedir – SON DƏQİQƏ

Ermənistan referenduma gedir – SON DƏQİQƏ

2021-03-01
Matviyenkodan Qarabağ xəbərdarlığı

Matviyenkodan Qarabağ xəbərdarlığı

2021-03-01
Paşinyan xalqından ÜZR İSTƏDİ

Paşinyan xalqından ÜZR İSTƏDİ

2021-03-01
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

2021-03-01
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

2021-03-01
Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur

Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur

2021-03-01
Afaq Bəşirqızının səhhəti pisləşdi

Afaq Bəşirqızının səhhəti pisləşdi

2021-03-01
3 yaşlı qız 12-ci mərtəbədən kuryerin qucağına düşdü

3 yaşlı qız 12-ci mərtəbədən kuryerin qucağına düşdü

2021-03-01
İcra başçısının bacısı oğlunun vəkili jurnalistlərin məhkəmədə iştirakına etiraz etdi

İcra başçısının bacısı oğlunun vəkili jurnalistlərin məhkəmədə iştirakına etiraz etdi

2021-03-01
İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama

İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama

2021-03-01
Minaatan batareyaların döyüş atışlı təlimlərindən görüntülər (VİDEO)

Minaatan batareyaların döyüş atışlı təlimlərindən görüntülər (VİDEO)

2021-03-01
“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir

“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir

2021-03-01
Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

2021-03-01
Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

2021-03-01
Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

2021-03-01

Seçmə

  • Bütün
  • SEÇMƏ
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ
SEÇMƏ

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

2021-03-01
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu
SEÇMƏ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu

2021-03-01
“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş
Araşdırma

“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

2021-03-01
Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı
SEÇMƏ

Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı

2021-03-01
Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?
SEÇMƏ

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

2021-03-01
Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj
Cəmiyyət

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

2021-02-28
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

2021-03-01
Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

2021-03-01
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.