10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Güneydə etiraz aksiyası başlayıb, biz də ona dəstək veririk” demək absurddur”-

08 Sentyabr 2018, 14:33
Cəmiyyət, Seçmə
A A
“Güneydə etiraz aksiyası başlayıb, biz də ona dəstək veririk” demək absurddur”-

Hamı oynamağa elə həvəslidir ki…
“Gənclərin əksəriyyəti manıs, artist olmaq üçün yollar axtarır. Bayağı bir mahnı fonunda “Güneydə etiraz aksiyası başlayıb, biz də ona dəstək veririk” demək absurddur”

Güney Azərbaycanda əyləncə azadlığının məhdudlaşdırılması və Urmu gölünün qurudulmasına etiraz olaraq trendə çevrilən “Səni deyirlər” mahnısı ölkəmizdə də geniş rezonans doğurub. Gənclər tərəfindən başladılan bu kampaniyaya ən tanınmış insanlar da qoşulub.

Güneyli gənclər bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, həm İran molla rejiminin insanların əyləncə azadlığını məhdudlaşdırmasına üsyan edir, eyni zamanda qurumaqda olan Urmu gölünə dəstək nümayiş etdirirlər.

Respublikamızda güneyli soydaşlarımıza dəstək məqsədilə bu aksiyaya qoşulanların sayı durmadan artır. Onlar #senideyirlər həştəqi ilə videolar paylaşaraq həmrəylik nümayiş etdirirlər. Aksiya getdikcə daha çox insanın marağını cəlb etməyə başlayır. Trendə çevrilən bu mədəni etiraz forması artıq dünyanın aparıcı medialarının da diqqətini çəkib.

Doğrudanmı “Səni deyirlər” mahnısı inqilabi oyanma stimuluna çevriləcək qədər dəyərlidir?

Millət vəkili Fazil Mustafanın fikrincə, Urmu gölünün qurudulmasına etiraz forması kimi gənclər kitab oxumaq, mütaliə etmək flaşmobu keçirsələr, daha effektiv olar. Deputat deyib ki, Azərbaycan xalqına mahnı oxumağı və rəqs etməyi məhdudlaşdırmaq lazımdır. Hamı çalıb oxumağa, dingiş-dingiş oynamağa elə həvəslidir ki, sanki bu torpağın Qarabağ kimi bir dərdi, çoxsaylı problemləri yoxdur. Gənclərin əksəriyyəti manıs, artist olmaq üçün yollar axtarır. Bayağı bir mahnı fonunda “Güneydə etiraz aksiyası başlayıb, biz də ona dəstək veririk” demək absurddur. Mahnının özünün də bir həyatı mənası olmalıdır.

Dağıstanlıların, çeçenlərin rəqsi insanın şəxsiyyət kimi formalaşmasında, mübarizə əzminin yetişməsində mühüm vasitədir. Bizdə isə rəqs vaxt öldürmək üçün bir əyləncədir. Peşəkar rəqs anlayışı belə yoxdur.

Millət vəkilinin sözlərinə görə, güneydəki azərbaycanlıların hüquqları məhdud olduğundan onlar öz etirazlarını mədəniyyətlə, musiqi ilə göstərməyə çalışa bilərlər. Amma bu, aludəçilik yaratmamalıdır:

“Bütöv toplum, xalq olaraq oynamağa yox, kitab oxumaq vərdişinə yiyələnsək daha faydalı işlər görə bilərik. Bizim ölkədə hansısa bir müğənni Şəhriyar Məmmədyarov kimi intellektual bir gəncdən daha çox təbliğ olunur. Sorğu keçirsək, əksəriyyətin onun kimliyindən, Azərbaycanın adını dünyada tanıtmaq üçün gördüyü işlərdən heç xəbəri də yoxdur. Amma geyimi, ədabazlığı ilə bütün gün reklam olunan insanları 7-dən 77-yə hamı tanıyır. Tanımaq bir yana, az qala ölkə üçün bir dəyərə çevrilib. Kimdən soruşsan hamı özünü ona oxşatmaq istəyir. Təbii ki, bizə musiqiçi də, rəqqasə də lazımdır, amma Afaq Məlikova, Rəşid Behbudov, Şövkət Ələkbərova, Alim Qasımov lazımdır. Musiqini bayağılaşdırıb, toplumu da buna yönəldəndə sənətdən uzaq, zövqsüz bir cəmiyyətə çevrilirik”.

F.Mustafa hesab edir ki, Urmu gölünün qurudulmasına etiraz forması kimi daha ağıllı kampaniyalar keçirmək olardı:

“Gənclik düşüncəsi baxımdan bunu normal qəbul etmək olar, amma ümumxalq səviyyəsində həmrəylik trendinə çevrilməsi, ictimaiyyət üzvlərinin də bu tendensiyaya qoşulmasına müsbət yanaşmıram”.

Reportyor.info

Əvvəlki yazı

Gəncədə apteklərdə güclü təsiredici və psixotrop tərkibli dərmanlar aşkarlanıb

Sonrakı yazı

Prezident İlham Əliyevə media müraciəti: “Bizi düşmən edirlər, gizli maska altında…”

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.